Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-323/2022 22.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçı, onun nümayəndəsi (vəkili) X3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12000 manat məbləğin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, Bakı şəhəri, Maştağa qəsəbəsi, Nizami küçəsi, ev 13-də yaşayan Cavabdeh ilə (şəxsiyyət vəsiqəsi AZE ********) ona Xəzər rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 1194 nömrəli sərəncamı ilə Bakı şəhəri, Xəzər rayonunda ayrılmış 12 sot torpaq sahəsinin 1,5 sot hissəsinin iddiaçıya satılması barədə razılıq əldə olunmuşdu və həmin torpaq sahəsinə görə iddiaçı ona hissəhissə 4500 manat məbləğini ödəmişdir. Cavabdeh torpağı iddiaçıya satması barədə razılaşan zaman bildirdi ki, torpaq sahəsinə dair sərəncam var, Cavabdeh hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün bu məsələni notariat qaydasında rəsmiləşdirmək mümkün deyildir, torpağı öz adına rəsmiləşdirən kimi rəsmi alqı-satqı edəcəkdir. Həmçinin Cavabdeh həmin vaxt qeyd edilən torpağın 7,75 sot hissəsini də Cənnətov Əziz adlı şəxsə satacağını bildirdi. Cavabdeh torpaq sahəsini əvvəlcə onun adına rəsmiləşdirmək üçün iddiaçının adına etibarnamə verdi ki, iddiaçı həmin etibarnamə əsasında 12 sot torpağı onun adına rəsməşiləşdirsin, sonra isə Cavabdeh torpağın 1,5 sot hissəsi barədə iddiaçı ilə rəsmi qaydada notariusda alqı-satqı müqaviləsi bağlasın. Lakin sonradan Cavabdeh belə bir etibarnaməni Əziz Cənnətovun adına verdi ki, bu məsələ ilə o məşğul olsun və torpaq cavabdehin adına rəsmiləşdirildikdən sonra o, torpağı həm iddiaçıya, həm də digər söz verdiyi şəxslərə rəsmi qaydada satsın. Cavabdeh Məmməhəsən oğlu, həm onun oğlu X6, həm də Əziz Çənnətov bildirdilər ki, Cavabdeh adına torpaq rəsmiləşdirilən kimi torpağın 1,5 sot hissəsi rəsmi qaydada iddiaçıya veriləcəkdir. Onlar onu buna arxayın saldılar və torpağın ona satılan hissəsini də yerində ölçərək ayırıb iddiaçıya verdilər. İddiaçı da həmin torpaqda təsərrüfat ehtiyacları üçün kiçik bir tikili inşa etdi, ona qapı- pəncərə, mətbəx mebeli qoydurdu, kafel-metlax işləri gördü, torpaq sahəsinə darvaza qoydu, taxta döşəmə vurdurdu, su çəkdirdi, sayğacları quraşdırdı, yəni bir çox xərclərə məruz qaldı ki, həmin xərclərin ümumi dəyəri 12000 manatdan yuxarıdır. Çünki cavabdeh ondan pulu alaraq ona torpağı satacağı barədə öhdəlik götürmüşdü. Cavadehlə mütəmadi əlaqə saxlayaraq işlərin nə yerdə olduğunu, torpağın nə vaxt iddiaçının adına keçiriləcəyi ilə maraqlanmış, cavabdeh öhdəliyini icra edəcəyini vəd edərək sənədləşmə işlərinin davam etdiyini bildirmişdir. Lakin bu günlərdə məlum olmuşdur ki, Cavabdeh torpağı bütünlükdə öz adına rəsmiləşdirmiş, iddiaçıdan torpağa görə 4500 manat pul almasına baxmayaraq həmin torpağı Əziz Cənnətovun adına rəsmiləşdirmişdir. Cavabdeh torpağı iddiaçıya satmaq barədə öhdəliyini yerinə yetirmədiyinə görə iddiaçıdan aldığı 4500 manat məbləğini qaytarmalıdır. Bundan başqa onun tərəfindən satıalcaq torpaq sahəsində 7500 manatdan çox vəsait sərf edilmişdir. Cavabdehin vicdansız hərəkətləri nəticəsində 7500 manat zərərə məruz qalmışdır ki, həmin zərər məbləği də cavabdehdən iddiaçının xeyrimə tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmədən 12000 manat məbləğinin Cavabdeh tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi (vəkili) X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 1194 №-li sərəncamı ilə Cavabdeh Buzovna qəsəbəsində B-2000/128 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv metr torpaq sahəsi (sonradan – mübahisəli sahə) ayrılmışdır. İddiaçı və Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə yazılı müqavilə bağlamışdılar. Həmin müqaviləyə əsasən cavabdeh Albalıq qəsəbəsində yerləşən öz həyətyanı sahəsinin 1,5 sot hissəsini iddiaçıya 4500 manat satmış, iddiaçı həmin məbləğin 4100 manat hissəsini cavabdehə vermiş, qalan 400 manatı isə zəruri sənədlər təqdim olunanda verəcəyi barədə öhdəlik götürmüşdür. Bakı şəhəri 31 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2011-ci il tarixli AR-İ seriyalı 139985 №-li etibarnamə ilə cavabdeh mübahisəli sahənin 0,015 ha sahəsinə dair zəruri sənədlər toplamağı, tikinti işləri aparmağı, tikinti və torpaq sahəsini özəlləşdirməyi, torpaq planını və Çıxarışı almağı, həmin sahəni satmağı, bağışlamağı və sair səlahiyyətləri iddiaçıya 70 il müddətinə vermişdir. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh 15 sot torpaq sahəsini 4500 manat müqavibilində iddiaçıya satdığını, 4500 manatı şəxsən götürdüyünü etiraf etmiş, sonradan bütün mübahisəli torpaq sahəsini Əzizə satdığını, lakin bunu iddiaçının razılığı ilə elədiyini bildirmişdir (məhkəmə iclas protokolu). xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh bir daha 4500 manatı aldığını təsdiqləmiş, iddiaçıya torpaq sahəsinin satılan zaman boş olduğu, həmin vaxtdan ora getmədiyi, lakin orada tikili olduğundan xəbəri olduğu, etibarnaməni sənədləşmənin aparılması üçün verdiyi barədə izahat vermişdir (məhkəmə iclas protokolu). Cavabdeh DƏDRX tərəfindən xx.xx.2017-ci il tarixdə onun adına verilmiş **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus 0,12 ha torpaq sahəsini Bakı şəhəri 17 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* №-li alqısatqı müqaviləsi ilə X1. X8 xx.xx.2017-ci il tarixdə tək torpaq sahəsinə, xx.xx.2018-ci il tarixdə isə həm də 294,2 kv metrdən ibarət fərdi yaşayış evinə vahid Çıxarış almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/2335 №-li xx.xx.2022-ci il tarixlə rəyə əsasən Xəzər rayonu İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 1194 №-li sərəncamı ilə Cavabdeh ayrılmış 0,12 ha torpaq sahəsinin 0,015 ha hissəsində inşa edilmiş fərdi yaşayış ev üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyərinin təqribən 7409,0 manat olduğu müəyyən edilmiş, smeta rəyə əlavə edilmişdir. Hazırda iddiaçı cavabdehdən 12000 manat (4500 manat ödədiyi məbləğ + 7500 manat xərc) məbləğində pulun tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən təmin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ziyana düşmüşdür. Belə ki, qeyd edildiyi kimi, cavabdeh 4500 manat müqabilində iddiaçıya torpaq satmış, cavabdeh həmin pulu almış, iddiaçıya 70 illik etibarnamə vermiş, iddiaçıda haqlı gözlənti yaranmış, o, həmin torpaq sahəsində özünə ev inşa etməyə başlamış, buna onun 7409 manat xərci çıxmış, lakin iddiaçı həmin torpaq sahəsini bütövlükdə başqa şəxsə satmış, bunun nəticəsində iddiaçı 11909 manat (7409 + 4500) məbləğində ziyana düşmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, cavabdehdən iddiaçının xeyrinə 11909 manat tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Ekspertiza iddiaçının vəsatəti əsasında təyin edildiyindən məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri iddiaçı tərəfindən həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Ekspertizanı məhkəmə iddiaçı tərəfin vəsatəti əsasında təyin etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat İddiaçı tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçının xeyrinə 11909 manat (7409 + 4500) məbləğində pul tutulsun. İddia qalan hissədə rədd edilsin. Aparılmış ekspertiza tədqiqatı dəyəri 50 manat İddiaçı tutulub X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-323/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-323/2022
22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver