Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3426/2025 06.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, ərizəçi Gasanov İlhamın iştirakı ilə ərizəçi Gasanov İlhamın "xx.xx.1933-cü il təvəllüdlü Gasanova Khoilatın xx.xx.2022-ci ildə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi" barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi Gasanov İlham "xx.xx.1933-cü il təvəllüdlü Gasanova Khoilatın xx.xx.2022-ci ildə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi" barədə ərizə ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. O, ərizəsini belə əsaslandırmışdır ki, xx.xx.1933-cü il təvəllüdlü Gasanova Khoilat onun anasıdır və iflic keçirtdiyinə görə uzun illər yataq xəstəsi olmuşdur. xx.xx.2022-ci ildə anasının vəziyyəti pisləşdiyindən təcili tibbi yardım xidmətini çağırmış, lakin tibbi yardım gələnə qədər anası artıq vəfat etmişdir. Həmin vaxt bacıları X6 və X7 anasının yanında olmuşlar. X8 qəbiristanlığında dəfn edilmişdir. Sənədləşmə işlərindən ötrü ölüm haqqında şəhadətnamənin alınması üçün 44 nömrəli şəhər poliklinikasına və 4 saylı Bakı "ASAN xidmət" mərkəzinə müraciət etmiş, lakin şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə baxışı zamanı ərizəçi Gasanov İlham ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs 4 saylı Bakı "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin iştirakını təmin etmədiyinə görə işə onun iştirakı olmadan baxıldı. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə ərizəni əsaslı hesab edir. Müəyyən edildi ki, Gasanova Khoilat xx.xx.1933-cü ildə Gürcüstanın Saqareco şəhərində anadan olmuşdur. Bakı Şəhəri Təcili və X4 Stansiyasının 6 saylı bölməsinin təcili tibbi yardım briqadasının həkimi İ.Şirinova və tibb bacısı F.İsmayılova xx.xx.2022-ci ildə saat 21.14-də çağırış üzrə ünvan 1 ünvanına gələrək X1 həkimə qədər ölməsini müəyyən etmiş və bu barədə "Ölüm haqqında xəbərdarlıq vərəqəsi" tərtib etmişlər. Ərizəçi Gasanov İlham "Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsinin 44 nömrəli şəhər poliklinikasına müraciət edərək, mərhum Gasanova Khoilatın adına "Ölüm haqqında tibbi şəhadətnamə" verilməsini xahiş etmiş, lakin poliklinika xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirmişdir ki, ünvan 2 ünvanında yaşamış 1933-cü il təvəllüdlü mərhum X2 44 nömrəli şəhər poliklinikasına heç vaxt müraciət etmədiyi üçün ölüm haqqında şəhadətnamə verilə bilməz. 4 saylı Bakı "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsi ərizəçinin müraciətinə cavab olaraq xx.xx.2025-ci il tarixli məktubunda bildirmişdir ki, mərhum Gasanova Khoilatın ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından ölüm qeydə alına bilməz. İşdə olan Bakı Şəhəri Təcili və X4 Stansiyasının 6 saylı bölməsinin təcili tibbi yardım briqadasının həkimi İ.Şirinova və tibb bacısı F.İsmayılova tərəfindən tərtib edilmiş "Ölüm haqqında xəbərdarlıq vərəqəsi"ndən görünür ki, briqada xx.xx.2022-ci ildə saat 21.14-də çağırış üzrə ünvan 1 ünvanına gələrək X1 həkimə qədər ölməsini müəyyən etmişdir. İşdə olan 4 saylı Bakı "ASAN xidmət" mərkəzində Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-323/2025 cavab məktubundan görünür ki, mərhum Gasanova Khoilatın ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından ölümün qeydə alınması üçün aidiyyəti üzrə müraciət olunmalıdır. İşdə olan "Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsinin 44 nömrəli şəhər poliklinikasının xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, mərhum X2 44 nömrəli şəhər poliklinikasına heç vaxt müraciət etmədiyi üçün ölüm haqqında şəhadətnamə verilə bilməz. İşdə olan DYİ seriyalı 00***** nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, Gasanov İlhama xx.xx.2024-cü ildən xx.xx.2029-cu ilədək Azərbaycan Respublikasında yaşamaq icazəsi verilmişdir. İşdə olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması barədə 80716119 nömrəli bildirişdən görünür ki, Gasanova Khoilat ünvan 3 ünvanı üzrə qeydiyyata alınmışdır. İşdə olan tərcümə edilmiş NK seriyalı 229225 nömrəli "Doğum haqqında şəhadətnamə"nin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Həsənov İlham xx.xx.1960-cı ildə Gürcüstanın Saqareco şəhərinin Yormuğanlo kəndində doğulmuş, atası Dursun Qurban oğlu, anası Xöylət Məhəmmədəli qızıdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 və X7 oxşar məzmunlu ifadələr verərək göstərmişlər ki, ərizəçinin bacılarıdı, anaları Gasanova Khoilat yataq xəstəsi idi, xx.xx.2022-ci ildə Bakı şəhərində oğlunun evində olarkən halı pisləşmiş və vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.2-ci bəndinə əsasən, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Həmin Qaydanın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq "Elektron məhkəmə" informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş "İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası"nın 4.1-ci bəndində deyilir ki, "Ölüm haqqında tibbi şəhadətnamə" (bundan sonra "şəhadətnamə") mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydanın 4.2-ci bəndinə görə, ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X4 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında "Xəbərdarlıq vərəqəsi"ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra "hüquq-mühafizə orqanı") məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. Qaydanın 4.3-cü bəndinə görə, ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə "Xəbərdarlıq vərəqəsi" və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Qaydanın 4.4-cü bəndinə əsasən, aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: 4.4.1. hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; 4.4.2. infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; 4.4.3. tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; 4.4.4. zorakı ölümə şübhə olduğu hallarda; 4.4.5. ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; 4.4.6. ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda. Sadalanan normaların birgə təhlilindən göründüyü kimi, qeydiyyat şöbəsi ölümü o halda qeydə ala bilər ki, şəxsin adına ölüm haqqında tibbi şəhadətnamə verilmiş olsun, yaxud da belə bir sənəd olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilmiş olsun. Ölüm haqqında tibbi şəhadətnamə isə yalnız ölümün baş vermə səbəbi məlum olduqda verilir. Digər hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinələrdən sonra verilə bilər. Müəyyən edildi ki, Gasanova Khoilatın ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına "Ölüm haqqında tibbi şəhadətnamə" verilməmiş, bu səbəbdən də onun ölümünün 4 saylı Bakı "ASAN xidmət" mərkəzinin qeydiyyat şöbəsində qeydə alınması mümkün olmamışdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş və yuxarıda sadalanan sübutlarla isə onun xx.xx.2022-ci ildə vəfat etməsi təsdiq olunmuşdur. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, hazırkı ərizə təmin edilməli və Gasanova Khoilatın xx.xx.2022-ci ildə Bakı şəhərində yaşadığı evdə vəfat etməsi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1933-cü il təvəllüdlü Gasanova Khoilatın xx.xx.2022-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X12.
Məhkəmə qərarları › İş №2(008)-3426/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3426/2025
06.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver