Məhkəmə qərarları › İş №2(008)-3478/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3478/2024

22.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3478/2024 22.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3, X2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3, X1 və onlara məxsus əşyaların ünvan 2, ailəvi yataqxana, mənzii 62-dən çıxardılaraq, mənzilin boşaldılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı “Bakı fəhləsi maşınqayırma zavodunun işçisi oimuşdur. Həmçinin o Qarabağ müharibəsi veteranıdır. Qarabağ müharibəsi veteranı olduğu üçün "xxxx" TASC Həmkarlar İttifaqı komitəsinin 6 saylı iclasının xx.xx.2003-cü il tarixli qərarına əsasən ünvan 1 ünvanda yerləşən, subaylar yataqxanasındakı 1 otaqlı, yaşayış sahəsi 17,5 kv.m olan 62 saylı mənzil ona ailəsi ilə birlikdə daima yaşamaqları üçün verilmişdir. Həmin mənzilə dair ona xx.xx.2003-cü il tarixli Order də verilmişdir. 2000-ci il də hərbi xidmətdən qayıdan zaman görmüşdür ki, ünvan 1, Ailəvi yataqxana, mənzil 62 məcburi köçkünlər tərəfindən zəbt edilib. Onlarla apardığı söhbətlərə baxmayaraq cavabdehlər dediklərinə məhəl qoymamış və həmin mənzildə yaşamağa davam etmişər. O gündən bu günə kimi onlar ona məxsus mənzili zəbt etmişdir. Cavabdehlərin hal-hazırda yaşamağa başqa ünvanda evləri var, lakin buna baxmayaraq onlar Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs., Süin küçəsi, ev 7, Aiiəvi yataqxana, mənzii 62-ni zəbt edib mənə təhvil vermək istəmirlər. Dəfələrlə cavabdehlərdən ona məxsus mənzilin boşaldılmasını tələb etsə də, lakin onlar onun tələbini yerinə yetirməkdən imtina edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 məcburi köşkün olduqlarını, başqa yaşayış yerlərinin olmadığını, onlar dövlət tərəfindən öz ərazilərinə qaytarılıb ev ilə təmin edildikdən sonra evdən çıxmağa etirazı olmadığını, lakin nəqədərki hazırda onlar öz yurdlarına qayıtmadığından iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə digər cavabdehlər X4, Cavabdeh3, X2 tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinə əsasən, digər cavabdehlər X3, Cavabdeh3, X1 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən Bakı şəhəri Bakıxanov qəsəbəsi Sülh küçəsi 7 nomrəli evin 62 nömrəli ailəvi yataqxana mənzilidə qeydiyyatdadır. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh1 xx xxxxxx 1979-cu ildə Tərtər rayonunun Leninabad kəndində anadan olmuş və Tərtər rayonunun Leninabad kəndində qeydiyyatdadır. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 39 saylı Mənzil Kommunal İstismar sahəsinin 193 nömrəli 15 mart 2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Mübariz oğlu Bakı şəhəri Bakıxanov qəsəbəsi Sülh küçəsi 7 nomrəli evin 62 nömrəli ailəvi yataqxana mənzilində X9, X5 və X10 ilə birlikdə qeydiyyatdadır. Bundan başqa Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri Bakıxanov qəsəbəsi Sülh küçəsi 7 nomrəli evin 62 nömrəli ailəvi yataqxana mənzilini məcburi köçkün kimi otağı zəbt ediblər. "xxxx" ASC-nin "xxxx" TASC-nin yataqxanasında mənzil almaq barədə 62 nömrəli orderdən görünür ki, Bakı şəhəri Bakıxanov qəsəbəsi Sülh küçəsi 7 nömrəli evin 1 otaqlı 17,5 metr kvadrat 62 nömrəli ailəvi yataqxana mənzili Bakı fəhləsi maşınqayırma zavodu” TASC-nın HİK-in keçirdiyi xx.xx.2003-cü il tarixli iclasının 06 saylı qərarına əsasən 25 iyul 2003-cü ildə İddiaçı verilmişdir. "xxxx" TASC-nin Həmkarlar İttifaqı Komitəsinin 06 nömrəli xx.xx.2003-cü il tarixli iclasının protokolundan çıxarışından görünür ki, Bakı şəhəri Bakıxanov qəsəbəsi Sülh küçəsi 7 nomrəli evin, ümumi sahəsi 17,5 kvadrat metr olan 62 nömrəli Yataqxanada mənzil mənin ailəvi yataqxana mənzili “Bakı fəhləsi maşınqayırma zavodunun” işçisi Qarabağ müharibəsi veteranı İddiaçı və ailəsinə yaşamağa icazə verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 39 saylı Mənzil Kommunal İstismar sahəsinin 249 nömrəli 13 aprel 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh2 Lakin rayonu məcburi köşkünü kimi X8, Cavabdeh3 və Cavabdeh4 oğlu ilə birlikdə Bakı şəhəri Bakıxanov qəsəbəsi Sülh küçəsi 7 nomrəli evin 62 nömrəli ailəvi yataqxanda məskunlaşıblar. Azərbaycan Respublikasını İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı adına heç bir daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasını İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh2 adına heç bir daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən ailəvi yataqxananın 62 nömrəli mənzili iddiaçının və onun ailə üzvülərinin qanunu istifadəsinə xx.xx.2003-cü il tarixdə verilmiş olsada cavabdehlər hər hansı bir qanunu əsas olmadan iddaçının qanunu istifadəsində olan mənzili zəbt edərək, iddiaçının istefadəsinə verilmiş mənzildən sərbəst şəkildə istifadəsinə maneə yatratmışlardır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli cavabehlər əşyaları ilə birlikdə iddiaçının qanuni istfadəsinə verilmiş məzildən çıxardırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər X7, Cavabdeh2, Cavabdeh3 və X6 ünvan 2 ünvanında yerləşən ailəvi yataqxananın 62 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar