Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3521/2021 13.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbimi təmin edərək Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 1505.00 manat məbləğində borcun silinməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvan faktiki olaraq onun istifadəsində və sahibliyindədir. O, həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. O yaşadığı ünvanda qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmiş və tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmayıb. Belə bir hal heç vaxt baş verməyib. 26.04.2018-ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən faktiki olaraq onun sahibliyində və istifadəsində olan ünvan 1 mənzildə G-4 markalı 1402AZ**********18 nömrəli məişət qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib olunmuşdur. Ünvanından çıxarılmış G-4 markalı 1402AZ**********18 nömrəli məişət qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin verdiyi rəyə əsasən ünvanından çıxarılmış sayğacın çıxış plasmas borusu deşildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Ona görə də 26.04.2018ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib olunmuşdur. Yoxlamanın nəticəsi ilə razı deyil. Sayğac yararsız hesab edilə bilər, lakin sayğacın çıxış plasmas borusu deşilməsi mümkün deyil. Bəlkə, elə “Azəriqaz" İB- nin əməkdaşları sayğacı çıxaran zaman, ya da ki, sonradan həmin qüsurlar meydana gəlmişdir. Çünki həmin qüsurlar əvvəldən mövcud olsa idi, mütəmadi sayğaclara baxış keçirən idarə əməkdaşları bunu aşkar edər və bununla bağlı akt tərtib edərdilər, ya da ki, sayğacı çıxararkən bu barədə tərtib etdikləri aktda həmin qüsurlar göstərilərdi. Daha sonra “Qazdan istifadə Qaydaları” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Odur ki, dövlət yoxlamasını həyata keçirən şəxslər bunu qərəzli şəkildə aparmış və bilərəkdən yanlış səbəblər göstərmişlər. Bundan başqa sayğacın təmir edilməsinin tərəfindən 15 gün müddətində təmin edilməsi, əks təqdirdə qaz təchizatının əlavə məlumat verilmədən dayandırılması göstərilmişdir. Ümumiyyətlə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh əməkdaşları tərəfindən 1505.00 manat borcun nəyə əsasən yazılması və hesablanma qaydası göstərilməmişdir. O, əsassız borcun silinməsi barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə müraciət etmişdir. Lakin müsbət nəticə əldə edə bilməmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı izahat verərək bildirdi ki, Azəriqaz İB-nin əməkdaşları tərəfindən onun istifadəsində olan yaşayış evinə gedən qaz xəttinə qanunsuz qoşulma halları olması səbəbindən müxtəlif vaxtlarda müxtəlif tarixlərdə aktlar tərtib edilmişdir. Lakin o heç vaxt qaz xəttinə qeyri qanuni qoşulmayıb. Hu halları təsdiq edəcək mötəbər sübutlar yoxdur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, iddiaçının təbii qazdan kənar xətt vasitəsi ilə istifadə etdiyini və bu səbəbdən də cərimə borcunun yazıldığını bildirmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 23.01.2018-ci il tarixli, ******* saylı, 15.03.2018-ci il tarixli ******* nömrəli, 27.04.2018-ci il tarixli, ******* nömrəli aktlardan görünür ki, sayğaca baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni kənar xətt vasitəsi ilə istifadə olunduğu aşkar edilmişdir. 26.01.2018-ci il, 27.03.2018-ci il, 30.04.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 23.01.2018-ci il tarixli, ******* saylı, 15.03.2018-ci il tarixli ******* nömrəli, 27.04.2018-ci il tarixli, ******* nömrəli aktlara əsasən itirilmiş qazın bərpası üçün 4740 kub metr, 1830 kub metr, 955 kub metr hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. - **********00020 saylı abonentin saldosundan görünür ki İddiaçı 2018-ci il üzrə aktlar üzrə 1505 manat məbləğində borc hesablanmışdır. Alıq və aktlar üzrə 2018-ci il yanvar ayında 23.01.2018-ci il tarixli, ******* saylı akta əsasən 948 manat, 2018-ci il mart ayında 15.03.2018-ci il tarixli ******* nömrəli akta əsasən 366 manat, 2018-ci ilin aprel ayında isə 27.04.2018-ci il tarixli, ******* nömrəli akta əsasən is 191 manat borc hesablanmşdır. - **********00020 saylı abonentin saldosundan görünür ki İddiaçı 2021-ci ilin iyun üçün borca görə tutmalardan sonra Azəriqaz İB-nə 1530.90 manat məbləğidə borcu qalmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12.10.2021-ci il tarixli, 10/3778 nömrəli ekspert rəyinə əsasən ekspertə təqdim edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi ünvanda təbii qazın qeyri –qanuni olaraq sayğacdan kənar istifadəsi halı aşkar edilməmişdir. Daşıyıcı qaz xətti üzərində bir hissədə qaynaq yeri vardır, həmin qaynaq yerində əvvəllər sayğacdan kənar xəttinin olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh iddiaçıya məxsus yaşayış evini təbii qazla təmin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12.10.2021-ci il tarixli, 10/3778 nömrəli ekspert rəyindən də göründüyü kimi, hal hazırda iddiaçı sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsə də, daşıyıcı qaz xətti üzərində bir hissədə qaynaq yeri aşkarlanmışdır. İddiaçı sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə etmiş və cavabdehə ziyan vurmuşdur. Lakin, məhkəmə iddiaçının kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcunun şişirdilmiş olduğuna dair dəlilini inandırıcı sayır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, abonent İddiaçı təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində iddiaçıya 23.01.2018-ci il tarixli, ******* saylı, 15.03.2018-ci il tarixli ******* nömrəli, 27.04.2018-ci il tarixli, ******* nömrəli aktlar üzrə borc hesablanmalıdır. Qeyd olunan aktlardan itirilmiş qazın həcminın 4740 kub metr, 1830 kub metr, 955 kubmetr olduğu müəyyyən olunmuşdur. 4740 kub metr, 1830 kub metr, 955 kubmetrin hər kubmetri tərəflər arasında bağlanan “Qaz alqı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0.10 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın 474 manat, 183 manat və 95.5 manat olmaqla cəmi məbləği 752.5 manat edir. (1505-752.5=752.5) Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azəriqaz” İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulmasına dair aktlara əsasən **********00020 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 752.5 (yeddi yüz əlli iki manat, əlli qəpik) manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulmasına dair aktlara əsasən **********00020 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 752.5 (yeddi yüz əlli iki manat, əlli qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3521/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3521/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver