Məhkəmə qərarları › İş №2(008)-3240/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3240/2025

13.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3240/2025 13.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat Şöbəsi olmaqla, doğum akt qeydinin bərpa edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1957-ci ildə Ermənistan Respublikasının Ağbaba rayonunda doğulmasına dair doğum akt qeydinin bərpa edilməsi, doğum haqqında şəhadətnamənin ata qrafasında – “X8”, atanın milliyyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X7”, ananın milliyəti olaraq “azərbaycanlı” qeyd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onunla əsaslandırdı ki, o, xx.xx.1957ci il tarixdə Ermənistan SSR Ağbaba rayonunda anadan olmuşdur. Doğumu haqqında şəhadətnaməsi olsa da, naməlum şəraitdə itirmişdir. Mümkündür ki, deportasiya zamanı şəhadətnaməni unudaraq özü ilə gətirməmişdir. Hazırda qeydiyyatda olduğu evin plana düşməsi ilə bağlı doğum haqqında şəhadətnamənin əldə edilməsi zəruridir. 4 Saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat Şöbəsi tərəfindən verilmiş məktuba əsasən onun adına doğum akt qeydi aşkar olunmamışdır. Şəxsiyyət vəsiqəsində və nikah haqqında şəhadətnamədə onun xx.xx.1957-ci il tarixdə Ermənistan SSR Ağbaba rayonunda anadan olmağı qeyd edilmişdir. Göstərilənlərə əsasən, ərizəçi onun xx.xx.1957-ci il tarixdə Ermənistan SSR Ağbaba rayonunda doğulmasının qeyd edilməsi faktının müəyyən edilməsi, təvəllüdü xx.xx.1957-ci il, doğulduğu yer Ermənistan Respublikası Ağbaba rayonu, ata qrafasında X8, milliyyəti azərbaycanlı, ana qrafasında X7, milliyyəti azərbaycanlı qeyd edilməklə doğum haqqında akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, ərizəçinin bacısıdır. Ermənistandan gələndə bacısının doğum haqqında şəhadətnaməsi orada qalmışdır. Əvvəllər doğum haqqında şəhadətnamə tələb olunmasa da, hazırda hər yerdə şəhadətnamə istəyirlər. Ərizəçi Zabratda qeydiyyatdadır. Əvvəlki Amasiya rayonu, indiki Ağbaba rayonu, Təpəkənd kəndində doğulmuşdur. X3, anası X5r. Miras əmlakla bağlı məsələ yoxdur, sadəcə gələcəkdə lazım olar deyə, bacısının doğum akt qeydinin bərpa olunması zəruridir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qardaşıdır. Ermənistandan gələndə bacısının doğum haqqında şəhadətnaməsi orada qalmışdır. Həmin şəhadətnamə qeydiyyatda olduğu evin sökülməsi ilə bağlı lazım ola bilər. O, Zabrata qeydiyyatdadır, Afiqə də onların evində qeydiyyatdadır. Həmin ev plana düşdüyünə görə, şəhadətnamə gələcəkdə lazım olacaq. Yəni onların qohum olmalarını təstiq edən sənəd lazımdır. Hamısı Amasiya rayonu, Təpəkənd kəndində doğulmuşlar. X3, anası X5r. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA ******* serialı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE 07851771 serialı şəxsiyyət vəsiqəsindən görünür ki, X6 xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuşdur. İş materiallarında olan 1 saylı Sumqayıt regional Maraqlı şəxsndə qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ermənistan Respublikasının Ağbaba rayonunda xx.xx.1962-ci il tarixdə doğulmuş X6 ilə Ermənistan Respublikasının Ağbaba rayonunda xx.xx.1957-ci il tarixdə doğulmuş X11 arasında xx.xx.2018-ci il tarixdə 1787 nömrəli akt qeydi tərtib olunmaqla rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Rüstəmova” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.1971-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1971-ci il tarixdə Amasiya rayonu, Təpəkənd kəndində anadan olmuşdur. Atası X4, anası X5r. İş materiallarında olan xx.xx.1976-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.1976-ci il tarixdə Amasiya rayonu, Təpəkənd kəndində anadan olmuşdur. X3, anası X5r. İş materiallarında olan 4 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş məktubdan görünür ki, ərizəçinin 4 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsi tərəfindən onun doğum haqqında akt qeydinin bərpası ilə bağlı xx.xx.2025-ci il tarixli müraciətinə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəaların 16-cı bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Qeyd edilənlərə əsasən və akt qeydinin həqiqətən olduğunu təsdiq edən kifayət qədər əsas olmadığından, ərizənin icrası mümkün olmamışdır. Həmçinin bildirilmişdir ki, həmin Məcəllənin 162.2-ci maddəsinə və həmin qərarın 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bununla bağlı olaraq doğum haqqında akt qeydinin bərpası ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, ərizəçi xx.xx.1957-ci ildə Ermənistan SSR, Ağbaba rayonunda anadan olmuşdur. Sənədləşmə işi ilə əlaqədar doğum haqqında şəhadətnaməsi tələb olunur. Lakin o, həmin sənədini itirmişdir. Yeni doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı 4 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin orada ona doğum akt qeydinin bərpasının və yeni doğum haqqında şəhadətnamənin verilməsinin yalnız məhkəmə qətnaməsi çıxarıldıqdan sonra mümkün olacağı bildirilmişdir. Bu səbəbdən, Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsindən görünür ki, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alır və belə nəticəyə gəlir ki, ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyindən və onun başqa yolla bərpası mümkün olmadığından, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1957-ci ildə Ermənistan SSR, Ağbaba rayonunda doğulmasına dair doğum akt qeydi bərpa edilməli, doğum haqqında şəhadətnamədə soyadı qızlıq soyadına uyğun olaraq “Məmmədova”, ata qrafasında – “X8”, atanın milliyyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X7”, ananın milliyəti olaraq “azərbaycanlı” olaraq qeydiyyat aparılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1957-ci ildə Ermənistan SSR, Ağbaba rayonunda doğulmasına dair doğum akt qeydi bərpa edilsin. Doğum haqqında şəhadətnamədə ərizəçinin soyadı “Məmmədova” kimi qeyd edilsin. Doğum haqqında şəhadətnamənin ata qrafasında – “X8”, atanın milliyyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X7”, ananın milliyəti olaraq “azərbaycanlı” qeyd edilsin. Hazırkı qətnamə ərizəçiyə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar