Məhkəmə qərarları › İş №2(008)-3394/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-3394/2025

19.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-3394/2025 19.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclasının katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Şəhər 3 saylı Notariat Ofisi olmaqla “mirasın faktiki qəbul edilməsi” tələbinə dair ərizə üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Şəhər 3 saylı Notariat Ofisi olmaqla “mirasın faktiki qəbul edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək mərhum X3 tərəfindən sağlığında atası Ərizəçi Mirzə oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0957 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 59.2 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evinin miras əmlakın qəbulu faktının təsdiq olunması, o Ərizəçi tərəfindən X3 tərəfindən sağlığında qəbul etdiyi (Ərizəçi Mirzə oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0957 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 59.2 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evi) qəbul etdiyi miras əmlakın qəbul edilməsi faktının təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o Ərizəçi babası Ərizəçi Mirzə oğlu 12 oktyabr 1982-ci ildə Naxçıvan şəhərində vəfat etmişdir. Onun aşağıdakı vərəsələri olmuşdur. X31 vəfat edib (həyat yoldaşı), X15 vəfat edib (oğlu), X10 (qızı), X11 (qızı), X6 (qızı), X16 (oğlu), X9 (qızı), X17 (oğlu), X12 (oğlu). Babası vəfat etdikdən sonra ondan ünvan 1 ünvanında yerləşən 0.0957 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 59.2 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evi miras miras qalmışdır. Babasının vərəsələrindən mərhum X3 qeyd edilən miras əmlakda doğulmuş, orada yaşamış, atası rəhmətə getdikdən sonra da orada yaşamağa davam etmiş və 24 may 2022-ci ildə həmin fərdi yaşayış evində vəfat etmişdir. Babasının vərəsələrindən olan əmisi X12 08 aprel 2009-cu ildə notariusa müraciət edərək atasından miras qalmış əmlakı notarial olaraq qəbul etməsinə dair ərizə vermiş və adına qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə vermişdir. Həmin vaxt miras qoyanın ölümündən xeyli müddət keçdiyinə görə notarius tərəfindən bütün vərəsələr (mümkün vərəsələr) çağırılmalı olduğu halda çağırılmamış, yalnız bir neçə vərəsə həmin miras əmlak üçün notariat ofisinə çağırılmışdır. Belə ki, həmin vaxt X9, X11, X10 əmisi X5 xeyrinə miras əmlakdan imtina etmiş və nəticədə notarius X7 4/8 pay müəyyən etmişdir. Bunun nəticəsində X12 özünə məxsus Çıxarış almışdır. Yuxarıda qeyd etdiyi kimi onun mərhum atasının və digər vərəsələrin heç bir məlumatı olmamışdır. X2 onun xeyrinə imtina etmişdir. Yuxarıda qeyd etiyi kimi onun atası atasından qalan miras əmlakı sağlığında qəbul etmiş, o da atasının sağlığında qəbul etdiyi miras əmlakı faktiki yaşamaqla qəbul etmişdir. O və ailəsi (anası və bacısı) həmin miras əmlakda yaşamaqla miras əmlakı faktiki olaraq qəbul etmişlər. Hal-hazırda evinə aid olan əşyalarda həmin evdədir və fərdi yaşayış evinin açarı da hal-hazırda ondadır. Belə ki, o atası rəhmətə gedən gündən həmin fərdi yaşayış evində yaşamış və aşkar nümayiş etdirməklə və miras əmlaka faktiki sahiblik etməklə həmin miras əmlakı qeyri-formal üsulla -faktiki olaraq qəbul etmişdir. Məhz bununla bağlı müvafiq notariat ofisinə müraciət edərək adına vərəsəlik şəhadətnamə verilməsini istəsə də, notarius bunun verilməsindən imtina etdi. O da məcbur qalaraq məhkəməyə müraciət etməli olur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, torpaq sahəsi babasından onun atasına, atasından isə ona miras pay kimi qalmışdır. Babasının vəfatından sonra babasının 8 vərəsəsi olmuşdur. Torpaq sahəsinin ½ hissəsini əmilərindən biri bütövlükdə qəbul etmişdir, yerdə qalan ½ hissədə isə 4 pay mövcuddur. Onlardan birir onun atası, iki əmisi və bibisidir. əmilərindən biri və bibisi rəhmətə getmişdir. Həyatda qalan əmisi ilə onun arasında mübahisə olduğunu bildirmişdir. Lakin faktiki olaraq miras payını onun atası, atasından sonra isə o yaşamışdır. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, xx.xx.2025-ci il tarixdə məhkəməyə poçt vaistəsi ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0.0479 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 59.20 kv.m olan fərdi yaşayış evinin mülkiyyətçisi Ərizəçi Mirzə oğludur. AZ-İ seriyalı, 801478 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2021-ci il tarixdə Naxçıvan şəhərində ölmüşdür. Mehmedhuseyn qızı Rəfiqə Temiz tərəfindən verilmiş ərizədən görünür ki, atası Ərizəçi Mirzə oğlundan miras qalan ünvan 2 ünvanında yerləşən miras payından qardaşı oğlu Ərizəçi xeyrinə imtina etmişdir. X15 tərəfindən notarial təsdiq edilmiş ərizədən görünür ki, atası Ərizəçi KalbaMirzə oğlundan miras qalan ünvan 2 ünvanında yerləşən miras payından qardaşı oğlu Ərizəçi Yusi oğlunun xeyrinə imtina etmişdir. Naxçıvan Şəhər 3 saylı Notariat Ofisinin 2/2 nömrəli, xx.xx.2024-cü il tarxili imtina məktubundan görünür ki, Miras açıldıqdan 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyindən və Ərizəçi vərəsəlik şəhadətnaməsinin verilməsi üçün tələb olunan sənədlər təqdim olunmadığındna məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. AZ 401660 nömrəlu doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X17 xx.xx.1963-cü il tarixdə doğulmuş, atası Ərizəçi Mirzə oğlu, anası isə X25r. (АЗ seriyalı, 401660 nömrəli) Naxçıvan şəhəri 1 saylı Nikah evi tərəfindən verilən AZ-T 281805 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1996-cı il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. X3, anası isə X21r.( Naxçıvan şəhəri, 1 saylı Nikah Evi) Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 nömrəli Sahə inzibati Ərazi Dairəsi üzər nümayəndəliyinin arayışından görünür ki, mərhum Həsənov X13 şəhər, B.Abbasov küçəsi, döngə 4, ev 9 ünvanında yşayıb, vərəsələri X32 (vəfat edib) ,X15 (vəfat edib), X10, X11, X6, X16, X9, X17, X8r. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 nömrəli Sahə inzibati Ərazi Dairəsi üzər nümayəndəliyinin arayışından görünür ki, mərhum X1 şəhəri, B.Abbasov küçəsi, döngə 4, ev 9 ünvanında yaşamışdır. X4, X34, X35, X36, Ərizəçi, Ərizəçi Mirzə oğlu, X25r. Ölüm haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.2022-ci ildə Naxçıvan şəhərində ölmüşdür. (Naxçıvan şəhər 2 saylı Nikah Evi) Ölüm haqqında şəhadətnamədən görünür ki, Ərizəçi Mirzə oğlu xx.xx.1982-ci il Naxçıvan şəhərində ölmüşdür. (Naxçıvan Şəhər VVADQ şöbəsi İİ ЖГ seriyalı, 318240 nömrəli) Ölüm haqqında şəhadətnamədən görünür ki, X31 14 yanvar 1993-cü ildə Naxçıavna şəhərində ölmüşdür. (Naxçıvan Şəhər VVADQ şöbəsi İV ЖГ seriyalı, 386665 nömrəli) Ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2010-cu il tarixdı Naxçıan şəhərində ölmüşdür. (Naxçıvan şəhər X45 İ seriyalı, 435173 nömrəli) Nikah haqqında şəhadətnamədən görünür ki, X18 ilə X31 arasında xx.xx.1963-cü il tarixdə 47 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki işdə hüquq haqqında mübahisə olduğundan baxılmamış saxlanmalıdır. Belə ki, ərizəçinin özünün məhkəmə iclasında vermiş olduğu izahtalrdanda görünür ki, hazırki miras əmlakı ilə bağlı ərizəçinin və onun əmisi arasında mübahisə vardır. Belə olan halda hazırki mülki işə yəni miras əmlakının faktiki qəbul edilməsinə dair tələbə xüsusi icraat çərçivəsində baxıla bilməz. Ərizəçi hüquqlarının müdafiəsi üçün iddia ərizəsi formasında məhkəməyə müraciə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsində göstərilir ki, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Bu səbəbdən də, iddia ərizəsi baxılmamış saxlanıldığından 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Ərizəçi maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Şəhər 3 saylı Notariat Ofisi olmaqla «mirasın faktiki qəbul edilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu büdcədən Ərizəçi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar