Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3230/2025 14.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhəri 1 saylı notariat ofisi olmaqla hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Gəncə şəhəri 1 saylı notariat ofisi olmaqla hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X3 atası X18 ilə doğma bacı-qardaş, onun isə bibisi olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edib onunla əsaslandırmışdır ki, xx.xx.1963cü il tarixdə Gəncə şəhərində anadan olmuş X7 atası X10 bacısı və onun da bibisidir. X7 xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində vəfat etmişdir. X24 ailə qurmamış və övladı olmamışdır. X3 vəfatından sonra mərhumun adına miras qalmış, miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı Gəncə şəhəri 1 saylı notariat ofisinə müraciət etmişdir. Lakin miras qoyanla qohumluq faktını təsdiq edə bilmədiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. X2 ilə qohumluq faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. xx.xx.1963-cü il tarixdə doğulmuş və xx.xx.2024-cü il tarixdə vəfat etmiş X3 atası X10 bacısı və onun isə bibisi (qohumu) olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Gəncə şəhəri 1 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, Ərizəçi onun baldızının oğludur. Ərizəçinin atası X18 vəfat etmişdir. Atasıgil üç qardaş, bir bacı olmuşlar. Onların ailəsi biri-birləri ilə uzaqdan qohumdur, lakin ailəni, həmçinin mərhum X5 da yaxından tanımış və münasibətləri normal olmuşdur. O, təsdiq edir ki, X1 bibisidir. Bibisi ilə Nailin münasibətləri hər zaman yaxşı olmuş, hətta bibisi xəstələnəndə onu dəfələrlə xəstəxanaya Nail aparmışdır. Məhkəmə iclasında şahid X14 ifadəsində göstərmişdir ki, Ərizəçi onun bacısı oğlu, X18 yeznəsi, X7 isə yeznəsinin bacısı olmuşdur. Onlar üç qardaş, bir bacı olmuşdur. Onlarla gediş-gəlişləri olmuş, hamısının dəfn və yas mərasimlərində iştirak etmişdir. O, təsdiq edir ki, X7 Ərizəçi bibisidir. Məhkəmə ərizəçinin izahatını, habelə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və - V- ЖГ 259577 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.1998-ci ildə ölmüşdür. - Gəncə şəhəri Nizami rayonu VVADQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-1 № 269331 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2007-ci ildə ölmüşdür. - Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-T № 265736 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1994cü il tarixdə doğulmuş, atası X18, anası X20 qeyd olunmuşdur. - Gəncə şəhər Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-70-Ə-3251/2024 nömrəli arayışından görünür ki, X3 xx.xx.1963-cü il tarixdə anadan olması Gəncə şəhər Qeydiyyat şöbəsində 1620 nömrəli akt qeydi ilə, xx.xx.2024-cü il tarixdə vəfat etməsi isə həmin qeydiyyat şöbəsində 840 saylı akt qeydi ilə dövlət qeydiyyatına alınmışdır. Mərhumun atası X12(milliyəti azərbaycanlı), anası isə X4r (milliyəti azərbaycanlı). - Gəncə şəhər qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-70-Ə-524/2025 nömrəli arayışından görünür ki, X13 xx.xx.1960-cı il tarixdə anadan olması Daşkəsən rayon qeydiyyat şöbəsində 46 nömrəli akt qeydi ilə, xx.xx.2017-ci il tarixdə vəfat etməsi isə 1 saylı Gəncə Asan xidmət mərkəzi qeydiyyat şöbəsində 2039 saylı akt qeydi ilə dövlət qeydiyyatına alınmışdır. Mərhumun atası X16 (milliyəti ləzgi), anası isə X8r (milliyəti azərbaycanlı). - Ədliyyə Nazirliyi Gəncə şəhəri 1 saylı Notaiat Ofisinin xx.xx.2025-ci il tarixli 230 saylı imtina qərarına əsasən, Ərizəçi vərəsəlik şəhadətnaməsinin verilməsinə dair müraciətinin təminindən imtina edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin ərizədə qeyd olunan faktın müəyyən olunması ərizəçiyə vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə bağlı zəruri olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, mərhum X7 ərizəçinin mərhum atası X10 bacısı, ərizəçinin isə bibisidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma ücün əsasdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1963-cü il təvəllüdlü mərhum X3 Ərizəçi bibisi və ərizəçinin mərhum atası X10 bacısı olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-3230/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3230/2025
14.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver