Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3318/2021 15.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçının vəkili və nümayəndəsi X4, Cavabdehin vəkili və nümayəndəsi X5 iştirakları ilə İddiaçı İddiaçı Cavabdeh qarşı evdən çıxarılma barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında 0,01141 torpaq sahəsi üzərində olan 78,50 kv metr yaşayış evindən (sonradan - mübahisəli ev) çıxarılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli ev iddiaçının mülkiyyətindədir. Lakin cavabdeh xeyli vaxtdır ki, həmin evi zəbt edib. Onun həmin evə heç bir aidiyyəti yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi X8 iddianı qəbul etməyərək, qeyd etdi ki, cavabdeh Çıxarışda qeyd olunan hissədə deyil, özü tərəfindən inşa edilmiş özbaşına tikilidə yaşayır. Hətta mübahisəli ev iddiaçının adında olsa da, cavabdehə məxsusdur. Belə ki, cavabdeh bu evin əvəzi ona torpaq sahəsi alıb vermiş, lakin mübahisəli evi öz adına rəsmiləşdirməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materialarına əlavə edilmişidir). İddiaçı ilə cavabdeh qardaşdılar. Mübahisəli evin bir hissəsi iddiaçının mülkiyyətindədir. Belə ki, DƏDRX tərəfindən **********43-10301 reyestr nömrəsi ilə verilmiş Çıxarışdan görünür ki, istifadə hüququ ilə qeydə alınmış 0,0141 ha torpaq sahəsinin üzərində yerləşən 78,50 kv metrdən ibarət olan mübahisəli evin «A» tikilisi 10.03.2020-ci il tarixdə iddiaçının adına, «B» tikilisi 16.01.2020-ci il tarixdə X1 adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır. Evə dair verilmiş texniki pasportdan görünür ki, iddiaçının mülkiyyətində olan «A» tikilisi 4 otaqdaq ibarətdir, həmin tikilinin bir hissəsi Çıxarışda öz əksini tapmamışdır. Məhkəmə sübutları olduğu yerdə tədqiq edərək müəyyən etmişdir ki, mübahisəli evdə Çıxarışda qeyd olunmayan sahə mövcuddur, əlavə tikililər çoxdan inşa edilib, evin qanuni və qanunsuz hissələri bir-birinə bitişikdir və həmin evdə cavabdeh ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda iddiaçı cavabdehin həmin evdən çıxarılmasını və evin ona təhvil verilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə cavabdehin əlavə tikilidə yaşamasına dair cavabdeh tərəfin etirazına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edildiyi kimi, mübahisəli evin qanuni və qanunsuz hissələri bir-birinə bitişikdi. Bundan başqa, ev mövcud vəziyyətdə texniki pasportda öz əksini tapıb, yəni iddiaçının evin bir hissəsinə mülkiyyət hüququ, bir hissəsinə istifadə hüququq mövcuddur. Bundan başqa, cavabdeh məhz Çıxarışda göstərilən sahədə deyil, əlavə tikilidə yaşadığını sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında 0,0141 torpaq sahəsi üzərində olan 78,50 kv metr yaşayış evindən çıxarılsın və iddiaçıya təhvil versin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-3318/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3318/2021
15.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver