Məhkəmə qərarları › İş №2(008)-3327/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-3327/2020

30.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-3327/2020 30.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi Məhkəmə iclas katibi X7, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əjdər oğlu, X11, X3 qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə iddia tələbi üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əjdər oğlu, X11, X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsi, 10B saylı evə dair yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsi, 10B saylı ev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında onun mülkiyyətindədir. Cavabdehlər onların tanımadığı şəxslərdir və ümumiyyətlə qeyd etdiyi ünvanda yaşamırlar. Onlar sadəcə olaraq həmin ünvanda qeydiyyatdadırlar. Cavabdeh iddia ərizəsinə etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki,1959-cu ildə 1 otaqlı, 1 mərtəbəli mənzil tikilmiş torpaq sahəsində şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair texniki pasport anası X4 1968-ci ilin avqustunda Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarizasiya bürosu tərəfindən təqdim edilmiş, həmin pasportda ünvan Lenin (indiki Sabunçu) rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsi, ev 10B saylı ünvanı qeyd edilmişdir. xx.xx.1978-ci ildə anası X8 rəhmətə gedənə qədər, oğlu Cavabdeh2 və xx.xx.1959-cu ildə anadan olmuş qızı Hüseynova Sevinc Balaəmi qızı həmin ünvanda yaşamışlar. X16-Əmi Heydər-əli oğlu xx.xx.1998-ci ildə vəfat etmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli arayışda qeydiyyatda olanlar barədə məlumat verilib. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsi, 10B saylı ünvanı nə satmamışlar, nə bağışlamamışlar, nə də dəyişməmişlər. Həmin ünvanda ailəsinin yaşadığını və qeydiyyatda olmasını Sabunçu rayon İHB-nın Pirşağı qəsəbəsi İnzibati ərazi Dairəsi üzrə nümayəndəliyinin məhkəməyə təqdim etmək üçün verdiyi arayışlar da təsdiq edir. İddiaçının aldığı torpaq və mənzil qeyd edilən ünvanlarından təxminən 1 km aralıda yerləşir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, iddiaçının nümayəndəsi və vəkili, edəcə də Cavabdeh2 məhkəmə iclasına gəlmiş, digər cavabdehlər isə məhkəməyə gəlməmiş, gəlməməlrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədi və etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, hazırki işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsi, 10B №-li fərdi yaşayış evinin İddiaçı xüsusi mülkiyyətində olmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixli RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin məhkəməyə göndərilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsi, 10B №-li fərdi yaşayış evə dair X2 adına Bakı şəhəri XDS İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1968-ci ilin avqust ayında şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasport verilmişdir. İş materiallarında olan Sabunçu rayon İHB-nın Pirşağı qəsəbəsi İnzibati ərazi Dairəsi üzrə nümayəndəliyi tərfindən verilmiş xx.xx.2020-ci il tarixli 1325 №-li arayışdan görünür ki, X8 vəfat edənə kimi, yəni xx.xx.1978-ci il tarixə qədər oğlu Cavabdeh2 və qızı X1 ilə yaşamışdır. İş materiallarında olan 4 saylı ASAN Xidmət mərkəzi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli ******* №-li və xx.xx.2020-ci il tarixli ******* №-li arayışlardan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əjdər oğlu, X11, X9 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsi, 10B №-li evdə qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna cavab olaraq Sabunçu rayon İHB-nın Pirşağı qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsi, ev 10B ünvanı 1968-ci lin texniki pasportuna əsasən mərhum X2 adına sənədləşdirilmiş, hazırda həmin ünvanda mərhumun oğlu Cavabdeh2 ailəsi ilə birlikdə yaşayırlar, həmin ünvan qəsəbədə iki fərdi evə verildiyindən ünvanların dəyişdirilməsi üçün vətəndaşlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməlidirlər. Beləliklə məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsi, 10B №-li ünvanı iki fərdi evə verilmiş, cavabdehlərin qeydiyyatda olduğu evlə iddiaçının mülkiyyətində olan ev ayrı-ayrı yaşayış sahələridir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının tələbinə məhkəmədə hazırki vəziyyytdə baxılmalı deyil. Belə ki, tərəflər ilk öncə müvafiq inzibati orqanlara müraciət edərək, iki fərqli evə verilmiş eyni ünvanı dəqiqləşdirməlidirlər. Azərbaycan Respublikasının MPM-nin 261.0.1-ci maddəsinə müvafiq olaraq, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əjdər oğlu, X11, X3 qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı olmadığından xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əjdər oğlu, X11, X3 qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar