Məhkəmə qərarları › İş №2(008)-3524/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3524/2023

22.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3524/2023 22.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib edilmiş 22 fevral 2018-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akta görə hesablanmış 977 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsi, döngə 5, ev 5 (ev 5Z) uzun zamandır ki, iddiaçının istifadəsində və sahibliyindədir. Azəriqaz İB-ilə bağlanmış qazın alqı-satqısına dair abonent müqaviləsinə əsasən fasiləsiz olaraq yaşadıqları ev qazla təmin edilmişdir. Bunun əvəzində isə aylıq ödənişlər vaxtı-vaxtında tam şəkildə ödənmişdir. 22 fevral 2018-ci il tarixində cavabdeh orqanın əməkdaşları tərəfindən sözügedən evə yaxınlaşılaraq iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməyi əsas gətirilərək “təbii qazdan sitifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtıb edilmişdir. Bu aktdan heç bir şəkildə iddiaçı xəbərdar edilməmişdir. Aktın "aktın doğruluğunun imzalarımızla təsdiq edirik” bölməsində iddiaçıya məlumat verilmədiyi halda tərtib olunan aktda iddiaçının adının qarşısında əsassız olaraq “imtina” yazısı qeyd edilmişdir. Halbuki akt iddiaçının iştirakı ilə tərtib olunsaydı iddiaçı aktın müvafiq bölməsində öz etirazını bildirərdi. Bundan sonra bu yaxınlarda iddiaçı ödənilməli olan borc məbləğinin 977 manat olduğunu aşkar etdi. Bu barədə cavabdehə edilən müraciətə cavab olaraq bildirildi ki, guya iddiaçı təbii qazdan qeyri-qanuni istifadə edir. 01446490 saylı akt tərtib edilərək guya vurulmuş zərər hesablanaraq həmin borc məbləğin yarandığı qeyd olunmuşdur. Həmçinin akta nəzər yetirdikdə dəyəri ödənilməli olan qaz həcminin hesablanmasının hansı qaydada müəyyən edildiyi belə çox maraqlı bir faktdır. Daha sonra iddiaçı iddianın dəqiqləşməsi barədə ərizə verərək, Azəriqaz İB tərəfindən təbii qazdan istifadəyə görə ünvan 1 ünvanda (abonent kodu **********80000) iddiaçının adına əsassız hesablanmış 977 manat məbləğində borc silinməsi barədə qətnamə qəbiul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-1965/2022 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, X1 tərəfindən İddiaçı əsassız hesablanmış (abonent kodu **********80000) 977 (doqquz yüz yetmiş yeddi) manat məbləğində borc silinməsi qərarara alınmışdır. Azəriqaz İB tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ərizəyə əsasən Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-3524/2023 saylı qərardadı ilə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-1965/2022 saylı qiyabi qətnaməsi ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X2 izahatında bildirmişdir ki, əsas mübahisə 2018-ci il tarixli aktla bağlıdır və akt sayğacdan kənar qoşulmaya görə tərtib edilib. Bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən istehlakçı İddiaçı məxsus evə baxış keçirilərkən abonentə məxsus sayğacdan qanunsuz istifadə edildiyi aşkar olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə əsasında iddiaçı cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təmin etmişdir. Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi üçün, tərtib edilmiş akt üzrə iddiaçıya 977 manat ziyan hesablanmışdır. Cavabdehə qeyd olunan pul məbləği dəymiş maddi ziyan kimi hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə işin hallarına qiymət verərək müəyyən edir ki, iddiaçı tərəfindən cavabdehə maddi ziyan vurulmasını təsdiq edən sübut yalnız ziyanın hesablanması barədə akt olmuşdur ki, həmin akt da məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, sözügedən akt birtərəfli şəkildə tərtib olunduğuna görə aktın əsaslı olaraq tərtib olunmasını müəyyən etmək məqsədilə xx.xx.2023-cü il tarixdə məhkəmə tərəfindən ünvan 1 ünvanında yerləşən evə yerli baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, evin hasarlarında və divarın kənarlarında heç bir kənar xətt yoxdur. Belə olan halda məhkəmə borcun əsassız hesablandığı qənaətinə gəlir və hesab edir ki, Cavabdeh İB tərəfindən hesablanmış 977 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 tərəfindən İddiaçı əsassız hesablanmış (abonent kodu **********80000) 977 (doqquz yüz yetmiş yeddi) manat məbləğində borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar