Məhkəmə qərarları › İş №2(008)-3414/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3414/2022

04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3414/2022 04.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı sığorta şirkəti ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki iş üzrə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı sığorta şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Mercedes Benz 250" markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2 940,82 AZN sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 49,81 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə “X5” markalı, ** ZE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törədərək “VAZ 21723” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz 250” markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkətində könüllü sığortalı olan “Mercedes Benz 250” markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Sabunçu rayon DYPŞ-nin X2 Protokolunda öz əksini tapmışdır. xx.xx.2019cu il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Mercedes Benz 250” markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilə 7 940,82 AZN ziyan dəymişdir. **********9 saylı sığorta Müqaviləsinin 079692 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 7 940,82 AZN sığorta ödənişi həyata keçirmişdir. "Atəşgah” Sığorta Şirkəti “X5” markalı, ** ZE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin İcbari sığorta şirkəti olaraq subroqasiya qaydasında dəymiş zərərin 5000 AZN İddiaçı Sığorta Şirkəti ASC tərəfindən qarşılanmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İddiaçının nümayəndəsi məhkəməyə eletron ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə , iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adaları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). «X5» markalı, ** ZE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sahibi Cavabdehdur (AD № 627250 nəqliyyat vasitəsinin qeydiyyat şəhadatnaməsi). “X5” markalı, ** ZE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi mülki məsuliyyətin icbari sığorta növü üzrə PAT ********** dövlət qeydiyyat nömrəli şəhadətnamə ilə İddiaçı sığorta şirkəti ASC-də sığortalanmışdır (079692 №-li sığorta aktı). Cavabdeh xx.xx.2019-cu il tarixdə “X5” markalı, ** ZE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törədərək “VAZ 21723” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz 250” markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. “Mercedes Benz 250” markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobil **********9 №-li müqavilə ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 88000 manat sığorta dəyəri ilə İddiaçı Sığorta Şirkətində könüllü sığortalanmışdır. Baş vermiş yol nəqliyyat hadisəsində “Mercedes Benz 250” markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilə 7940,82 manat məbləğində ziyan dəymişdir (X4 dileri olan Autostar Kakasus QmbH Azərbaycan MMC tərəfindən tərtib edilmiş F001/00179 №-li Hesab). Sabunçu rayon DYPŞ-nin İXP ******* №-li X2 Protokolundan və TP ******* №-li İnzibati tənbeh vermə haqqında Qərarından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh araməsafəsi qaydalarının pozulmasına görə təqsirli bilinib AR İXMnin 327.1-ci maddəsi əilə 40 manat cərimə edilmə haqqında inzibati tənbeh növü tətdiq edilmişdir. 218 və 219 №-li ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən **********9 saylı sığorta Müqaviləsin və 079692 saylı sığorta aktına əsasən 7 940,82 AZN sığorta ödənişi həyata keçirmişdir. Hazırda iddiaçı icbari sığorta müqaviləsi üzrə ödədiyi 5000 manatı çıxandan sonra qalan 2940,82 manat sığorta ödənişi məbləğinin subroqasiya qaydasında cavabdehdən tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 922.1-ci maddəsinə görə, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edlməklə 2 940,82 AZN sığorta ödənişi məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ödənilmiş 49,81 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Mercedes Benz 250" markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2 940,82 AZN sığorta ödənişi məbləği və 49,81 manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta şirkəti ASC-yə ödənilsin. Qətnamədən 1 ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar