Məhkəmə qərarları › İş №2(008)-3360/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3360/2022

16.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3360/2022 16.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, Ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə Ərizəçi X1 Maraqlı şəxs qeyd edilməklə atalığın etiraf olunması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X3 Maraqlı şəxs qeyd edilməklə ərizə və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 22.10.2013-cü il tarixdə doğulmuş Qulu-zadə Arif Cavid oğlunun və 14.06.2015-ci il tarixdə doğulmuş Qulu-zadə Səkinə Cavid qızının atalarının X7 olması faktının müəyyən edilməsi və uşaqların doğum haqqında akt qeydilərinin ata haqqında məlumat qrafasında «X10», uşaqların soyadı qrafasında «Orucov(a)» qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, faktiki olaraq X10 ilə 18.06.2009cu il tarixdə nikaha daxil olmuşdur. Nikahdan 22.10.2013-cü il tarixdə Qulu-zadə Arif Cavid oğlu, 14.06.2015-ci il tarixdə Qulu-zadə Səkinə Cavid qızı doğulmuşdular. 26.12.2014-cü il traixdə X10 həbs olunaraq 2 il 6 ay AZadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. X10 03.03.2022-ci il tarixdə ölmüşdür. Uşaqların ata qrafasında onun adı yAZılmadığı üçün vərəsəlik işinin açılması ilə bağlı müraciət edə bilmir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq işə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsin xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Orucov AZad Arif oğlu ifadə verərək qeyd etdi ki, X10 onun doğma qardaşıdır. X10 və ərizəçi X3 həqiqətən evlənmiş, lakin nikahlarını müəyyən səbəblərdən rəsmiləşdirə bilməmişdilər. Qulu-zadə Arif və Quluzadə Səkinə həqiqətən onun qardaşının uşaqlarıdır. Məhkəmə ərizəçi tərəfin izahatını, şahidin ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. HAZırki işin faktiki halları aşağıdakılardır. X3 xx.xx.1988-ci il tarixdə doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır (******** №-li şəxsiyyət vəsiqəsi). X2 X10, uşaqları Qulu-zadə Arif Cavaid oğlu və Qulu-zadə Səkinə Cavid qızı ilə Nardaran qəsəbəsi, Səfxani küçəsi, ev 11A ünvanında qeydiyyatda olmaları, lakin hamısının faktiki olaraq ünvan 2tsız yaşamaları barəd Sabunçu rayon İcra Hakimyyəti Başçısının Nardaran qəsəbəsi inzibati ərAZi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 1/275 №-li arayış verilmişdir. Qulu-zadə Arif Cavaid oğlu 22.10.2013-cü il tarixdə Bakı şəhərində doğulmuşdur (676575 №-li doğum haqqında şəhadətnamə). Qulu-zadə Səkinə Cavid qızı 14.06.2015-ci il tarixdə Bakı şəhərində doğulmuşdur (676576 №-li doğum haqqında şəhadətnamə). Hər iki şəhadətnamədə uşaqların anası qrafasında X3, atası qrafasında Quluzadə (ananın soyadı ilə) Cavid Arif oğlu qeyd edilmişdir. X10 və şahid Orucov AZad Arif oğlu qardaşdılar, onların anaları X5, ataları X8r (05/15-1026 №-li arayış və 676575 №-li doğum haqqında şəhadətnamə). X10 20.02.2022-ci il tarixdə ölmüşdür (2220633 №-li ölüm haqqında şəhadətnamə). HAZırda ərizəçi Qulu-zadə Arif Cavid oğlunun və Qulu-zadə Səkinə Cavid qızının atalarının X7 olması faktının müəyyən edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəlləsinin 307.2.10-cu maddəsinə əsasən məhkəmə atalığın etiraf olunması faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lAZımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. AZərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı AZərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. AZərbaycan Respublikası Ailə Məcəlləsinin 186-cı maddəsinə əsasən ərizə əsasında Atalığın müəyyən edilməsi valideynlərdən birinin yaşadığı yerdə, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yerdə qeydə alınır. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında, ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlik hüquqlarından məhrum olunduqda və ya onun yaşayış yerini müəyyən etmək mümkün olmadıqda isə atanın ərizəsi üzrə qeydə alınır. Həmin Məcəllənin 188-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yAZılır və doğum haqqında yeni şəhadətnamə verilir. AZərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli 03 saylı Qərarının: 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lAZımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndi ilə müəyyən edilmişdir ki, lAZımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndi ilə müəyyən edilmişdir ki, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lAZım olduğu, habelə lAZımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (AZərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri AZərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 1.7-ci bəndi ilə müəyyən edilmişdir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lAZım olduğunu aydınlaşdırmalı, lAZımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hAZırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirAZının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 22.10.2013-cü il tarixdə doğulmuş Qulu-zadə Arif Cavid oğlunun və 14.06.2015-ci il tarixdə doğulmuş Qulu-zadə Səkinə Cavid qızının atalarının X7 olması faktı müəyyən edilməli və uşaqların doğum haqqında akt qeydilərinin ata haqqında məlumat qrafasında «X10», uşaqların soyadı qrafasında «Orucov(a)» qeyd edilməlidir. Şərh olunanlara əsaslanaraq və AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. 22.10.2013-cü il tarixdə doğulmuş Qulu-zadə Arif Cavid oğlunun və 14.06.2015-ci il tarixdə doğulmuş Qulu-zadə Səkinə Cavid qızının atalarının X10 olması faktı müəyyən edilsin və uşaqların doğum haqqında akt qeydilərinin ata haqqında məlumat qrafasında «X10», uşaqların soyadı qrafasında «Orucov(a)» qeyd edilsin, uşaqlara yeni doğum haqqında şəhadətnamələr verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar