Məhkəmə qərarları › İş №2(008)-3392/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3392/2021

01.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3392/2021 01.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri 39 saylı Notariat Ofisi cəlb olunmaqla “mirasın qəbul edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər qismində Bakı şəhəri 39 saylı Notariat Ofisi cəlb olunmaqla “mirasın qəbul edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 05.09.2017-ci il tarixdə vəfat etmiş X2ndan miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1 May küçəsi, ev 3, 5 saylı mənzilin 1/3 hissəsinin miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Ermənistan, Amasiya rayonunda anadan olmuşdur. Nikaha daxil olana kimi soyadı “Abbasova” olmuşdur. 15.01.1982-ci il tarixdə ailə həyatı qurmuş və soyadı ər soyadına dəyişilərək “Məmmədova” olmuşdur. AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, 1 May küçəsi ev 3, 5 saylı mənzilin 1/6 payı onun, 'A hissəsi X1nın və 1/3 hissə X2nun mülkiyyətindədir. X1 13.07.2020-ci il tarixdə vəfat etmişdir və ondan qalan miras əmlak barədə 12.03.2021 -ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmiş və həmin hissədə əmlaka dair çıxarış almaq üçün AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, 16.03.2021 ci il tarixdə çıxarış almışdır. X2 01.01.1971-ci il tarixdə anadan olmuşdur. Qardaşı evli olmuşdur. Lakin, sonradan ailəsi ilə aralarında baş vermiş mübahisə nəticəsində həyat yoldaşından ayrılmış, həyat yoldaşı uşaqlarını da götürüb 10 ildən artıq müddətdir ki, yaşadığı evi tərk edib getmiş, onlardan bir daha məlumat olmamışdır. X2 04.09.2017-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində çoxsaylı xəsarətlər almış və 05.09.2017-ci il tarixdə 3 saylı Şəhər Klinik Xəstəxanasında ölmüşdür. Qardaşı vəfat etdikdən sonra onun 1-ci növbə vərəsələri, yəni keçmiş həyat yoldaşı, övladları barədə məlumat olmadığından yol-nəqliyyat hadisəsi üzrə cinayət işinin ibtidai istintaqı və məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi kimi ərizəçi tanınmış və istintaq hərəkətlərində və məhkəmə iclaslarında iştirak etmişdir. Qardaşının dəfni, yas mərasimləri onun tərəfindən təşkil edilmiş, qəbirüstü abidəsi ərizəçi tərəfindən tikdirilmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizə tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri 39 saylı Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxıla bilər. İş materiallarında olan ÖM seriyalı 097440 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi 1 May küçəsi ev 3, 5 saylı mənzil 1/3 hissəsi X7, 1/3 hissəsi X4 və 1/3 hissəsi isə X8 adına 07.12.2001-ci il tarixdə qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi 1 May küçəsi ev 3, 5 saylı mənzil 1/2 hissəsi X4, 1/3 hissəsi isə X6 və 1/6 hissəsi isə Ərizəçi adına qeydiyyata alınmışdır. - İ-СЛ 493035 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X26 ilə X18 arasında 15.01.1982-ci il tarixdə 9 saylı nikah qeydi bağlanmış, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. - İ-ЗЖ 106165 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 01.01.1971-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, atası X16, anası isə X11r. -İ-ЗЖ 214121 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X18 xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikasında anadan olmuş, atası X16, anası isə X11r. - AZ-İ 900742 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 05.09.2017-ci il tarixdə vəfat etmişdir. - 12.03.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 13.07.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi Ərizəçidır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak mərhuma məxsus ½ hissəsindən ibarətdir. - Bakı şəhəri 39 saylı Notariat Ofisinin Ərizəçi ünvanladığı məktubdan görünür ki, 05.09.2017-ci il tarixdə vəfat etmiş X5 qalmış miras əmlaka dair vərəsəlik işinin həlli üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi 1 May küçəsi ev 3, 5 saylı mənzil 1/3 hissəsi isə X6 və 2/3 hissəsi isə Ərizəçi adına qeydiyyata alınmışdır. - Sabunçu Rayon Məhkəməsinin 1(008)-07/2018 saylı hökmünün surətindən görünür ki, X6 avtonəqliyyat hasidəsi zamanı ölməsi ilə bağlı cinayət işi üzrə bacısı Ərizəçi zərərkəçmiş şəxsin hüquqi varisi kimi tanınmışdır. - Bakı şəhəri 39 saylı Notariat ofisinin 21.05.2021-ci il tarixli məktubdan görünür ki, 05.09.2017-ci il tarixdə vəfat etmiş X12 barəsində vərəsəlik işi açılmamışdır. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, 1 May küçəsi ev 3, 5 saylı mənzili Ərizəçi, X2nun, X1nın birgə mülkiyyətində olmuşdur. Ərizəçinin bacısı X9 13.07.2020-ci il tarixdə ölmüş və onun payı ərizəçiyə keçmişdir. X3 isə 05.09.2017-ci il tarixdə vəfat etmişdir. Hazırda mənzilin 3/2 hissəsi Ərizəçi adına qeydiyyatdan keçmiş və mülkiyyətindədir. Qalan 3/1 hissə isə onun rəhmətə gedən qardaşına məxsus olsa da, faktiki ərizəçi tərəfindən idarə olunur. Göründüyü kimi, ərizəçi miras əmlakın açıq qalmış (qardaşına aid) 1/3 hissəsinin onun tərəfindən miras əmlak qismində qəbul edilməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Qeyd edilən Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göstərilən Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qeyd edilən Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məсəllənin 1159.1.1-сi maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Məhkəmə müəyyən edir ki, ərizəçinin 05.09.2017-ci ildə vəfat edən X27ın birinci növbə vərəsələri mövcud olsa da, E.Abbasov vəfat etdiyi vaxtdan etibarən qanunla nəzərdə tutulmuş müddətdə notariusa heç kəs mirasın qəbulu ilə bağlı müraciət etməmişdir. Ərizəçi isə həmin mirasa faktiki sahiblik edir və bu iş materiallarına əlavə edilən mənzil-kommunal ödənişləri ilə təsdiq olunur. Həmin ödənişlər Ərizəçi adından edilməsə də, onların ərizəçidə olması ödənişlərin elə onun tərəfindən ödənilməsinə dəlalət edir ki. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçi qardaşından miras qalmış əmlakın 1/3 hissəsi onun tərəfindən qəbul edildiyindən və həmin əmlakı qeyri şərtsiz istifadə etdiyindən o mübahisəli əmlakı qəbul etmiş hesab edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Bundan başqa, nəzərə alınmalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 05.09.2017-ci il tarixdə vəfat etmiş X2ndan miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1 May küçəsi, ev 3, 5 saylı mənzilin 1/3 hissəsinin miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən olunsun. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar