Məhkəmə qərarları › İş №2(008)-345/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-345/2022

21.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-345/2022 21.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X3 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh X4 qarşı “uşağın atanın himayəsində saxlanılması və aliment” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı X3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “uşağın atadan alınaraq anaya verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh X4 qarşı “uşağın atanın himayəsində saxlanılması və aliment” tələbinə dair ilkin iddiası ilə məhkəməyə müraciət edərək Sabunçu Rayon Məhkəməsinin 2(008)-5776/2018 saylı, 21 avqus 2018-ci il tarixli qətnaməsi xx.xx.2013-cü il təvəllüdlü X7 anası X5 yanında saxlanılması hissəsində dəyişdirilsin və X7 onun himayəsinə verilməsi və yanında saxlanılmasına və X7 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxaırlmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı X3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “uşağın atadan alınaraq anaya verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 avqust 2013-cü il təvəlüdlü X7 cavabdeh İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh X16 ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar və cavabdehlə birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X19 anadan olmuşdur. Əvvəllər ailə münasibətləri yaxşı olsa da, sonradan pisləşmiş və ailələrini qorumaq mümkün olmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5776/2018 saylı, 21 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək aralarında olan xx.xx.2012-ci il tarixdə Bakı nikah evində bağlanmış və 1910 nömrə ilə qeyd edilmiş nikah ləğv edilərək xx.xx.2013-cü il təvəllüdlü X7 cavabdehin yanında qalması müəyyən edilmiş və ondan xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7856/2018 saylı, 26 noyabr 2018-ci il tarixli qətnaməsi ilə 2(008)- 5776/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşınadək saxlanılması üçün ondan aylıq qazancının (başqa gəlirlərinin] dörddə bir hissəsi miqdarında aliment alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Aralarında olan nikah pozulduqdan və birgə nikahdan olan uşaq ananın himayəsində saxlanıldıqdan sonra dəfələrlə X19 cavabdeh və onun ilk nikahdan olan qızı tərəfindən döyülməsi, hətta bıçağın qızdırılaraq əlinə basılması barədə şikayət etmişdir. Bu barədə məlumat aldıqdan sonra bir neçə dəfə cavabdehə uşaqla olan münasibətlərinin nizama salınması və bu cür hərəkətlərdən çəkinməsi barədə xəbərdarlıq etmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə X7 yenidən döyülməsi barədə məlumat aldıqdan sonra bu barədə Sabunçu RPİ-nə ərizə ilə müraciət etmişdir. Hal-hazırda cavabdehin qanunsuz əməlləri barədə Sabunçu RPİ-nin 13-cü bölməsində araşdırma davam etdirilir. Qoşmaya əlavə olunmuş xx.xx.2021-ci il tarixli, 733 nömrəli ekspert rəyi ilə vətəndaş X1 bazu nahiyəsinin qançırları, sol əlin termiki yanıq yaralarından sonra yaranmış çapıqları müəyyən edildi. Xəsarətlərdən sol bazu nahiyəsinin qançırları bər küt əşya (əşyalar) təsirindən, sol əlin termiki yanıq yaraları isə yüksək hərarətin yerli termiki təsirindən törənmişdir. Törənmə müddətinə görə xəsarətlərdən sol bazu nahiyəsinin qançırları M.V Pənahovun məhkəmə-tibbi ekspertizasından (xx.xx.2021-ci il) 4-5 gün əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilmir. Sol əlin termiki yanıq yaraları isə onun məhkəmə-tibbi ekspertizasından (xx.xx.2021-ci il) 1-1.5 il əvvəl müddətə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL zərərvurmaya aiddir. Hal-hazırda uşaq onun yanında yaşayır və qarşılaşdığı şiddət və qorxu səbəbilə cavabdehin yanına qəti şəkildə qayıtmaq istəmir. Hesab edir ki, sözügedən şəraitdə uşağın ananın yanında saxlanılması onda mənəvi sarsıntı yaradacağı və gələcəyi baxımından təhlükəli olduğundan onun himayəsinə verilməli və yanında saxlanılmalıdır. Hal-hazırda uşaq anasının yanında qalmasından təkidlə imtina edir, atasının himayəsində özünü xoşbəxt hiss etdiyini bildirir. Bu baxımdan cavabdehin valideynlik hüquqları uşağın mənafeyinə zidd, onun mənəvi inkişafına, fiziki və psixi sağlamlıqlarına xələl yetirəcək şəkildə həyata keçirilə bilməz. Qarşılıqlı iddia tələbi onunla əsaslnadırılmışdır ki, məhkəmənin icraatında İddiaçı ona qarşı “uşağın atanın himayəsinə verilməsi, alimentin tutulmasına” dair iddia tələbi var. O, İddiaçı ilə 04 sentyabr 2012-ci il tarixdə nikaha daxil olaraq rəsmi ailə qurmuşlar. Onların nikahlarından 28 avqust 2013-cü il təvəlüdlü X19 anadan olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli 2(008)-5776/2018 saylı qətnaməsi ilə nikahları pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan olan 28 avqust 2013-cü il təvəlüdlü X7 onun yanında qalması və cavabdehdən aliment tutulması qət edilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən olunan “uşağın nikah pozulduqdan sonra ananın yanında saxlanması” halını özbaşına pozaraq, uşağı ünsiyyətdə olmaq adı ilə aparmış və indi də geri qaytarmaqdan imtina edir. Cavabdehin bu qanunsuz hərəkətlərinə son qoymaq və uşağı geri gətirməsini təmin etmək üçün tərəfindən dərhal polis orqanlarına şikayət olunmuş, daha sonra isə Bakı şəhəri Sabunçu Rayon İcra vo Probasiya Şöbəsinə müraciət edilmişdir. Polis bu məsələnin mülki xarakter daşıdığını bildirir, İcra Şöbəsi isə məhz “uşağın atadan alınıb anaya verilməsinə dair” icra vərəqəsinin olmamasına istinad edir. Belə olan halda, uşağın cavabdehdən məcburi qaydada alınaraq anaya qaytarılmasına dair məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının iddia ərizəsində yazdıqları yalandır və həqiqətə uyğun deyil. Bu barədə polis orqanlarında izahatları da var. Yalançı ekspert rəyi alıb məhkəmə gəlməklə deyil. Əksinə cavabdehin bu qanunsuz və özbaşına davranışı nəticəsində oğlu may ayında dərslərdə iştirak etməmiş, həmçinin il sonu imtahanlarını verməmişdir. Cavabdehin bu hərəkətlərinin yeganə məqsədi aliment öhdəliklərindən yayınmaq olsa da, reallıqda o azyaşlı uşağının tədrisdən kənarda qalmasına nail olmuşdur. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək ilk iddia tələbinin təmin, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununauyğun izahat verərək ilk iddia tələbinin təmin, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X13 ilk iddia tələbi qəbul etməyərək bildirir ki, iddia ərizəsinin əsassızdır, ilk iddia ərizəsinin rədd, qarşlıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında valdeyninin iştirakı ilə dindirilən X19 məhkəməyə bildirdi ki, 2013cü il tarixdə doğulmuşdur. 121 saylı tam orta məktəbdə gedir. Binədə oxuyur. Hal-hazırda Suraxanıda yaşayır. Artıq 10 aydır ki, atası ilə yaşayır. Əvvəllər anası ilə qalmışdır. Bacısı ilə birgə qaldığını, anasının onun səhər saat 12:00-dan gecə yarısı 1:00-dək evdə tək qalıdığını, bacısının evdə olmadığını, anasının onu tez-tez döydüyünü, evdə tək qalmaqdan qorxduğunu, atası ilə qalmaq istədiyini, anası və bacısı ilə qalmaq istəmədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Vəkil ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıdan 175 manat alimentin tutulması hissəsində iddia tələbindən imtina etdiyini bildirmişdir və bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5776/2018 nömrəli, 21 avqust 2018-ci il tarixli qətnamənin surətindən görünür ki, İddiaçı ilə X17 arasında Bakı Nikah evində xx.xx.2012-ci il tarixdə bağlanmış və 1910 nömrəsi ilə qeyd edilmiş nikah pozulması, xx.xx.2013-cü il təvəllüdlü X19 nikahın pozulmasından sonra anası X5 yanında saxlanılmış, İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment alınaraq X10 verilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X19 xx.xx.2013-cü il tarixdə doğulmuşdur. X2, anası isə Axun-zadə Könül Ağayar qızıdır. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 1/2364 nömrəli, 24 yanvar 2022-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2013-cü il tarixdə doğulmuş X7 iddiaçı X11 himayəsinə verilməsini məqsədəuyğun hesab etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X15” X29 Sabunçu Rayon Şöbəsinin 733 saylı ekspert rəyinə əsasən vətəndaş X1 bazu nahiyəsinin qançırları, sol əlin termiki yanıq yaralarından sonra yaranmış çapıqları müəyyən edildi. Xəsarətlərdən sol bazu nahiyəsinin qançırları bərk kül əşya (əşyalar) təsirindən, sol əlin termiki yanıq yaraları isə yüksək hərarətin yerli termiki təsirindən törənmişdir. Törənmə müddətinə görə xəsarətlərdən sol bazu nahiyəsinin qançırları M.İddiaçı məhkəmə-tibbi ekspertizasından (xx.xx.2021 - ei il) 4-5 gün əvvələ uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir, sol əlin termiki yanıq yaraları isə onun məhkəmə-tibbi ekspertizasından (xx.xx.2021 -ei il) 1-1.5 il əvvəl müddətə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirməsi inkar olunur. İnzibati xəta haqqında MN ******* saylı xx.xx.2021-ci il tarixli protokoldan və MN ******* saylı xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X13 xx.xx.2021-ci il tarixinə X12 əlinə müxtəlif vaxtlarda döyməsi ilə dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyindən Azərbaycan Respublikası İnzibati Xətallar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində 300 manat miqdarında inzibati cərimə növündə inzibati təhbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırımış sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il tarixdə doğulmuş X19 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5776/2018 nömrəli, 21 avqust 2018-ci il tarixli qətnaməsi ilə X6 himayəsinə verilmişdir. Uşaq Hüquqları Bəyannaməsi və Uşaq Hüquqları Haqqında BMT-nin Kоvensiyasının 18-ci maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birlikdə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin qəbul edilməsini təmin etməkdən ötrü mümkün оlan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaхşı maraqları оnların əsas оbyektidir. Azərbaycan Respublikası Kоnstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə görə, uşaqlara qayğı göstərmək, оnları tərbiyə etmək valideynlərin həm hüququ, həm də bоrcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və оnların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd оlan hallar istisna оlmaqla, оnlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 58.2-ci maddəsinə görə valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 60.1-ci maddəsinə görə valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Ailə Məcəlləsinin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Həmin Məcəllənin 61.2-ci maddəsinə görə uşaqlarla yaşayan valideyn uşağına fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsüyyətinə mane olmamalıdır. Həmin Məcəllənin 61.3-cü maddəsinə görə valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında valideynlər razılığa gələ bilmədikdə, mabahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti, yəni yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Həmin Məcəllənin 73.1-ci madəsinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli qərarda göstərilmişdir ki, «Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Sadalanan xüsusatlara əsaslanaraq və qanunvericilik aktı normalarını rəhbər tutaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ki, məhkəmə uşağın hansı valideynin himayəyə verilməsi ilə əlaqədar mübahisəni həll edərkən, hər şeydən əvvəl uşağın mənafeyini əsas götürməli, valideynlərdən hansının öz şəxsi keyfiyyətlərinə əsasən uşaqların tərbiyəsi ilə daha yaxşı məşğul ola bilməsini, onların uşaqlara münasibətini, eləcə də uşağın yaşını, valideynlərdən hansının yanında qalması arzusunu və valideynə şəxsi bağlılığını nəzərə almalıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə yetkinlik yaşına çatmayan uşağın valideynlərinin hansının yanında qalmasının uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi üçün Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 1/2364 nömrəli, 24 yanvar 2022-ci il tarixli rəyinə əsasən uşaqların atanın himayəsinə verilməsin məqsəduyğun sayılmışdır və həmçinin xx.xx.2013-cü il tarixdə doğulmuş X19 izahatına əsasən ataları X11 yanında qalmaq istədiyini bildirmişlər. Bu səbəbdən də xx.xx.2013-cü il tarixdə doğulmuş X19 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X6 himayəsindən alınaraq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X11 himayəsinə verilməlidir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X6 iddiası əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 1/2364 nömrəli, 24 yanvar 2022-ci il tarixli rəyindən, birgə nikahlarından olan xx.xx.2013-cü il təvəllüdlü X14 izahatından, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X15” X29 Sabunçu Rayon Şöbəsinin 733 saylı ekspert rəyindən o cümlədən, inzibati xəta haqqqında MN ******* saylı xx.xx.2021-ci il tarixli qərardan də məlum olur ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X18 övladına qarşı laqeyd münasibət bəsləmiş, onun qayğısına bir ana kimi qalmamışdır. Bu səbəbdən də qarşılıqlı iddia üzrə iddiaçı X3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “uşağın atadan alınaraq anaya verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və оnlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia tələbi təmin edilsin. xx.xx.2013-cü il tarixdə doğulmuş X19 ilkin iddia üzrə cavabdeh X3 himayəsindən alınaraq ilkin iddia üzrə İddiaçı himayəsinə verilsin. Qarşılıqlı iddia üzrə iddiaçı X3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “uşağın atadan alınaraq anaya verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar