Məhkəmə qərarları › İş №2(008)-3238/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3238/2022

09.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3238/2022 09.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhmanov Cahid Faiq oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxslər Cavabdeh, Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə istifadə və sahiblik faktının təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxslər Cavabdeh, Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə istifadə və sahiblik faktının təsdiq edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlarında yerləşən 5905 saylı bağ sahəsi üzərində onun yəni, İddiaçı istifadə və sahiblik faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə baş istehsalat idarəsinin, Bağlar Təsərüfatı İdarəsinin 14 nömrəli, orderinə (BŞİH-nin xx.xx.1995-ci il tarixli qərarı) əsasən Sabunçu rayonu, X16ndə yerləşən, sahəsi 0,12 ha olan 5905 saylı bağ X5 ayrılmışdır. Sonradan, yəni 2008-ci ildən qarşılıqlı razılaşma əsasında X7 tərəfindən ona ayrılmış Sabunçu rayonu, X16ndə yerləşən, sahəsi 0,12 ha. olan 5905 saylı bağ sahəsi daimi olaraq onun istifadəsinə verilmişdir. Tərəfindən isə həmin bağ sahəsində abadlıq işləri aparılmış, ev inşa edilmiş və hal-hazırda da onun istifadəsindədir. Bağ sahəsinə dair kommunal xərclər onun adından ödənilir. X2 və İstismarı Birliyi Azərbaycan Respublikasını Prezidenti tərəfindən xx.xx.2007-ci ildə ləğv edilmiş, lakin onun hüquqi varisi müəyyən edilməmiş, bağların arxiv saxlayıcısı kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsi müəyyən edilmişdir. Bu səbəbdən də, müvafiq sənədləşmənin aparılması üç X2 və İstismarı Birliyinə müraciət edə bilməmişlər. Bağ sahəsini qarşılıqlı razılıq əsasında onun istifadəsinə verən X10 isə hazırda xarici vətəndaş olduğundan onun adına müvafiq sənədləşmə iş aparıb sonradan ona ötürülməsi mümkün deyildir. Hal-hazırda onun istifadəsində olan bağ səhəsi üzrə heç bir hüquqi mübahisə yoxdur. Lakin məsələ məhkəmədən kənar həlli mövcud olmadığı səbəbindən məhkəməyə müraciət etməkdən başqa çıxış yolu yoxdur. Məhkəmə iclasında iştirak edən ərizəçinın nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişlər. Maraqlı şəxs Kubanovi Aidının notarial qaydada təsdiqlənmiş ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Bağlar Təsərrüfatı İdarəsinin 14 nömrəli orderinə əsasən Sabunçu rayonu X16ndə yerləşən sahəsi 0.12 ha olan 5905 saylı bağ sahəsi ona yrılmışdır. Sonradan qarşılıqı razılaşma əsasında ona ayrılmış torpaq sayhəsini İddiaçı istifadə və sahibliyinə vermişdir. İddiaçı məhkəməyə ünvanladığı ərizəsi ilə tanışdır, ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin və vəkilinin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan X8 və Satışı İdarəsinin arayışından görünür ki, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları, Bağ ******************** kodlu abonent İddiaçı ondan ötəri ki, xx.xx.2021 tarixinə, sayğacın 180 kvts göstəricisinə qədər "xxxx" ASC-yə elektrik enerjisinə borcu yoxdur. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti aparatının Bağlar Təsərrüfatı İdarəsinin 14 nömrəli orderinin surətindən görünür ki, Ləhic bağları, 241 sahəsində, 5905 nömrəli torpaq sahəsi X5 verilmişdir. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi İnzibati Ərazi İdarəsi üzrə nümayəndəliyinin 07 yanvar 2022-ci il tarixli, 1/15 nömrəli arayışdan görünür ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti aparatının Bağlar Təsərrüfatı İdarəsinin 14 nömrəli orderinə əsasən 5905 saylı Ləhiş Bağ X1 adına olmuşdur və 1995-ci ildən 1997-ci ilə kimi həmin bağ sahəsində qeydiyyatsız yaşamışdır. - 27.12.2021-ci il tarixli notarial təsdiq olunmuş ərizənin surətindən görünür ki, X11, X4, X6 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsi İddiaçı istifadəsində olub və həmin torpaq sahəsindən istifadə edib. - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının 36/1267 nömrəli, xx.xx.2014-cü il tarixli arxiv arayışının surətindən görünür ki, X5 Ləhic BTK 241 nömrəli bağ sahəsi ayrılmışdır. - 29.12.2021-ci il tarixli, 343/21 nömrəli arayışdan görünür ki, X3 istifadəsində olan 5905 saylı bağ sahəsinin vergilərini xx.xx.2021 tarixli 531629 nömrəli etibarnamə əsasında İddiaçı ödəyir.2022-ci ilə qədər vergi borcu yoxdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********20 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağ sahəsi 5905 ünvanında torpaq sahəsinin və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.6-ci maddəsinə əsasən, məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. xx.xx.2019-cu il tarixdə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7-ci bəndindən görünür ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Həmin Qərarın 7.1-ci bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Həmin Qərarın 7.2-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Beləliklə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********20 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağ sahəsi 5905 ünvanında torpaq sahəsinin və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin sahiblik və istifadə hüququnun təsdiq edilməsinin istədiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reystri xidmətindən qeydiyyatından keçmədiyindən və tələb iddia icraatı formasında deyildə, ərizə formasında xüsusi icraat qaydasında verildiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu ərizəçiya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxslər Cavabdeh, Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə istifadə və sahiblik faktının təsdiq edilməsi» tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar