Məhkəmə qərarları › İş №2(008)-343/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-343/2024

21.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-343/2024 21.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bir dəst qiyməti 500 manat olan qoşa döşək, yorğan, yastıq; bir dəst qiyməti 1000 manat olan 3 döşək dəsti, 3 yorğan 4 yastıq; bir ədəd qiyməti 150 manat olan ədyal; bir ədəd qiyməti 50 manat olan ədyal; bir ədəd qiyməti 50 manat olan ədyal; bir ədəd qiyməti 30 manat olan ədyal; dəst qiyməti 1700 manat olan pastel, məhrəba, çay dəsmalı, süfrə; dəst qiyməti 210 manat olan kapron qab-qacaq; dəst qiyməti 18 manat olan oxlov və dörd ayaq; dəst qiyməti 85 manat olan 2 ədviyyat dəsti; bir ədəd qiyməti 2500 manat olan yataq dəsti; dəst qiyməti 2500 manat olan qonaq dəsti-divan-kreslo (termo); bir ədəd qiyməti 750 manat olan mətbəx mebeli; bir ədəd qiyməti 500 manat olan mətbəx stolu; bir ədəd qiyməti 200 manat olan mətbəxt üçün divan; bir ədəd qiyməti 550 manat olan uşaq beşiyi; bir ədəd qiyməti 600 manat olan aliminium rəngli soyuducu; bir ədəd qiyməti 850 manat olan aliminium rəngli paltaryuyan maşın; bir ədəd qiyməti 500 manat olan plazma televizor; bir ədəd qiyməti 400 manat olan qara rəngli qaz-aspirator; bir ədəd qiyməti 100 manat olan soba; bir ədəd qiyməti 100 manat olan “Eurolux” markalı tozsoran; bir ədəd qiyməti 200 manat olan aliminium rəngli ət çəkən; bir ədəd qiyməti 150 manat olan qara rəngli şirəçəkən; bir ədəd qiyməti 170 manat olan ütü; bir ədəd qiyməti 150 manat olan ağ rəngli elektrik samovar; bir ədəd qiyməti 50 manat olan “Beko” markalı blender; bir ədəd qiyməti 100 manat olan aliminium rəngli mikser; bir ədəd qiyməti 50 manat olan “Tefal”?; bir dəst qiyməti 550 manat olan yaşıl rəngli “servis”; bir dəst qiyməti 100 manat olan mətbəx “servis”; bir ədəd qiyməti 70 manat olan sandıq; bir dəst qiyməti 150 manat olan qara rəngli qaşıq dəsti; bir dəst qiyməti 190 manat olan qazan dəsti; bir dəst qiyməti 170 manat olan qazan dəsti (tefal); bir dəst qiyməti 130 manat olan qara qazan dəsti: bir dəst qiyməti 150 manat olan şirəli qazan dəsti; bir ədəd qiyməti 30 manat olan qazan; üç ədəd qiyməti 50 manat olan ləyən; bir dəst qiyməti 70 manat “padnost”; bir dəst qiyməti 60 manat olan çaydan+ çaynik; bir dəst qiyməti 40 manat olan çaydan; üç ədəd qiyməti 750 manat olan xalça, (yataq, mətbəx, qonaq otaqları üçün); üç ədəd qiyməti 750 manat olan pərdə, (yataq, mətbəx, qonaq otaqları üçün); üç ədəd qiyməti 400 manat olan lüstür, (yataq, mətbəx, qonaq otaqları üçün); üç ədəd qiyməti 150 manat olan xalça, (yataq, mətbəx, qonaq otaqları üçün); iki dəst qiyməti 150 manat olan çay-fincan dəsti; bir dəst qiyməti 50 manat olan bıçaq dəsti; bir dəst qiyməti 50 manat olan qaşıq dəsti; dörd dəst qiyməti 170 manat olan qrafinka bakal dəsti; bir dəst qiyməti 200 manat olan xrustal 12 stəkan+12 nəlbəki dəsti: bir ədəd qiyməti 40 manat olan qrafinka? iki ədəd qiyməti 80 manat olan meyvə qabı; bir ədəd qiyməti 60 manat olan “bagema” meyvə qabı; bir ədəd qiyməti 70 manat olan “xrustal” meyvə qabı; bir ədəd qiyməti 20 manat olan sadə meyvə qabı; bir ədəd qiyməti 10 manat olan göy rəngli meyvə qabı; bir ədəd qiyməti 50 manat olan tort qabı; bir dəst qiyməti 22 manat olan güllü bıçaq dəsti; bir ədəd qiyməti 130 manat olan künc güldanı; bir ədəd qiyməti 70 manat olan xrustal güldan; bir ədəd qiyməti 100 manat olan künc işıqlandırıcı; dörd ədəd qiyməti 130 manat olan mürəbbə qabı; bir ədəd qiyməti 180 manat olan dekorativ qab; altı ədəd qiyməti 220 manat olan şirniyyat qabları; bir ədəd qiyməti 20 manat olan ləpə çəkən; bir ədəd qiyməti 25 manat olan soğan çəkən; bir ədəd qiyməti 100 manat olan tort qabı boşqabı ilə birlikdə. Bundan başqa qızıl-zinət əşyaları bunlardan ibarətdir: 1 ədəd qiyməti 2000 manat olan, əyarı 583 olan komplekt rus qızıl tross formalı boyunbağının; 1 ədəd qiyməti 1500 manat olan, əyarı 585 olan komplekt qolbaq, boyunbağı, üzük, sırğa, komplektin; 1 ədəd qiyməti 400 manat olan, əyarı 585 olan gül formalı, ağ qaşlı nişan üzüyünün, naturada olmadıqda isə onların dəyərinin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 19 yanvar 2018-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan 02 yanvar 2019-cu il təvəllüdlü X7 və 19 noyabr 2021-ci il təvəllüdlü X9 adlı övladları doğulmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət normal münasibətdə yaşamışlar, lakin sonradan münasibətləri kəskinləşmiş, xasiyyətləri bir-birinə uyğun gəlməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1559/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X10 onun himayəsində saxlanılmış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-1559/2022 saylı qərardadının icrası (tutmalar aparılmışsa) nəzərə alınmaqla, Cavabdeh onun xeyrinə, xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər birinə görə hər ay 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. O, ailə qurarkən gəlin kimi Bakı şəhəri Zabrat qəsəbində fərdi məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış evinə gəlin gəlmişdir. Ailə tərkibinin artımına görə məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri ünvan 1-ə 3 otaq, bir mətbəxdən ibarət məcburi köçkünlər üçün salınmış evə köçmüşlər. Toy zamanı həmin evə gəlin köçərkən özü ilə birlikdə cehiz əşyaları gətirmişdir. O, evi əynindəki paltarla məcburən tərk etmişdir. Həmin vaxt heç bir əşyasını götürə bilməmişdir. Həmçinin, ona nikaha qədər, toy zamanı və ondan sonra qızıl-zinət əşyaları, hədiyyə verilmişdir. Hazırkı tarixədək onun bütün cehiz əmlakları həmin ünvandadır. Cehiz əşyaları, ona məxsus əmlaklar cavabdehin səhlənkarlığı ucbatından və baxımsızlıqdan korlanmaq üzrədir. Həmin cehiz əşyaları və qızıl-zinət əşyaları bunlardan ibarətdir: bir dəst qiyməti 500 manat olan qoşa döşək, yorğan, yastıq; bir dəst qiyməti 1000 manat olan 3 döşək dəsti, 3 yorğan 4 yastıq; bir ədəd qiyməti 150 manat olan ədyal; bir ədəd qiyməti 50 manat olan ədyal; bir ədəd qiyməti 50 manat olan ədyal; bir ədəd qiyməti 30 manat olan ədyal; dəst qiyməti 1700 manat olan pastel, məhrəba, çay dəsmalı, süfrə; dəst qiyməti 210 manat olan kapron qab-qacaq; dəst qiyməti 18 manat olan oxlov və dörd ayaq; dəst qiyməti 85 manat olan 2 ədviyyat dəsti; bir ədəd qiyməti 2500 manat olan yataq dəsti; dəst qiyməti 2500 manat olan qonaq dəstidivan-kreslo (termo); bir ədəd qiyməti 750 manat olan mətbəx mebeli; bir ədəd qiyməti 500 manat olan mətbəx stolu; bir ədəd qiyməti 200 manat olan mətbəxt üçün divan; bir ədəd qiyməti 550 manat olan uşaq beşiyi; bir ədəd qiyməti 600 manat olan aliminium rəngli soyuducu; bir ədəd qiyməti 850 manat olan aliminium rəngli paltaryuyan maşın; bir ədəd qiyməti 500 manat olan plazma televizor; bir ədəd qiyməti 400 manat olan qara rəngli qazaspirator; bir ədəd qiyməti 100 manat olan soba; bir ədəd qiyməti 100 manat olan “Eurolux” markalı tozsoran; bir ədəd qiyməti 200 manat olan aliminium rəngli ət çəkən; bir ədəd qiyməti 150 manat olan qara rəngli şirəçəkən; bir ədəd qiyməti 170 manat olan ütü; bir ədəd qiyməti 150 manat olan ağ rəngli elektrik samovar; bir ədəd qiyməti 50 manat olan “Beko” markalı blender; bir ədəd qiyməti 100 manat olan aliminium rəngli mikser; bir ədəd qiyməti 50 manat olan “Tefal”?; bir dəst qiyməti 550 manat olan yaşıl rəngli “servis”; bir dəst qiyməti 100 manat olan mətbəx “servis”; bir ədəd qiyməti 70 manat olan sandıq; bir dəst qiyməti 150 manat olan qara rəngli qaşıq dəsti; bir dəst qiyməti 190 manat olan qazan dəsti; bir dəst qiyməti 170 manat olan qazan dəsti (tefal); bir dəst qiyməti 130 manat olan qara qazan dəsti: bir dəst qiyməti 150 manat olan şirəli qazan dəsti; bir ədəd qiyməti 30 manat olan qazan; üç ədəd qiyməti 50 manat olan ləyən; bir dəst qiyməti 70 manat “padnost”; bir dəst qiyməti 60 manat olan çaydan+ çaynik; bir dəst qiyməti 40 manat olan çaydan; üç ədəd qiyməti 750 manat olan xalça, (yataq, mətbəx, qonaq otaqları üçün); üç ədəd qiyməti 750 manat olan pərdə, (yataq, mətbəx, qonaq otaqları üçün); üç ədəd qiyməti 400 manat olan lüstür, (yataq, mətbəx, qonaq otaqları üçün); üç ədəd qiyməti 150 manat olan xalça, (yataq, mətbəx, qonaq otaqları üçün); iki dəst qiyməti 150 manat olan çay-fincan dəsti; bir dəst qiyməti 50 manat olan bıçaq dəsti; bir dəst qiyməti 50 manat olan qaşıq dəsti; dörd dəst qiyməti 170 manat olan qrafinka bakal dəsti; bir dəst qiyməti 200 manat olan xrustal 12 stəkan+12 nəlbəki dəsti: bir ədəd qiyməti 40 manat olan qrafinka? iki ədəd qiyməti 80 manat olan meyvə qabı; bir ədəd qiyməti 60 manat olan “bagema” meyvə qabı; bir ədəd qiyməti 70 manat olan “xrustal” meyvə qabı; bir ədəd qiyməti 20 manat olan sadə meyvə qabı; bir ədəd qiyməti 10 manat olan göy rəngli meyvə qabı; bir ədəd qiyməti 50 manat olan tort qabı; bir dəst qiyməti 22 manat olan güllü bıçaq dəsti; bir ədəd qiyməti 130 manat olan künc güldanı; bir ədəd qiyməti 70 manat olan xrustal güldan; bir ədəd qiyməti 100 manat olan künc işıqlandırıcı; dörd ədəd qiyməti 130 manat olan mürəbbə qabı; bir ədəd qiyməti 180 manat olan dekorativ qab; altı ədəd qiyməti 220 manat olan şirniyyat qabları; bir ədəd qiyməti 20 manat olan ləpə çəkən; bir ədəd qiyməti 25 manat olan soğan çəkən; bir ədəd qiyməti 100 manat olan tort qabı boşqabı ilə birlikdə. Bundan başqa qızıl-zinət əşyaları bunlardan ibarətdir: 1 ədəd qiyməti 2000 manat olan, əyarı 583 olan komplekt rus qızıl tross formalı boyunbağı; 1 ədəd qiyməti 1500 manat olan, əyarı 585 olan komplekt qolbaq, boyunbağı, üzük, sırğa, komplekt; 1 ədəd qiyməti 400 manat olan, əyarı 585 olan gül formalı, ağ qaşlı nişan üzüyü. Dəfələrlə yuxarıda adları çəkilən qızıl-zinətin geri qaytarılması ilə bağlı cavabdehə müraciət etsə də, o, sözü gedən əmlakını geri qaytarmaqdan imtina etmişdir. Bundan sonra məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsində qeyd olunan bütün cehiz əşyalarını cavabdehlə razılaşdırılaraq götürdüyündən, həmin hissədə artıq tələbi yoxdur. İddia tələbinin həcmini azaldaraq yalnız qızıl-zinət əşyalarının cavabdehdən tutularaq ona verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, iddiaçı evi tərk edərkən qızıl əşyalarını da özü ilə aparmışdır. İddia ərizəsinə göstərilən cehiz əşyalarını isə məhkəmə prosesi gedişində iddiaçıya təhvil vermişdir. Onun yaşadığı evdə iddiaçıya məxsus hər hansı bir əşya yoxdur. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirmişdir ki, Rasim onun xalasının oğlu, Dilşad isə onların kirvəsinin qızıdır. Dilşad uşağını həkimə aparıb, sonra isə evə qayıtmayıb. O, Dilşadla qonşudur, özü Dilşadı ata evinə gələrkən görüb. Dilşad Rasim ilə aralarında olanlara görə ata evinə qayıdıb. Dilşadın ata evinə qayıdanda nə gətirdiyini bilmir. O, Dilşadı ata evinə qayıtdıqdan bir neçə gün sonra görüb. Dilşad ata evindən öz evinə Rasimgilin onu qəbul etmədiyinə görə qayıtmayacağını bildirib. Dilşadın üzərində qızıl-zinət əşyalarının olub-olmamasından məlumatlı deyildir. Dilşadın deməsinə əsasən qızılları evdə qoyub gəldiyini bilmişdir. Rasimgillə münasibətləri, aralarında qohum kimi gediş-gəliş yoxdur. Məhkəmə iclasında şahid X11 ifadəsində bildirmişdir ki, Dilşad onun qayınatasının bacısı nəvəsidir. Cavabdeh ilə qohum və ya dost deyildir. Uşaq xəstə olduğuna görə Dilşad uşaq ilə birlikdə anasıgilə gəlib və cavabdeh də ona bir daha o evə qayıtmamasını bildirib. Təqribən 2021-ci ilin avqust ayında o, Dilşadla cavabdehin evinə əşyaları götürmək üçün gedəndə görüb ki, cavabdeh artıq əşyaları qapının ağzına yığdırıb. Dilşad ancaq uşağın əşyalarını götürüb, evdəki digər əşyalara əl dəyməyib. Dilşadda anası və xalası verən və həmçinin cavabdehin aldığı qızıllar var idi. Qızıllara seplər və sırğa komplekt daxil idi. Dilşad evdən qızılı götürməmiş və onunla əşyaları götürmək üçün gedəndə də qızılları cavabdehin ailəsindən tələb etməmişdir. Məhkəmə iclasında şahid Qarayeva Gülnar Vəkil qızı ifadəsində bildirmişdir ki, Rasim onun qayınıdır. Dilşadın qızı xəstələnmişdi deyə müalicəyə aparmaq adı ilə anası ilə gedib və qayıtmamışdır. Sonra onun qayınatası Dilşadı qaytarmaq üçün onun evinə getdikdə Dilşadın atası, qardaşı və bacısı onu döyüblər. Dilşad sonradan Rasimgilə Lalə ilə birlikdə patlarları götürmək üçün gəldi. Lalə və Dilşad paltarları yığanda evdə o, qayınatası və qayınanası var idi. Dilşad paltarları yığdı, yataq otağında olan dolabdan qırmızı sandıqçasının içində olan qızıl torbasını da apardı. Dilşad həmçinin onların binasının altındakı şəxsi podvaldan uşağın çemodanını və anasının hazırladığı mürəbbələri də götürdü. Qızılların içində 3-4 sırğa, üzüklər və s. var idi. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1559/2022 nömrəli xx.xx.2022ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X4 anaları İddiaçı himayəsində saxlanılmaları, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-1559/2022 saylı qərardadının icrası (tutmalar aparılmışsa) nəzərə alınmaqla, Cavabdeh İddiaçı xeyrinə, xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər birinə görə hər ay 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2021-ci il tarixli 2021- 10941 nömrəli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasında iştirak etmiş X8 tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. - Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Bakı şəhəri Sabunçu rayon sektoru tərəfindən verilmiş 175 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Laçın rayonundan məcburi köçkün Cavabdeh məcburi köçkün kimi müvəqqəti qeydiyyatı Kürdəxanı qəsəbəsi 810 X14 bina 4 mənzil 43 ünvanındadır. - Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Sabunçu rayon Kürdəxanı qəsəbəsi Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 1366 nömrəli xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X1 rayonundan məcburi köçkündür və halhazırda ünvan 1 ünvanında müvəqqəti qeydiyyatdadır. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1002/2023 nömrəli xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 övladları 02 yanvar 2019-cu il təvəllüdlü X7 və 19 noyabr 2021-ci il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı 810 YYK bina 4, 43 saylı mənzilə köçürülməsi qət edilmişdir. - Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmurları Vüqar Alıyevin, Samir Əzizovun, tələbkar İddiaçı, borclu Cavabdeh iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16(008)-438/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar cehiz əmlakların yerləşdiyi ünvan 3 ünvanına gələrək icra vərəqəsində göstərilmiş cehiz əmlaklara baxış keçirildi. Baxış keçirildikdən sonra icra vərəqəsində göstərilən bütün cehiz əşyalarının üzərinə həbs qoyuldu və əşyalardan istifadə cavabdehə, evdə yaşayan digər şəxslərə qadağan edildi. - Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmurları Vüqar Alıyevin, Samir Əzizovun, tələbkar İddiaçı, borclu Cavabdeh iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16(008)-432/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra vərəqəsində göstərilən ünvan 4 ünvanında olarkən borclu Cavabdeh bildirdi ki, icra vərəqəsində göstərilmiş qızılzinət əşyaları evdə yoxdur. Bu səbəbdən də 16(008)-432/2023 saylı icra vərəqəsində göstərilmiş qızıl-zinət əşyalarının üzərinə həbs qoymaq mümkün olmadı. Məhkəmə heyəti tərəfindən cavabdehin yaşadığı evə yerli baxış keçirilərkən iddiaçının qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində olması faktı təsdiqini tapmamış, cehiz əmlaklar isə hamısı yerində aşkar olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir; 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34-cü maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Hazırkı iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür və iddiaçı qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının özünün mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia ərizəsində göstərilən əşyaların tələb edilməsini təqdim etdiyi fotoşəkillərlə əsaslandırmışdır. Həmçinin bildirmişdir ki, evdən çıxarkən özü ilə hər hansı qızıl-zinət əşyası aparmamışdır. Məhkəmə iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdə qızıl-zinət əşyalarına bənzər əşyaların olması görünsə də, həmin əşyaların iddia ərizəsində göstərilən əşyalar olması, eləcə də qeyd edilən qızıl-zinət əşyalarının hazırda cavabdehin qanunsuz sahibliyində olması barədə mötəbər sübutlar təqdim edilməmişdir. Belə ki, hazırkı iş üzrə müəyyən edilmişdir ki, tərəflər arasında olan ailə münasibətləri pozulduğundan, iddiaçı cavabdehlə yaşadığı evi tərk edərək çıxıb getmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirirərək qeyd edir ki, iddiaçı evdən çıxan vaxt hər hansı təzyiqlə qarşılaşmamış və əşyalarını götürmək imkanı olmuşdur. Məhkəmə qeyd olunan nəticəyə gələrkən iddiaçının cavabdehlə həqiqətən də birgə yaşadıqları evdən əşyalarını özü ilə aparmaq imkanı olmadan tərk etməsini sübuta yetirə bilməməsini nəzərə almışdır. Belə ki, ailələrdə qızıl-zinət əşyaları adətən qadında olur, yaxud onun tərəfindən saxlanılır. Bu hal həmin əşyaların xarakterinə və istifadə təyinatına görə də müəyyən edilir. Ona görə də bu qızıl-zinət əşyalarının digər şəxsin qanunsuz sahibliyinə keçməsi üçün sübuta yetirilməsi tələb edilən bir hadisə olmalıdır. Başqa sözlə, iddiaçı evdən çıxarkən və ya əri ilə faktiki ailə münasibətləri başqa formada kəsilərkən həmin əşyaları götürmək imkanı mövcud olmaya, yəni, öz əşyalarına sahib çıxmaq və onları özü ilə götürmək imkanı qadının iradəsindən asılı olmayaraq məhdudlaşdırıla bilər (məsələn, zor tətbiq edilməklə evdən qovulması, öz əşyalarını götürmək imkanından başqa cür maneələr yaradılmaqla məhrum edilməsi və s.). Lakin bu cür vəziyyətdə iddiaçı istinad etdiyi bu hadisələrin baş verdiyini, yəni həqiqətən də birgə yaşadıqları evdən əşyalarını özü ilə aparmaq imkanı olmadan tərk etdiyini sübuta yetirməlidir. Belə sübut cavabdehin etirafı ola biləcəyi kimi, iddiaçının dərhal polisə etdiyi şikayət, həmin şikayətin araşdırılması nəticəsində müəyyən edilən hallar və s. ola bilər. İddiaçı tərəfindən isə bu barədə və ümumiyyətlə hər hansı mötəbər sübut təqdim edilməmiş, cavabdehin bu barədə etirafı olmamış, işin faktiki halları isə iddiaçının evdən zorla çıxarılması və ya evdən çıxarkən qeyd etdiyi qızıl-zinət əşyalarının özü ilə apara bilməməsinə imkanın olmaması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, tərəflər məcburi köçkün olduğundan məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar