Məhkəmə qərarları › İş №2(008)-3312/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3312/2022

14.06.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3312/2022 14.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçın İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı cavabeh Cavabdeh qarşı "yaşayış sahəsindən çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabeh Cavabdeh qarşı "yaşayış sahəsindən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-Cavabdeh zəbt etdiyi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Bakı şəhər X3 İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1963-cü ildə verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndiriməsinə aid” Texniki Pasporta əsasən mənim mərhum atam-Qulam Şirməmməd oğluna məxsus olmuşdur. O, həmin fərdi yaşayış evində doğulmuş, həm valideynlərilə birlikdə, həm də atası vəfat etdikdən sonra orada qeydiyyatda olmaqla yaşamışdır. X2 xx.xx.1975-ci ildə, anası-X1 isə xx.xx.1988-ci ildə vəfat etmişdir. Valideynlərinin vəfatından sonra o, hal-hazırda qeydiyyatda olduğu mənzilə köçərək orada yaşamağa başlamış və vaxtaşırı olaraq miras əmlak olan Ramana qəsəbəsi, Haqverdiyev küçəsi 25b ünvanında yerləşən fərdi yaşayış evinə gedib gəlmişdir. Bir müddət sonra ümumi razılıq əsasında atasından qalan fərdi yaşayış evi onlar vərəsələr arasında şərti olaraq bölünmüş və kimin həmin fərdi yaşayış evinin hansı hissəsindən istifadə etməsi müəyyən edilmişdir. O, da digər vətənpərvər vətəndaş kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mənfur ermənilərlə müharibə zamanı öz ata-baba torpaqlarından didərgin düşmüş, Fizuli rayonundan olan məcburi köçkün ailəsinə yaşayış sahəsini təmənnasız olaraq onlara sığınacaq kimi verilmişdir. Həmin məcburi köçkün ailəsi 2017-ci ilə kimi orada yaşamışlar. Onlar yaşadıqları müddət ərzində heç bir təmir işləri aparmadığından ev tamamilə yararsıs hala düşmüşdür. Bu yaxınlarda o, Sabunçu rayonu, Ramana qəsəbəsi, Haqverdiyev küçəsi 25b ünvanında yerləşən fərdi yaşayış evinə təmir işlərinə başlamaq niyyəti ilə gəlmişdir. Orada olarkən məhz razılıq əsasında onun payına düşən hissədə təmir işlərinin aparıldığını görmüşdür. Bununla maraqlandıqda Elşad Hüseynov adlı şəxsin həmin yaşayış hissəsinin hansısa formada bu iş üzrə cavabdeh- Cavabdeh istifadəsinə verdiyi məlum olmuşdur. Cavabdehlə yaranmış vəziyyəti aydınlaşdırmaq istədikdə o, ona yaxın gəlməyin, o, sizə heç bir izahat verən deyilən deyərək mübahisəyə aydınlıq gətirməkdən imtina etmişdir. O, bu barədə ərazi üzrə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə bildirdikdə, bu mülki məsələdir və məhkəməyə müraciət etməklə mübahisəni həll edə biləcəyini bildirmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, Sabunçu rayonu (keçmiş Lenin) Ramana qəsəbəsi, Haqverdiyev küçəsi 25b ünvanında yerləşən fərdi yaşayış evi təqribən 120 il əvvəl inşa olunmuş, həmin fərdi yaşayış evində onun babası, sonradan isə valideynləri yaşamış, ötən əsrin 60-cı illərində bu tip fərdi yaşayış evlərinin sənədləşdirilməsinə başlanmış və göstərilən evə dair “şəxsi mülkiyyət hüququ” ilə 1963-cü ildə mərhum atası-Qulam Şirməmməd oğlunun adına “Texniki Pasport” tərtib edilmişdir. O, ötən il qeyd edilən fərdi yaşayış evinə dair vərəsəliklə bağlı notariat kontoruna müraciət etmiş və vərəsəlik işi açılaraq, notariat kontoru tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xitmətinə “miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış” verilməsi ilə bağlı məktub ünvanlanmışdır. Bunları göstərməkdə məqsəd Sabunçu rayonu, Ramana qəsəbəsi, Haqverdiyev küçəsi 25b ünvanında yerləşən fərdi yaşayış evinin onlara aid olmasına aydınlıq gətirməkdən ibarətdir. Cavabdeh- Cavabdeh ona aid yaşayış sahəsini zəbt etməsi onun hüqularını pozmuşdur. Bunun nəticəsində o, həmin yaşayış sahəsində yaşamaq, orada təmir işləri aparmaq, yaşayəş sahəsi il bağlı bu və ya digər formada cərəncam vermək hüququndan məhrum olmuşam. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsini qəbul etməyərək məhkəməyə bildirdi ki, qeyd edilən torpaq sahəsini o qeyri-rəsmi şəkildə pul verərək almışdır. O həmin evd indi də yaşamır, ümüumiyyətlə orada yaşamaq üçün şərait yoxdur. Sonradan qeyd edilən torpaq sahəsinin mübahisəli olduğunu bildikdən sonra, həmin torpaq sahəsinə vermiş olduğu pulu satan adamdan geri isdəmişdir. İddianın təmin və ya rədd edilməsi onun maraqlarına toxunmur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu, İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəliyinin 1492 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Qulam oğlu 1972-ci ildən 1983- cü ilə qədər ünvan 4 ünvanda qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə araşırılması zamanı işin mübahisəsiz halı ondan ibarət olduğu müəyyən edilir ki, İddiaçı ünvan 5 ünvanında yerləşən mənzilə və onun yerləşdiyi torpaq sahəsin mülkiyyət hüququnu təsdiq edəcək hər hansı bir sənədi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçının mübahisəli evə dair hüquqmüəyyən edici sənədi olmadığından onun həmin ev ilə bağlı qaldırmış olduğu iddia tələbi iddiaçının subyektiv hüququ olmaması əsası ilə rədd edilməlidir. Belə ki, Azərbay Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabeh Cavabdeh qarşı "ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılması " tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar