Məhkəmə qərarları › İş №2(008)-3528/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-3528/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-3528/2021 04.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə İddiaçı Cavabdehın Sabunçu filialına qarşı qanunsuz pul tutulmalarının qarşısının alınması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehın Sabunçu filialına qarşı qanunsuz pul tutulmalarının qarşısının alınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehın Sabunçu filialı məkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hazırki işin materiallarıfn araşdıraraq əsl olmayan Cavabdehın Sabunçu filialının əsl olan Cavabdeh ASC ilə əvəz edilməsini və işin aidiyyəti üzrə Nərimanov rayon Məhkəməsinə göndərilməsini qanuni hesab edir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı krediti Cavabdeh ASC-nin Bakıxanov filialından götürmüşdür. Lakin məhkəmə hesab edir ki, filial cavabdeh ola bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.1-ci maddəsinə əsasən İstər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər; 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. Odur ki, məhkəmə hesab edir ki, hazırki iş filial cavabdeh ola bilməz, ilkindən cavabdeh səhv göstərilib və cavabdeh Bank özü olmalıdır. Bu barədə məhkəmə iddiasının fikrini öyrənir, iddiaçı buna etiraz etmədiyini bildirdi. Cavabdeh ASC-nin ünvanı ünvan 1 ki, əml olmayan Cavabdehın Sabunçu filialı əsl olan Cavabdeh ASC ilə əvəz eldlməli və iş baxılması üçün aidiyyəti üzrə Nərimanov Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 54.1- ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 35.1-ci maddəsinə Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2- birinci cümlə Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 53.2, 35,45, 263-264, 268ci maddələrini rəhbər tutaraq , məhkəmə Qərara aldı: Əsl olmayan Cavabdehın Sabunçu filialı əsl olan Cavabdeh ASC ilə əvəz edilsin. Mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar