Məhkəmə qərarları › İş №2(008)-3488/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-3488/2024

04.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-3488/2024 04.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, Ərizəçilər X3 və Ərizəçi2 maraqlı şəxslər 4 saylı Bakı Maraqlı şəxs1 notariat ofisi, Sabunçu rayon Qeydiyyat Şöbəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla doğum faktının, qohumluq faktının və mirası qəbul etmə faktının müəyyən edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmə iclasından kənar prosessual hərəkət kimi nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Ərizəçilər X3 və Ərizəçi2 maraqlı şəxslər 4 saylı Bakı Maraqlı şəxs1 notariat ofisi, Sabunçu rayon Qeydiyyat Şöbəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla doğum faktının, qohumluq faktının və mirası qəbul etmə faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum ataları X4 1933-cü ildə doğulması, mərhum nənələri X1 mərhum ataları X4 anası olması və nənələrinin mərhum X2 məxsus olan ünvan 1 ünvanında yerləşən 9 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 4 otaqdan 2 otağının, 2ci mərtəbədə yerləşən 5 otaqdan 3 otağının və evin yerləşdiyi torpaq sahəsinin onların qanuni və faktiki istifadələrində olan hissəsinin miras əmlak kimi mərhum ataları X6 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə icraata qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Müəyyən olunur ki, iddiaçı doğum faktının müəyyən edilməsini xahiş etməklə yanaşı, eyni zamanda qohumluq faktının və miras qəbul etmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etməklə, birlikdə baxılması mümkün olmayan, bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirmişdir. Qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, ərizə ərizəçiyə geri qaytarılmalı, ərizəçi ərizədə qeyd edilən nöqsanlar aradan qaldırıldaqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-in 152, 263-264 və 268- 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçilər X3 və Ərizəçi2 maraqlı şəxslər 4 saylı Bakı Maraqlı şəxs1 notariat ofisi, Sabunçu rayon Qeydiyyat Şöbəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla doğum faktının, qohumluq faktının və miras qəbul etmə faktının müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar