Məhkəmə qərarları › İş №2(008)-3460/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3460/2021

14.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3460/2021 14.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Kərimov Siyasət Əli oğlu olmaqla “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 olmaqla “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və azyaşlı uşaqları X11 və X2 ilə birgə Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək İddiaçı azyaşlı uşaqları X11 və X2 ilə birgə Cavabdeh ilə yaşadığı və hazırda da cehiz əşyaları olan ünvan 1 ünvanında yerləşən, daşınmaz əmlakın dövlət qeydiyyatından keçməyən özbaşına tikiliyə - fərdi yaşayış evinə köçürülməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə ailə qurmuş, nikahları 14.08.2012-ei il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 14.05.2012-ci il təvəllüdlü X11 və 29.03.2015-ci il təvəllüdlü X2 adlı övladları dünyaya gəlib. Ailə həyatı qurduğu ilk gündən o, cavabdehin yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin evə pasport qeydiyyatına düşmüşdür. Hazırda rəsmi nikah münasibətlərindədirlər. Əvvəllər münasibətləri normal olub, lakin, xeyli müddətdir ki, cavabdehlə ailə münasibtləri pisləşmişdir, belə ki. o, sonradan Rusiya Federasiyasına getmiş, bundan sonra onunla maraqlanmamış, münasibətləri pozulmuş. O, hərdən Bakıya gəlir, ona uşaqlarının gözü qarşısında şiddət göstərir, təhqir edirdi. Hazırda onu azyaşlı uşaqları ilə evdən çıxarıblar, onu evə buraxmırlar, müvəqqəti olaraq ünvan 2 ünvanına sığınmışlar, cehiz və digər əşyaları ünvan 3 ünvanındadır, cavabdeh tərəf əşyalarını dağıdırlar, məhv edir. Ona görə də məcbur olub məhkəmə müdafiəsindən istifadə etmək üçün Sabunçu rayon məhkəməsinə müraciət edir. O, cavabdehlə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar, həmin evdə pasport qeydiyyatındadır, evdə hazırda da cehizlik və digər əşyaları var. Daimi yaşamaq üçün başqa ünvanı yoxdur. Ona görə də onun azyaşlı uşağı ilə birgə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməyinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X4 iddia tələbini qəbul etməyərək, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi hazırki cavabdehin atası X5 xüsusi mülkiyyətində olmasını, hazırki iddiaçının və cavabdehin həmin daşınmaz əmlaka dair hər hansı bir hüquqlarının mövcud olmamasını qeyd edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 bağ sahəsində istifadədə olan 0.012162 ha torpaq sahəsində yerləşən 90 nömrəli bağ evi X6 mülkiyyətindədir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya cavab məktubundan görünür ki, , Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 bağ sahəsində yerləşən 90 nömrəli bağ evi 15.10.2002-ci il tarixdə X6 adına ilkin qeydiyyata alınmışdır. Daha sonra 90 saylı bağ evinə dair verilmiş qeydiyyat vəsiqəsi X6 adına 05.10.2007-ci il tarixdə qeydiyyat vərəqəsi çıxarışla əvəz edilmişdir, hazırda mülkiyyətindədir. - AZE ******** seriyalı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 7 ünvanında rəsmi qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə araşdırılması zaman müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh E. Kərimovaya qarşı iddia tələbi ilə müraciət edərək cavabdehin atasının mülkiyyətində olan bağ evinə azyaşlı övladları ilə birlikdə köçürülməsini xahiş etmişdir. Beləliklə məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçının köçürülməsini tələb etdiyi bağ ev qaynatası X7 xüsusi mülkiyyətindədir, qanunvericiliyin tələblərinə görə mülkiyyətçinin gəlini İddiaçı mülkiyyətçinin ailə üzvü hesab edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 olmaqla “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar