Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3221/2021 05.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı Firuddin qızının, Cavabdehin nümayəndəsi X1 iştırakı ilə, İddiaçı Firuddin qızının Cavabdeh İB-nə qarşı qazdan istifadəyə görə hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Firuddin qızı məhkəməyə müraciət edərək, İddia tələbinin təmin edərək Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 309 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ünvan faktiki olaraq onun istifadəsində və sahibliyindədir. O, həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. O, yaşadığı ünvanda qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmiş və tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmayıb. Belə bir hal heç vaxt baş verməyib. 23.08.2019-cu il tarixdə Cavabdeh əməkdaşları tərəfindən faktiki olaraq onun sahibliyində və istifadəsində olan ünvan 3 ünvanında yerləşən mənzildə G-4 markalı 1005AQ**********3 nömrəli məişət qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib olunmuşdur. Ünvanından çıxarılmış G-4 markalı 1005AQ**********3 nömrəli məişət qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin verdiyi rəyə əsasən ünvanından çıxarılmış sayğacın çıxış plasmas borusu deşildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Ona görə də 23.08.2019-cu il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib olunmuşdur. Yoxlamanın nəticəsi ilə razı deyildir. Sayğac yararsız hesab edilə bilər, lakin sayğacın çıxış plasmas borusu deşilməsi mümkün deyil. Bəlkə, elə “Cavabdeh" İB-nin əməkdaşları sayğacı çıxaran zaman, ya da ki, sonradan həmin qüsurlar meydana gəlmişdir. Çünki həmin qüsurlar əvvəldən mövcud olsa idi, mütəmadi sayğaclara baxış keçirən idarə əməkdaşları bunu aşkar edər və bununla bağlı akt tərtib edərdilər, ya da ki, sayğacı çıxararkən bu barədə tərtib etdikləri aktda həmin qüsurlar göstərilərdi. Daha sonra “Qazdan istifadə Qaydaları”ııın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Odur ki, dövlət yoxlamasını həyata keçirən şəxslər bunu qərəzli şəkildə aparmış və bilərəkdən yanlış səbəblər göstərmişlər. Bundan başqa sayğacın təmir edilməsinin tərəfimdən 15 gün müddətində təmin edilməsi, əks təqdirdə qaz təchizatının əlavə məlumat verilmədən dayandırılması göstərilmişdir. Ümumiyyətlə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh əməkdaşları tərəfindən 309 manat borcun nəyə əsasən yazılması və hesablanma qaydası göstərilməmişdir. Həmin borcun hansı əsasla yaranması barədə İdarəyə müraciət edib aydınlaşdırmaq istədikdə, idarə əməkdaşları borcun hansı əsasla yaranması səbəblərini ona izah etmədilər. O, əsassız borcun silinməsi barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə müraciət etdi. Lakin müsbət nəticə əldə edə bilmədi. Məhkəmə iclasında İddiaçı Firuddin qızı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan **********00020 nömrəli (X4) abonentin saldosundan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan istifadəyə görə 2019-cu il üçün borcu mövcud deyil. - “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31.01.2020-ci il tarixli, ******* saylı aktın surətindən və müvafiq olaraq onların əsasında tərtib edilmiş 31.01.2020-ci il tarixli tələbnamədən görünür ki, X3 məxsus mənzilə baxış keçirilərkən sayğacı hesablama mexanizm qoruyucu örtüyünün üzərinə vurulan meterologiya plomb zədələndiyi aşkar edilmişdir. 04.12.202-ci il tarixli GASREP məlumatlarında görünür ki, **********00020 abonenet Xəlilov Təmkin 2020-ci ilin dekabr ayında təbbi qazdan istifadə etmək üçün balansa yükləmiş olduğu 50 manat pul vəsaitinin 15 manatı borca görə tutulmuşdur. -31 yanvar 2020-ci il tarixli, MSK – 29/1710-02559 nömrəli Cavabdeh tərəfindən Qaz sayğacının yoxlanılması barədə qərarın surətindən görünür ki, sayğaca baxış keçirilmiş, sayğacı klapanı işlək deyil, yivli birləşmələr korroziyaya uğramışdır. Sayğacın elementi bitib, müvvəqəti element quraşdırılmışdır. Mülki Məcəllənin 389.1-ci maddəsində müqavilənin anlayışı verilmişdir. Həmin anlayışa görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki huquq munasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yonəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Məhkəmə ilk öncə hesab edir ki, mülkin işin matriallarından da göründüyü kimi təbii qazın alqı-satqısına dair müqavilə Cavabdeh İB ilə abonent X4 arasında bağlandığından İddiaçı həmin müqavilə üzrə tərəflərin üzərinə götürmüş olduğu öhdəliklərin lazımı qaydada icra etməməklə bağlı yaranmış olduğu nəticələri mübahisələndirmək hüququna malik olmadığına görə iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı həmin müqavilələrin tərəfi deyildir. Ümumi qaydaya görə müqavilənin nəticələrini mübahisələndirmək hüququ müqavilə tərəflərinə aid olan hüquqdur. Mülki Məcəllənin 337.2-ci maddəsinin 2-ci cümləsində qeyd olunur ki, “müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir”. Belə ki, “müqavilənin digər tərəfinə” ifadəsi müqavilənin əks tərəfinə nəzərən işlədilən ifadədir. Yəni müqavilənin mübahisə edilməsi üçün müqavilənin bir tərəfi müqavilənin digər tərəfinə iradə ifadəsini bildirməlidir. Ona görə də hesab olunur ki, qanunverici “müqavilənin digər tərəfinə” ifadəsini işlətməklə müqaviləni mübahisələndirmək hüququ olan subyektlərin dairəsini müəyyən etmişdir. Bu qaydaya əsasən müqavilə yalnız müqavilə tərəfi olan şəxslər üçün vəzifə (məcburi davranış qaydası) yaradır, müqavilə tərəfi olmayan şəxslər üçün isə müqavilənin vəzifə yaratması mümkün deyildir. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı müvafiq subyektiv hüquqa, yəni başqa şəxslər arasında bağlanmış müqavilə öhdəliklərinin nəticələri barədə tələb irəli sürmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Bu səbəbə görə də onun iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız borcun silinməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3221/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3221/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver