Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3314/2021 05.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Ərizəçi Abzətdər oğlunun iştirakı ilə, Ərizəçi Abzətdər oğlunun maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı «Asan xidmət» X2maqla 10.08.1965-ci ildə Bakı şəhərində doğulmuş X7 22.03.2021-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Səfərov X4 İslam Nəzər oğlunun ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 10.08.1965-ci ildə Bakı şəhərində doğulmuş X7 22.03.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi Abzətdər oğlu ərizəsini onunla əsaslandırmışdır ki, 10.08.1965-ci ildə doğulmuş X12 onun oğludur. Onun oğlu şəkərli diabet xəstəliyindən, böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkirdi. Xəstəliyi ilə əlaqədar 3 saylı Şəhər Kliniki xəstəxanasının reanimasiya şöbəsində müalicə almışdır. 22 mart 2021 -ci il tarixdə oğlunun vəziyyəti qəflətən pisləşmiş və o evdə vəfat etmişdir. O, təcilli tibbi yardım çağırmağına baxmayaraq bunun heç bir köməyi olmamışdır. O, oğlunu 23 martda Bakıxanov Müsəlman qəbirstanlığında dəfn etmişdir. Dəfndə yaxın qohum və qonşular da iştirak etmişlər. Lakin, o, bu günkü günədək oğlunun adına ölüm haqqında şəhadətnaməni almamışdır. Oğlunun ölüm haqqında şəhadətnaməsi ona həmin şəhadətnaməni müvafiq orqanlara təqdim etmək üçün lazımdır. Ölüm haqqında şəhadətnamənin alınması ilə əlaqədar o, 4 saylı Bakı Asan xidməti X5nə müraciət etsə də, ona imtina edilərək bildirilmişdir ki, bu işin həlli yalnız məhkəmə vasitəsi ilə mümkündür. Ona görə də o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməyi qərar almışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmunun uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi . Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs 4 saylı Bakı “Asan xidmət” X5nə məlumat verilmiş, lakin nümayəndəsinin iştirakı təmin edilməmiş, 29.04.2021-ci il tarixdə məhkəmənin bildirişinə cavab olaraq mülki işə iş yükünün çoxluğunu nəzərə alaraq qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə işə maraqlı şəxs 4 saylı Bakı “Asan xidmət” X5nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasına dəvət olunmuş şahid X11 ifadəsində bildirmişdir ki, X12 onun qonşusu olmuşdur. X12 7-ci mərtəbədə ata-anası ilə birlikdə yaşayırdı. Mərtəbədə 4 mənzil var. Ailəli deyildi. Novruz bayramında ölmüşdür. Onun dəfn mərasimində iştirak etmişdir. Bakıxanov qəbirsanlığında dəfn edilmişdir. Məhkəmə iclasına dəvət edilmiş şahid X3 ifadəsində bildirmişdir ki, X12 onun qonşusu olmuşdur. X12 boşanmışdı, atası, anası və bacısı ilə birlikdə yaşayırdı. Şəkərli diabet xəstələyi vardı. Böyrək çatışmazlığından əziyyət çəkirdi. 1 ay yarım olardı ki, xəstəxanada idi. Novruz bayramında ölmüşdür. Onun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasına dəvət edilmiş şahid X9 ifadəsində bildirmişdir ki, X12 onun qonşusu olmuşdur. X12 boşanmışdı. Mart ayının axırları olardı ki ölmüşdür. O, Bülbülə qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur, dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: - Vətəndaşlıq vəziyyəti aktları qeydiyyat bürosunun АЗ seriyalı, ******* saylı doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X12 10 avqust 1965-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Ərizəçi, anası isə X1r. - Sovet Sosialist Respublikaları İttifaqı Vətəndaşının XV-ЖГ seriyalı, 669018 nömrəli pasportunun surətindən görünür ki, X12 10 avqust 1965-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, X12 10.08.1965-ci il tarixdə doğulmuşdur. Azərbaycan SSR ərazi dairəsinin Lenin (indiki Sabunçu) rayonu hərbi komissarlığında 11 may 1984-cü ildə qeydiyyata alınmışdır. - Azərbyacan Respublikası AZE seriyalı, 0******* nömrəli vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1938-ci il tarixdə doğulmuşdur. Yaşayış yeri ünvan 1 ünvanı qeyd edilmişdir. -Bakı şəhəri Təcili və X15 Yardın stansiyası 13 saylı bölməsinin təcili tibbi yardım biriqadasının 22 mart 2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 22 mart 2021-ci il tarixdə 12:32-də ünvan 1 ünvanında həkiməqədər kişi cinsli meyit aşkar olunmuşdur. - 4 saylı Bakı» Asan xidmət» X5nin Ərizəçi Abzətdər oğluna ünvanladığı 29 mart 2021-ci il tarixli 05/Q-289/15 nömrəli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 nömrəli, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində müvafiq ərizənin təmin edilməsi mümkün olmamışdır. Ölümün qeyd edilmə faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. -Bakı şəhəri Sabunçu Bələdiyyəsinin 16 nömrəli, 31 mart 2021-ci il tarixli arayışından görünür ki, X12 23 mart 2021-ci il tarixdə Sabunçu qəsəbəsi Bakıxanov Müsəlman Qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, 10.08.1965-ci il tarixində Bakı şəhərində doğulmuş X7 22.03.2021-ci ildə Bakı şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi Abzətdər oğlunun ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 10.08.1965-ci ildə Bakı şəhərində doğulmuş X7 22.03.2021-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3314/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3314/2021
05.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver