Məhkəmə qərarları › İş №2(008)-344/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-344/2022

12.01.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-344/2022 12.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların və cavabdehin paylı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi, 6 saylı evin, 47 saylı, 5 otaqlı mənzilin aralarında naturada bölünməsi, sahəsi 17.29 kv.m olan 5 saylı, sahəsi 12.76 kv.m olan 4 saylı, sahəsi 12.73 kv.m olan 3 saylı otağın, sahəsi 4.3 kv.m olan 14 saylı və sahəsi 8.6 kv.m olan 13 saylı balkonların, sahəsi 13.4 kv.m olan 1 saylı dəhlizin, sahəsoi 0.7 kv.m olan şkafın onların və yetkinlik yaşına çatmayan qızı X1 mülkiyyətinə verilməsi, sahəsi 17.29 kv.m olan 6 saylı otağın, sahəsi 17.29 kv.m olan 7 saylı otağın, sahəsi 9.0 kv.m olan 8 saylı mətbəxin, sahəsi 2.8 kv.m olan 9 saylı sanitar qovşağının, sahəsi 1.2 kv.m olan 10 saylı sanitar qovşağının, sanitar qovşaqları, mətbəxin və 7 saylı otağın qarşısındakı kiçik dəhliz, sahəsi 8.5 kv.m olan 11 saylı və sahəsi 4,3 kvm. olan 12 saylı balkonların Cavabdeh mülkiyyətində saxlanılması, sanitar qovşaqları ilə 7 saylı otağın qarşısındakı kiçik dəhlizin böyük dəhlizə bitişik hissəsinin arasının bağlanması, cavabdeh üçün sahəsi 8,5 kv.m olan 1 saylı balkodan ayrıca giriş-çıxış qapısımın açılmasına barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi, 6 saylı evin, 47 saylı mənzil paylı mülkiyyət hüququ əsasında 1/6 hissə onun mülkiyyətinə, 1/6 hissə onun qızı İddiaçı2, 1/6 hissə onun yetkinlik yaşına çatmayan qızı X1, ½ hissə isə onun qaynanası iş üzrə Cavabdeh mülkiyyətindədir. Bu barədə adlarına dövlət reyestrindən çıxarış vardır. Mənzil 5 otaqdan ibarətdir, onlar mənzilin 3 otağından, cavabdeh isə mənzilin iki otağından istifadə edir. Halhazırda onlar ümumi paylı mülkiyyətdə olan əmlakın bölünməsini və ondan öz payıların naturada ayrılmasını istəyirlər. Lakin bu barədə cavabdehlə razılığa gələ bilmirlər. Ona görə də onlar məhkəməyə müraciət etməyi qərara almışlar. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakən Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi hər biri üçün 1/6 pay olmaqla İddiaçı1, İddiaçı2, X2, ½ hissə Cavabdeh məxsusdur; - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, ünvan 1 ünvanında İddiaçı1, İddiaçı2, X3, Cavabdeh qeydiyyatdadırlar. - Azərbaycan Resppublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Texniki Pasportunun ünvan 1 ünvanın hüquqi subyekti İddiaçı1dır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 noyabr 2021-ci il tarixli, 10/4086 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi 6 saylı evin 47 saylı mənzilin ayrıca giriş olmaqla digər payçı olmaqla Cavabdeh təcrid mənzillər şəklində iki hissəyə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmamışdır, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi 6 saylı evin 47 saylı mənzilin bölünməsi mümkün olmadığından qərardadda qeyd edilmiş digər 2 suala cavab vermək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göstərilən qanunvericilik aktı normalarına və 05 noyabr 2021-ci il tarixli, 10/4086 nömrəli ekspert rəyinə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ayrıca giriş olmaqla digər payçı Cavabdeh təcrid mənzillər şəklində iki hissəyə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1,2.1,2.2,2.4,2.7,2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmamışdır. Məhkəmə iddia tələbinin Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin naturada bölünməsinə münasibət bildirərək qeyd edir ki, iddiaçının iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar