Məhkəmə qərarları › İş №2(008)-3515/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3515/2025

13.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3515/2025 13.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X6 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1946-cı il təvəllüdlü anası X1 xx.xx.2025-ci ildə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, XX.XX.1946-cı il təvəllüdlü X5 onun anasıdır. X5 XX.XX.1946-cı ildə Ermənistanın Vardenis rayonunda anadan olmuşdur. xx.xx.2025-ci ildə Azərbaycan Respublikası, Bakı şəhərində vəfat etmişdir. Mərhum anası xx.xx.2025-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbirstanlığında dəfn edilmişdir. Ərizəçi 4 saylı Bakı “ASAN xidmət” X2 mərhum anasının ölümünün qeydə alınması barədə müraciət etsədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən tələb edilən sənədlər tam olmadığından ölümün qeydə alınması mümkün olmaması, ölüm faktının təsdiq edən tibbi müəssisəsinin müvafıq sənədi olmadığından, ölümünün qeydiyyata alınması üçün ölüm haqqında şəhadətnamənin verilməsinə imtina edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən sənədsiz evin kommunalları anasının adına olmuş və hal-hazırda istehlakçının vəfat etdiyi hal üçün isə ölüm haqqında şəhadətnamənin təqdim edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. 4 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan 4 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-320/2025 nömrəli məktubunda Ərizəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi“ X8 “Bakı Baş Səhiyyə Mərkəzi” X8 12 nömrəli şəhər Poliklinikasının xx.xx.2025-ci il tarixli 18-1-1-62/2-K-29-42-6/2025 nömrəli sorğuya cavab məktubunda Ərizəçi, Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dadaşov ünvanında yaşayan XX.XX.1946-cı il təvəllüdlü mərhum X4 Təcili və X3 Stansiyasının 12 nömrəli bölməsinin xx.xx.2025-ci il tarixli 12/73 nömrəli Ölüm haqqında Xəbərdarlıq vərəqəsinin verilməsinə müəssisədə dispanser qeydiyyatında olmadığından və bu günə qədər müəssisəyə hər hansı xəstəliklə bağlı müraciət etmədiyindən, mərhumun adına ölüm haddında tibbi şəhadətnamə verə bilmədiklərini bildirilmişdir. İş materiallarında olan Təcili və X3 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, çağırışın tarixi xx.xx.2025-ci il, xəstənin yanına gəlmə vaxtı ”05” saat “40” dəqiqə, ünvan Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dadaşov ünvanı, xəstənin adı X5 qeyd olunmuşdur. İş materiallarına əlavə olunan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 XX.XX.1946-cı il tarixdə Ermənistan, Vardenis rayonunda doğulmuşdur. İş materiallarına X1 qəbir daşının fotoşəkili əlavə olunmuşdur. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsində ərizəçi onun bacısı olduğunu, anası X5 28 fevral 2025-ci ildə səhər saat 6 radələrində vəfat etdiyini, ölümündən öncə Təcili Tibbi yardıma xəbər verdiyini, müayinə zamanı vəziyyətinin yaxşı olmadığını, ölümünün yaxın olduğunu bildirdiklərini, bir neçə saat sonra da anasının vəfat etdiyini və anasının Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbirstanlığında dəfn edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şahid2 ifadəsində ərizəçi onun qonşusu olduğunu, X5 ürək xəstəliyindən əziyyət çəkdiyini və Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbirstanlığında dəfn edildiyini bildirmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyərək, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizə təmin edilməlidir. Yəni həmin sənədin ələdə edilməsi onlara vərəsəliklə bağlı sənədləşdirmə işlərinin aparılması üçün zəruri olduğundan və ölüm haqqında şəhadətnaməni başqa formada əldə edə bilmədiklərindən məhkəmə qətnaməsi əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1946-cı il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar