Məhkəmə qərarları › İş №2(008)-3310/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3310/2022

14.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3310/2022 14.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı Ərizəçi iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh 4 saylı Bakı Maraqlı şəxsndə Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin bərpası” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Ərizəçi cavabdeh 4 saylı Bakı Maraqlı şəxsndə Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı X5 vərəsəliyini qəbul etməyim üçün, qanunla müəyyən edilmiş mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpası barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Ərizəçi iddia tələbini onunla əsasladırmışdır ki, o, Ərizəçi xx.xx.1987-ci il tarixində anadan olmuşdur. xx.xx.2017-ci ildə tarixində xx.xx.1942-ci il təvəllüdlü X10 ilə rəsmi qaydada ailə qurmuşdur. Birgə nigah dövründən əvvəl mərhum əri X10 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.ünvan 1 ünvanında mərhum həyat yoldaşı rəhmətə gedənə qədər bir ailə kimi həmin ünvanda yaşamışlar. Mərhum həyat yoldaşı X10 onunla birgə nigah dövründən əvvəl ünvan 2i ünvanında 0.05 ha torpaq sahəsi almışdır. xx.xx.2016-ci ildə həmin torpaq sahəsinin çıxarışını öz adına rəsmiləşdirmişdir. Hal-hazırda həmin torpaq sahəsi mərhum əri X5 adına qeydə alınmaqdadır. Mərhum əri X10 xx.xx.2020-ci ildə vəfat etmişdir və ərimin ölümündən sonra miras faktiki olaraq tərəfindən qəbul edilərək idarə olunur. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1159 maddəsinin 1.1 bəndinə əsasən arvad ərin qanun üzrə 1 -ci dərəcəli vərəsəsi hesab edilir. Odur ki, qanunvericiliyə əsasən mərhum əri X5 vərəsəsi tanınmağı və onun adına qeydə alınmış ünvan 2i ünvanında 0.05 ha torpaq sahəsi olan mülkün vərəsəlik qaydasında mülkiyyətinə keçirilməsini iddia edir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, o X5 oğludur. İddiaçı atasının ikinci həyat yoldaşı olmuşdur. İddiaçı ilə atası hər zaman Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.ünvan 1 ünvanında yaşamışlar. Atasının bütün qayğısını, əziyyətini iddiaçı çəkmişdir. Hazırda atası rəhmətə getmiş, onun həyat yoldaşı isə hüquqi savadsızlıqdan vaxtında notariat ofisinə mirasın qəbul edilməsi üçün müraciət etməmişdir. Onun atasından qalmış mirasla bağlı hər-hansı bir marağı yoxdur. Məlumat üçün bildrmişdir ki, onun başqa bacısı qardaşı, o cümlədən atasının valdeyinləri yoxdur. Məhkəmə iddiaçını dinləyib, sübutları araşdıraraq hesab edirki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. 4 saylı Bakı Maraqlı şəxsndə Notariat Ofisin iddiaçıya ünvanlanmış olduğu 581 saylı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X5 adına V-157/2022 vərəsəlik işi açılmışdır, Mirasın açıldığı gündən 6 (altı) ay ərzində vərəsəliyin qəbulu üçün müddər nəzərdə tutmuş olduğu halda, bu müddət ötürülmüş olduğundan məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İş materiallarında olan Azərbayjan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 2ində olan evin mülkiyyətçisi X8r. İş materiallarında olan XVİİ-CQ seriyalı 498404 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1942-ci ildə Tovuz rayonu Sarıtala kəndində anadan olmuşdur. X1 və anası X12 İş materiallarında olan AZ-İİ seriyalı 125381 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə sol mədcik çatışmamazlığından vəfat etmişdir. Sumqayıt “ASAN Xidmət” X7 tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 204989 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə Ərizəçi 13 iyul 2017-ci il tarixdə 1796 saylı akt qeydi ilə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Cəfərova soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1.-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək belə, nəticəyə gəlir ki, Ərizəçi X5 qanun üzrə vərəsəsidir. İddiaçı X9 ölümündən sonra miras əmlakını qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Ötürməsinin səbəbini isə məlumatının olmamasını qeyd etmişir. İddiaçı mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddəti üzrlü səbəbdən ötürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, X6 vərəsəliyinin qəbul etməsi üçün iddiaçı Ərizəçi tərəfindən buraxılmış mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət bərpa edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Ərizəçi xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 miras qalmış vərəsəliyin qəbul etməsi üçün buraxılmış müddət bərpa edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi günddddən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar