Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3411/2020 19.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi X4, Ərizəçi Kərimova X16 nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi Kərimova X16 maraqlı şəxs Sabunçu rayon Qeydiyyat şöbəsi qeydə edilməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Kərimova X25 ərizə ilə məhkəməyə müraciət edərək onunla babası X10 arasında qohumluq faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçinin nümayəndəsi X17 ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Sabunçu rayon Qeydiyyat şöbəsini maraqlı şəxs kimi qeyd etməklə Ərizəçi atası Kərimov X18 X5 oğlu olması və onunla babası X5 qohumluq faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsalandırılmışdır ki, o, xx.xx.1946-cı ildə Bakı şəhərində doğulmuşdur. Atası X6 xx.xx.1912-ci ildə Bakı şəhərində doğulmuş və xx.xx.1978-ci ildə Bakı şəhərində vəfat etmişdir. Atasının atası (babası) X10 1876-cı ildə Bakı şəhərində doğulmuşdur. Babası xx.xx.1937-ci ildə Bakı şəhəri Oktyabr (Yasamal) rayonunda vəfat etmişdir. O, halhazırda babasının həyatda qalan yeganə vərəsəsidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli arayışında göstərilmişdir ki, Bakı şəhəri, Remeslennaya küçəsi, 442 saylı məhəllə (hazırda Mirəli Qaşqay küçəsi) 31 saylı ev tarixsiz olaraq X11 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin M 127, M 128, M 129 və M 130 saylı arayışlarında göstərilir ki, «Bakı şəhər İdarəsi fondunun 1918-ci il üzrə qiymətləndirmə bürosunun kartoçkasından məlum olur ki, X21 Bakı şəhəri, Remeslennaya küçəsi, 442-ci məhəllədə yerləşən 20 №-li daş evin sahibi olmuşdur». Babası X7 məxsus olan həmin əmlakı sənədləşdirə bilmək üçün babası ilə onun qohumluq münasibətlərinin müəyyən edilməsinə dair zərurət yaranmışdır. Maraqlı şəxs məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə maraqlı şəxsin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək maraqlı şəxsə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X17 ərizənin və dəqiqləşdirilmiş ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçi xx.xx.1946-cı ildə Bakı şəhərində doğulmuş, şəhadətnamənin ata qrafasında «Kərimov Ağa-Kərim Sadıx oğlu» və ana qrafasında «Bağırova X26» qeyd edilmişdir (Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-T seriyalı 110427 №-li doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surəti). Sonradan Ərizəçi ərizə ilə Sabunçu rayon məhkəməsinə müraciət edərək onun doğum haqqında şəhadətnaməsində ata adının «Ağa Kərim qızı»ndan “Ağa Mirzə qızı»na dəyişiklik edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Ərizəçi doğum haqqında şəhadətnaməsində ata adının «Ağa Kərim qızı»ndan “Ağa Mirzə qızı»na dəyişiklik edilməsi, Ərizəçi yeni doğum haqqında şəhadətnamənin verilməsinin Bakı şəhər Sabunçu rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi, doğum akt qeydində Ərizəçi atası qrafasında «X6», ana qrafasında «X2» kimi göstərilməsi qət edilmişdir. Qətnamənin icrası təmin edilərək ərizəçiyə Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə AZ-İV seriyalı 414177 №-li doğum haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamənin ata qrafasında Ərizəçi atası «Kərimov X31», ana qrafasında Ərizəçi anası «Bağırova X26» kimi göstərilmişdir Məhkəmə müəyyən etmişdir ki, Ərizəçi atası Kərimov X22r. Kərimov Ağa-Mirzə Sadıq oğlu və X33-Səməd qızı nikah bağlamışlar və nikah haqqında xx.xx.1946-cı il tarixdə 354 №-li akt qeydi tərtib olunmuş, arvad ərinin soyadını seçmişdir. (Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 05/Q-1414/69 №-li nikah haqqında akt qeydinin surəti). X6 xx.xx.1978-ci ildə Bakı şəhərində ölmüşdür və ölüm haqqında xx.xx.1978-ci il tarixdə 32 №-li akt qeydi tərtib olunmuşdur. (Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 693 №-li ölüm haqqında akt qeydinin surəti). X34-Səməd qızı xx.xx.1987-ci ildə ölmüşdür və ölüm haqqında xx.xx.1987-ci il tarixdə 38 №-li akt qeydi tərtib olunmuşdur. (Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 464 №-li ölüm haqqında akt qeydinin surəti). X21 Bakı şəhəri, Remeslennaya küçəsi, 442-ci məhəllədə yerləşən 20 №-li evin sahibi olmuşdur (Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən verilmiş M 127, M 128, M 129 və M 130 saylı arayışların surəti). Bakı şəhəri, Remeslennaya küçəsi, 442-ci məhəllədə yerləşən 20 №-li (hazırda Mirəli Qaşqay küçəsi, ev 31) ev tarixsiz olaraq X12 adına ilkin qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubun surəti). Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi üzrə Balaxanı kənd məscidinin sənədlərində X1 doğum tarixinə dair məlumat aşkar olunmuşdur . Doğum tarixi: xx.xx.2012-ci il Valideyinləri: Atası X23 X9 (Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən verilmiş M-640 №-li xx xxxxxx 2019-cu il tarixli arxiv arayışı). X13 xx.xx.1937-ci ildə Bakı şəhərində ölmuşdur. (Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş K-54 №-li arayışın surəti). Yuxarıda qeyd olunan rəsmi sənədlərdən müəyyən olunur ki, Ərizəçi atası Kərimov X3 Sadıq Cümşüd oğlunun oğlu, X10 isə ərizəçinin babasıdır. Azərbaycan Respublikasının MPM-nin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata kecirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma ücün əsasdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Kərimova X16 atası Kərimov X18 X5 oğlu olması və Kərimova X25 ilə babası X5 qohumluq faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Republikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Kərimova X16 atası Kərimov X18 X5 oğlu olması və Kərimova X25 ilə babası X5 qohumluq faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-3411/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3411/2020
19.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver