Məhkəmə qərarları › İş №2(008)-3476/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3476/2024

29.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3476/2024 29.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxs 1 saylı Bakı Maraqlı şəxsndə qeydiyyat şöbəsi olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Ərizəçi maraqlı şəxs 1 saylı Bakı Maraqlı şəxsndə qeydiyyat şöbəsi olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə və dəqiqləşdirilmə ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı xx.xx.1986-cı il təvəllüdlü X3 xx.xx.1986-cı il tarixdə Şərur rayonu, Sədərək kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, mərhum qızı X6 xx.xx.1986-cı il tarixində Sədərək rayonunun Sədərək kəndində doğulmuşdur. Bu barədə doğum akt qeydləri kitabında xx.xx.1986-cı il tarixində səhifə 115-də qeydiyyat aparılmışdır. Mərhum qızı xx.xx.1986-cı ildə vəfat etmiş, o, kənd ərazisində olan Hamamçılar qəbirstanlığında dəfn edilmişdir. Lakin bugünə qədər müəyyən səbəblərdən ölüm şəhadətnaməsi alınmamışdır. Mərhumun atası X10 xx.xx.2021-ci il tarixində vəfat elmişdir. Hazırda vərəsəlik işi üzrə notariata müraciət edilmişdir. Lakin ölüm haqqında şəhadətnamə olmadığına görə vərəsəlik işində X3 iştirakı tələb olunur. Məhz buna görə də vəfat faktının müəyyən olunması zərurəti yaranmışdır. X1 ölüm şəhadətnaməsinin alınması məqsədilə 1 saylı Bakı Maraqlı şəxsndə qeydiyyat şöbəsinə müraciət edilmişdir. Lakin xx.xx.2024-cü ildə qeydiyyat şöbəsi tərəfindən verilmiş imtina məktubunda bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığına görə, ərizənin təmin edilməsi imkan xaricindədir. Həmin məktubda bununla bağlı məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Məhz buna görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, məzmununa uyğun izahat verib, təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs 1 saylı Bakı Maraqlı şəxsndə qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşının arvadıdır. X2 xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. Uşaq xəstələnmiş, hərarəti yüksəlmiş, qaytarmışdır. Onu xəstəxanaya aparsalar da, artıq gec olmuşdur. O, xx.xx.1986-cı il tarixdə Sədərək kəndində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısıdır. Bacısının qızı X6 xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. Uşaq zəif olmuşdur. Qaytardığından və hərarəti yüksəldiyindən, xəstəxanaya aparılmış, lakin nəticəsi olmamışdır. Həmin ilin sentyabrın 5-də də Şərur rayonunda vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısıdır. Bacısının qızı X6 xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. Uşaq xəstələnmiş, hərarəti yüksəlmiş, qaytarmışdır. Onu xəstəxanaya çatdırmalarına baxmayaraq, artıq gec olmuşdur. Körpə xx.xx.1986-cı il tarixdə Şərur rayonu, Sədərək kəndində vəfat etmişdir. Məhkəmə, ərizəçinin, nümayəndəsi və vəkilinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını, həmçinin fotoşəkilləri araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına və şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: - AA ******* seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə doğulmuşdur. - Sədərək Rayon İcra Hakimiyyəti Sədərək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 943 nömrəli arayışından məlum olur ki, X6 xx.xx.1986-cı il tarixdə vəfat etmiş və Sədərək kənd ərazisində olan Hamamçılar qəbirstanlığında dəfn edilmişdir. - Sədərək rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 452724 nömrəli çıxarışından görünür ki, X6 xx.xx.1986-cı il tarixdə anadan olmuş, atası X10, anası Ərizəçidır. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Şərur rayon Nikah evinin xx.xx.2023-cü il tarixli, 145 nömrəli arayışından görünür ki, X3 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. - 1 saylı Bakı Maraqlı şəxsndə qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8- 394/24 nömrəli məktubundan görünür ki, X3 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ərizəçiyə ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Ərizəçi qızı X6 xx.xx.1986-cı il tarixdə Şərur rayonu, Sədərək kəndində vəfat etmişdir. Mərhumun atası X7 vərəsəlik işi ilə bağlı onun öldüyünü təsdiq edən ölüm haqqında şəhadətnamənin əldə edilməsi zəruridir. Ərizəçi həmin sənədi başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1986-cı il təvəllüdlü X3 xx.xx.1986-cı il tarixdə Şərur rayonu, Sədərək kəndində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar