Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3319/2023 24.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Azərişıq ASC-nin Sabunçu Retsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Azərişıq ASC-nin Sabunçu Retsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında quraşdırılmış işıq sayğacı ilə bağlı Azərişıq ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə 1789 manat 45 qəpik məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda quraşdırılmış iki işıq sayğacı iddiaçının adına rəsmiləşdirilmişdir. Bir istehlakçı olaraq, işıqdan istifadə etmiş, həmin ünvanda quraşdırılmış işıq sayğacına onun tərəfindən hər hansı kənar müdaxilə və ya digər qanunazidd hərəkətlər edilməmişdir. "xxxx" ASC-nin əməkdaşları Ələkbərov Elmar və Qasımov Ramin qeyd edilən ünvana iddiaçının məlumatı olmadan gəlmiş, guya sayğacdan kənar xətt aşkarlamış, buna görə akt tərtib edilmişdir. Həmin akt əsasında iddiaçıya 1789 manat 45 qəpik məbləğində əsassız borc yazmışdırlar. Həmin məbləğin nəyə əsasən və hansı kriteriyaya görə hesablanması aydın deyil. Mübahisələndirilən akt iddiaçının iştirakı olmadan tərtib edilmişdir və iddiaçı yalnız onun telefonuna borc barəsində mesaj gəldikdən sonra bundan xəbər tutmuşdur. İddiaçı sözügedən ünvanda işıqdan istifadə etdiyi müddətdə bunun haqqını tam olaraq ödəmişdir. "xxxx" ASC tərəfindən üzvlərinin heç olmazsa birinin bu sahədə xüsusi biliyə malik mütəxəssisekspert olması barədə də iş materiallarında hər hansı bir sübut mövcud deyildir. AR Nazirlər Kabinetinin Qərarına əsasən elektrikdən istifadə qaydalarında küçədə quraşdırılmış sayğaclara vətəndaş cavabdeh deyil. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, iddiaçı tərəfindən sayğaca kənar xətt vasitəsilə qoşulma olmuşdur. İl ərzində ödənişlər olsa da, müəyyən olunmuş kənar xətt 365 gün müddətinə hesablanıb. İddiaçı tərəfindən qanunsuz qoşulma olduğuna görə iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan **********4***2 saylı abonentin abunə haqqında saldosundan görünür ki, İddiaçı enerji istifadəsinə görə 1966,16 manat məbləğində borcu mövcuddur. - "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış 584396 saylı enerjitəchizatı müəssisəsi ilə məişət abonenti arasında elektrik enerjisinin alqı-satqısı barədə müqavilənin 1-ci maddəsinə əsasən tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə “X1 qaydaları”nı rəhbər tuturlar. - "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış 584395 saylı enerjitəchizatı müəssisəsi ilə məişət abonenti arasında elektrik enerjisinin alqı-satqısı barədə müqavilənin 1-ci maddəsinə əsasən tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə “X1 qaydaları”nı rəhbər tuturlar. - xx.xx.2023-cü il tarixli 031327 saylı aktın surətindən görünür ki, ünvan 3 istehlakçı İddiaçı oğluna məxsus evə baxış keçirilərkən abonentin işıqdan qeyri-qanuni olaraq sayğacdan kənar xətdən istifadə etməsi aşkar edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. «X1 Qaydaları»nın 5-ci bəndinə əsasən yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. Həmin qaydaların 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satılması və istehlakında enerjiresurslarından səmərəli istifadə olunmasında, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər normativ sənədlərə əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin "Dövlət Enerjinəzarət" İdarəsi həyata keçirir. Həmin Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun (yəni məişət abonentinin) və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəssinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Həmin Qaydaların 7.17-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüququna malikdirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, abonent İddiaçılə "xxxx" ASC arasında elektrik enerjisinin alqı-satqısı barədə iki müqavilə olmuş, abonentə ünvan 3 ünvan üzrə xx.xx.2023-cü il tarixli 031327 saylı akt əsasında 1789.45 manat məbləğində borc hesablanmışdır. Lakin, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2023-cü il tarixli 031327 saylı akt üzrə müəyyən etdiyi ziyan məbləği şişirdilmiş və əsassızdır. Belə ki, xx.xx.2023-cü il tarixli 031327 saylı akt üzrə qəbul olunmuş qərar 2kvt orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə aparılmışdır. Lakin hesabat müddətinin hansı səbəbdən 365 gün müəyyənləşdirilməsi göstərilməmişdir. Məhkəmə hesab edir ki, hesabat müddəti 30 gün qəbul edilməklə aşağıdakı formada hesablanması daha məqsədəmüvafiqdir. Belə ki, son 365 gün ərzində iddiaçı çox sayda ödənişlər edib. 2x24x0.7x30=1008 kvts Tarif (0.13) – 1008 kvts x0.13=131.04 manat Beləliklə hesabat müddəti 30 gün qəbul edildikdə ziyanın həcmi 131, 04 manat təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, 1789,45- 131,04=1658,41 manat borc məbləği silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəlləinin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı əsassız hesablanmış 1658,41 manat borc silinsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-3319/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3319/2023
24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver