Məhkəmə qərarları › İş №2(008)-342/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-342/2022

27.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-342/2022 27.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı uşaqların ona verilməsi və alimentə xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2009cuil təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X1 yaşayış yerləri atalarının yaşayış yeri müəyyən olunması və Sabunçu rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmıdır ki, o, cavabdehlə xx.xx.2008-ci ildə rəsmi nikah bağlamışdır. Rəsmi nikahdan yetkinlik yaşına çatmamış iki övladları var: xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5. Sabunçu rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş və ondan iki uşağa görə aliment tutulmuşdur. Uşaqlar analrına verildikdən sonra öncə Leyla, biraz sonra Xatun ataları ilə yaşamağa başlamışdılar və hazırda da onunla yaşayırlar. Uşaqlara ataları ilə yanaşı əmləri, nənələri qayğı göstərirlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsnin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən xx.xx.2009-cu il təvəllüdlü X4 qeyd etdi ki, atası ilə anası arasındakı nikah pozulduqdan sonra onlar bir müddət anaları ilə yaşamışdılar. Ataları onları hər gün məktəbə aparırdı. Anasının nikaha girdiyini qəbul etmədiyindən atası ilə qalmaq istədi. Biraz sonra bacısı da onların yanına gildi. Analarının heç görmürlər, o, onlarla maraqlanmır, bildiynə görə analarının artıq iki uşağı var. Atası ilə qalmaq istəyir. xx.xx.2010-cu il təvəllüdlü X5 eyni ifadəylə fikrini məhkəməyə bildirdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, uşaqların fikrlərini nəzərə alaraq, iş maetraillarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. Cəfərov X2 Ləman Canəli qızı ilə xx.xx.2018-cü il tarixdə nikahlarını ləğv edilmişdir (Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 344804 №-li nikahın pozulması haqqında şəhadətnamə). Onların iki yetkinlik yaşına çatmamış uşaqları var: xx.xx.2009-cuil tarixdə doğulmuş X4; xx.xx.2010-cu il tarixdə doğulmuş X5 (Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05/15-965 və 05/15-966 №-li arayışlar). Sabunçu rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi tərəflərin arasındakı nikah pozularkən xx.xx.2009-cuil tarixdə doğulmuş X4 və xx.xx.2010-cu il tarixdə doğulmuş X5 analarının himayəsinə verilmişlər və İddiaçı hər iki uşağın saxlanması üçün hər ay 136,60 manat manat məbləğində aliment tutulmuşdur. Hazırda iddiaçı uşaqların onunda yanında qalmalarını və alimentə xitam verilməsini istəyir. Sabunçu rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli 1/664 №-li rəyinə əsasən hər iki uşağın atalırının yanında qalmaları məqsədəmüvafiq hesab edilmişdir. Həmin rəydən görünür ki, uşaqların anaları Cavabdeh ilə əlaqə yaratmaq mümkün olmamışdır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2-22.2.1-ci maddələrinə görə bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. Məhkəmə uşaqların fikrini, Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini, cvabdehin məhkəmə proseslərinə və Komissiyanın iclasına gəlməməyəni nəzərə alaraq, hesab edir ki, xx.xx.2009-cuil tarixdə doğulmuş X4 və xx.xx.2010-cu il tarixdə doğulmuş X1 yaşayış yerləri ataları ilə müəyyən olunmalıdır. Eyni zamanda iddiaçı aliment öhdəliyinə də xitam verilməsini istəyir. Belə ki, uşaqlar artıq analarının yanında deyillər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. xx.xx.2009-cuil təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X1 yaşayış yerləri ataları İddiaçı yaşayış yeri müəyyən olunsun. Sabunçu rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı tutulan alimentə xitam verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar