Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3229/2024 05.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi Əli-Həsən Ağa oğlunun, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı fərdi yaşayış evində abonent kodu **********70008 olan istifadəsində olan işıq sayğacına “X7 Cəmiyyəti” tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş NDM 035393 nömrəli akt əsasında yazılmış 720 manat 72 qəpik cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı ev onun istifadəsindədir. Həmin ünvana abonent kodu **********70008 olan işıq sayğacı qoyulmuşdur. Həmin sayğac onun adınadır. Sayğac qoyulan vaxtdan bugünə kimi istifadə etdiyi elektrik enerjisinin pulunu ödəməklə işıqdan istifadə etmişdir. Bu yaxınlarda "xxxx" ASC-nin ərazi üzrə əməkdaşı tərəfindən verilən bildiriş qəbzində işlətdiyi elektrik enerjisinin borcundan əlavə olaraq borc yazıldığının şahidi olmuşdur Bu səbəbdən də dərhal "xxxx" ASC-nə müraciət etmişdir. Oradan ona bildirdilər ki, guya ki, o, sayğacdan kənar xətt qoşmuşdur. O, "xxxx" ASC-nin əməkdaşına bildirmişdir ki, heç bir kənar xətt qoşmamışdır. Evinə gələn işıq xətti sayğacdan keçir. Lakin "xxxx" ASC-nin əməkdaşı ona xx.xx.2023-cü il tarixdə tərtib olunmuş NDM035393 nömrəli akt təqdim etmişdir. Orada guya ki, sayğacdan kənar xətt qoşduğu yazılmışdır. Həmin akt əsasında ona 720.72 manat cərimə borcu yazıldığını bildirdilər. O, buna etirazını bildirsə də, "xxxx" ASC-nin əməkdaşı borcun silinməsi üçün məhkəməyə müraciət etməli olduğunu bildirdi. ünvan 1 ünvanına quraşdırılmış abonent kodu **********70008 olan işıq sayğacına və işıq xəttinə müdaxilə etməmişdir. Həmin ünvanda 15 ilə yaxındır yaşayır. Həmin vaxtlarda da ödənişlərini vaxtı-vaxtında ödəmişdir. Həmçinin, "xxxx" Açıq Səmdar Cəmiyyəti tərəfindən ona heç bir akt və dəymiş ziyanın hesablanmasına dair sənəd verilməməsi bu borcun saxta yazıldığının sübutudur. Ödəniş cədvəlindən də görünür ki, hər ay istifadə etdiyi enerjinin pulunu ödəmişdir. O, işıq sayğacına, nədəki işıq xəttinə müdaxilə etməmişdir. Hesab edir ki, **********70008 olan işıq sayğacına görə xx.xx.2023-cü il tarixdə tərtib olunmuş NDM035393 nömrəli akt əsasında ona yazılmış 720 manat 72 qəpik manat borc silinməlidir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Əli-Həsən Ağa oğlu iddianı müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı tərəfindən elektrik xəttinə qanunsuz qoşulma olmuş, bu səbəbdən xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Hazırda iddiaçının həmin akt əsasında hesablanmış 720.72 manat borcun silinməsini tələb etməsi əsassızdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - bildirişdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixə "xxxx" ASC-nə 1301.38 manat borcu vardır. - NDM 035393 nömrəli xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, istehlakçı X3 məxsus sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, sayğac sxemindən kənar xətt var. Kənar xətt fərdi yaşayış evinin hasarının çöl tərəfində yerləşən elektrik metal dayağının yuxarı hissəsində açılmış xüsusi dəlikdən çəkilərək metal dayağın vasitəsi ilə yeraltı evə daxil olur. Kənar xəttdən fərdi yaşayış evindəki, o cümlədən, evin qarşısında yerləşən obyektdəki elektrik işlədiciləri qidalanır. Aktda abonentin nümayəndəsi hissəsində “qapını açan olmadı” qeydi yazılmışdır. - abonentin saldosundan görünür ki, İddiaçı abunə koduna xx.xx.2023-cü il tarixə NDM 035393 nömrəli akt əsasında 720.72 manat borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı yaşadığı ünvana xx.xx.2023-cü il tarixli akt əsasında 720.72 manat borc hesablanmışdır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. 16-cı maddəsinə əsasən istehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 19.16-cı maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 5.2-ci bəndinə əsasən gərginliyi 1000 V və daha yüksək olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi aşağıdakı kimi müəyyən edilir: 5.2.1. qapalı paylayıcı qurğulardakı keçid izolyatorunun xarici tərəfindəki birləşdiricisində və açıq paylayıcı qurğuların portalındakı dartıcı izolyatorlar zəncirinin gərilmə sıxacından çıxan naqildə; 5.2.2. qidalandırıcı, yaxud çıxış elektrik veriliş xətlərinin kabel və ya hava girimlərinin uclarında. 5.2.1-ci və 5.2.2-ci bəndlərində göstərilən birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət və onlara nəzarət yarımstansiyanı istismar edən təşkilata həvalə olunur. Müxtəlif təşkilatlara məxsus, ayırmalara birbaşa, yaxud ayırıcı vasitəsilə qoşulan 1000 V və daha yüksək gərginlikli elektrik veriliş xətlərinin texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi əsas xəttin ayırma aparılan dayağında müəyyənləşdirilir. Ayırmanı birləşdirən sıxacların texniki vəziyyətinə görə məsuliyyət əsas xəttin mənsub olduğu təşkilatın üzərinə düşür. Elektrik və rabitə qurğularının istismar xüsusiyyətlərindən irəli gələn, digər əsaslandırılmış balans mənsubiyyəti sərhədi də müəyyən edilə bilər. 6.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” fəslində X1 Agentliyinin səlahiyyətinə aid maddələrə uyğun olaraq, pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı X1 Agentliyi tərəfindən inzibati tənbeh növləri tətbiq edilir. 7.10-cu bəndinə əsasən yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh iddiaçının elektrik xəttinə qanunsuz qoşulması ilə bağlı təqsiri müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarına əsasən müəyyən edilmədən, birbaşa vurulmuş zərəri iddiaçıdan tələb etmiş, bununla da, “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 19.16-cı maddəsinin tələblərini pozmuşdur. Bundan başqa, NDM 035393 nömrəli xx.xx.2023-cü il tarixli aktdan görünür ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış sayğaca baxış keçirilən zaman kənar xəttin fərdi yaşayış evinin hasarının çöl tərəfində yerləşən elektrik metal dayağının yuxarı hissəsində açılmış xüsusi dəlikdən çəkilərək metal dayağın vasitəsi ilə yeraltı evə daxil olması, kənar xəttdən fərdi yaşayış evindəki, o cümlədən, evin qarşısında yerləşən obyektdəki elektrik işlədiciləri qidalanması göstərilsə də, aktda abonentin nümayəndəsi hissəsində “qapını açan olmadı” qeydi yazılmışdır. Belə olan halda, yəni iddiaçının yaşadığı fərdi yaşayış evinə baxış keçirilmədən, sonuncunun kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etməsi barədə tərtib edilmiş akt qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus Bakı şəhəri ünvan 2 ünvanındakı fərdi yaşayış evinə quraşdırılmış işıq sayğacına (abonent kodu **********70008) hesablanmış 720.72 manat məbləğində borc silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus Bakı şəhəri ünvan 2 ünvanındakı fərdi yaşayış evinə quraşdırılmış işıq sayğacına (abonent kodu **********70008) xx.xx.2023-cü il tarixdə tərtib olunmuş NDM 035393 nömrəli akt əsasında hesablanmış 720,72 manat məbləğində borc silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-3229/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3229/2024
05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver