Məhkəmə qərarları › İş №2(008)-3531/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3531/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3531/2023 08.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 2600 (iki min altı yüz) manat məbləğində borcun silinməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2-ci Yavər Əliyev küçəsi, ev 16 C iddiaçının adınadır və həmin evi xx.xx.3028-ci il tarxində alqı-satqı ilə almışdır. Həmin ünvana quraşdırılmış abonent kodu **********00260 olan smart tipli qaz sayğacı iddiaçının istifadəsindədir. İddiaçı evi alan zaman evində smart tipli sayğac quraşdırılmışdır. Uşaqları Nəsimi rayonundakı məktəbə getdikləri üçün ilin çox vaxtı o, ailəsi ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 88 ünvanındakı mənzilində yaşayırlar. Evi aldığı gündən bugünə kimi onun xəbəri olmadan “Azəri-Qaz“ İstehsalat Birliyinin əməkdaşları tərəfindən bir neçə dəfə qaz sayğacı dəyişdirilib. Bir neçə ay əvvəl evə baxmağa gedəndə evinin qaz sayğacının dəyişdirilərək mexaniki tipli qaz sayğacı quraşdırıldığının şahidi olmuşdur. Həmin vaxtı da 1-2 günlük həmin evdə qalıb yenə şəhərdəki evə qayıtmışdır. Lakin sonuncu dəfə evə baxmağa gedəndə mexaniki tipli qaz sayğacımız dəyişdirilərək yerinə smart tipli qaz sayğacının quraşdırıldığının şahidi olub. Həmişəki kimi yenə də “Azəri-Qaz“ İstehsalat Birliyinin əməkdaşları xəbərsiz qaz sayğacını özbaşına dəyişdirmişdilər. Həmin sayğac smart olduğu üçün və sayğacı bizdən xəbərsiz dəyişdirdikləri üçün smart kart ona verilməmişdir. O, məcbur olub “Azəri-Qaz“ İstehsalat Birliyinin müraciət etmiş və smart kartı oradan götürmüşdür. Lakin “Azəri-Qaz“ İstehsalat Birliyinin əməkdaşları ona bildirdilər ki, borca görə onun kartım blokilaşdırılıb. O, hansı borca görə kartın bloklaşdırıldığmı soruşanda, ona bildirdilər ki, guya ki, ödənişlər ödənilmədiyi üçün sayğacı çıxarılıb yenisi ilə əvəz olunub, həmin zaman guya ki, sayğacın blombunun olmadı müəyyənləşdirilim və bu da sayğaca müdaxilə kimi qiymətləndirilərək ona cərimə yazılıb. O, “Azəri-Qaz“ İstehsalat Birliyinin əməkdaşlarına bildirdi ki, onun 2 evi var. Uşaqları şəhərdə məktəbə getdikləri üçün cox vaxt Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 88 ünvanında qalırlar. Həmçinin onun iştirakım olmadan evinin sayğacının bir neçə dəfə dəyişdirilməsinə də etirazını bildirmişdir. Oradan ona bildirdilər ki, guya ki, sayğaca müdaxilə edildiyi üçün onun istifadəsində olan sayğaca xx.xx.2022-ci il tarixli ******* N-li Akt tərtib edərək, 2600 (iki min altı yüz) manat dəymiş ziyan hesablanmışdır. O, həmin “Azəri-Qaz“ İstehsalat Birliyinin əməkdaşına bildirmişdir ki, o sayğaca və qaz xəttinə heç vaxt müdaxilə etməmişdir. Evinin sayğacı küçədə quraşdırılıb. Qaz xəttinə müdaxilə etmək qeyri mümkündür. Həmin “Azəri-Qaz“ İstehsalat Birliyinin əməkdaşları da onun aylıq ödənişlərinə baxaraq, bəzi aylarda ödənişlər olmadığı üçün ona cərimə yazıldığını bildirdi. O, barəsində qərəzli və haqsız yazılan xx.xx.2022-ci il tarixli ******* N-li Akt tərtib edərək, 2600 (iki min altı yüz) manat cərimənin silinməsini tələb etmişdir. Lakin bundan sonra ona yazılmış dəymiş ziyan borcu silinmədi. Qaz sayğacına və qaz xəttinə qanunsuz müdaxilə etmədiyi üçün, xx.xx.2022-ci il tarixli ******* N-li Akt tərtib edərək, 2600 (iki min altı yüz) manat pulun məndən tələb olunması ona qarşı haqsızlıqdır. Uşaqları Nəsimi rayonundakı məktəbə getdikləri üçün ilin çox vaxtı o, ailəsi ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 88 ünvanındakı mənzilində yaşayır. Bu səbəbdən də sayğaca və ya qaz xəttinə müdaxilə etməyi qeyri mümkündür. Həmçinin “Azəri-Qaz“ İstehsalat Birliyinin əməkdaşları özbaşına onun sayğacını çıxarıb dəyişmələri, hətta sonuncu sayğacı dəyişib yerinə smart sayğac qoyduqdan sonra, qaz kartı özləri ilə aparmasından görünür ki, həmin evdə heç kim yaşamır. Əgər o evdə kimsə olsaydı, sayğaclar dəyişilən zaman “Azəri-Qaz“ İstehsalat Birliyinin əməkdaşlarının yanında olardı. Həmçinin “Azəri-Qaz“ İstehsalat Birliyinin əməkdaşlarının özbaşına sayğac dəyişdirmələri də qanunsuzdur. Əgər onun sayğacında nəsə problem varsa onu dəvət etməli və onun yanında sayğaca baxış keçirdib, akt tərtib edilməli idi. O evdə yaşamadığı və sayğacların dəyişilən zaman orada olmamağı səbəbindən, “Azəri-Qaz“ İstehsalat Birliyinin əməkdaşları özbaşına və həqiqəti əks etdirməyən akt tərtib edərək ona cərimə yazmışlar. O, qaz sayğacına, nədəki, qaz xəttinə müdaxilə etməmişdir. Barəsində tərtib olunan xx.xx.2022-ci il tarixli ******* N-li Akt əsassızdır və həmin Akt əsasında ona yazılmış 2600 (iki min altı yüz) manat cərimə borcu silinməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, abonentin saldosunun kodundanda da görünür ki, sözügedən aktla abonent Qarayeva Gültəkin adına yazılmış olan cərimə onun mülkiyyətindəki olna mənzildir. Cavabdeh İB-nin nümayəndəsi X1 məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək, əmək məzuniyyətində olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Cavabdeh İB-nin nümayəndəsi X1 məhkəməyə elektron etiraz ərizəsi təqdim edərək bidirmişdir ki, iddia tələbi əsassızdır. İddiaçının ümumiyyətlə hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, iddiaçının silinməsini tələb etdiyi borc məbləği Cavabdeh İB-nin abonent bazasında Sabunçu rayonu, ünvan 2 ünvanı üzrə istehlakçı kimi qeydiyyata alınmış Gültəkin Qarayevaya hesablanmışdır. İddiaçının isə iddia ərizəsinə əlavə etdiyi çıxarış Sabunçu rayonu, ünvan 3 ünvanına aiddir. Göründüyü kimi silinməsi tələb olunan borc məbləğinin yazıldığı ünvanda istehlakçı Gültəkin Qarayevadır. Bundan əlavə Sabunçu rayonu, ünvan 2 ünvanında istifadədə olan qaz sayğacına əməkdaşlar tərəfindən baxış keçirilərkən sayğaca müdaxilə faktı, yəni istehlakçının kənar təsiri nəticəsində sayğacın istifadə olunan qaz sərfiyyatını qeydə almadığı aşkar olunmuşdur. Bu barədə "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" xx.xx.2023- cü il tarixli AKT tərtib olunmuşdur. Bunun nəticəsində Birlik tərəfindən itirilmiş qazın dəyərinin hesablanması üçün Dəymiş ziyanın hesablanmasına dair Tələbnamə tərtib edilərək 2592 manat dəyərində faktiki istehlak olunmuş, lakin dəyəri ödənilməmiş qaz sərfi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin təmin olunmaması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edirə Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan D-100677 nömrəli, xx.xx.2023-cü il tarixli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi olan **********00260 nömrəli abonet olan İddiaçı arasında qazın altı-satqısı barədə müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcısı tərəfindən təqdim edilən hesaba ödənməsi razılaşdırılmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 29.032023cü il tarixli aktın surətindən görünür ki, 14-2-2/3-5-3122-1 nömrəli rəyə əsasən **********5 zavod nömrəli sayğacın hesablama mexanizminin qapağına vurulan zavod plastmas plomblarının üzəri və yuvasının ətrafı kənar təsir nəticəsində əzilib və biri üzərində aşkar olunmadı. 0383601 saylı xx.xx.2023-cü il tarixli akta əsasən dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının maksimal qaz sərfi 10 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin 10x12x180=21600 m3 sərfiyyat hesablanmışdır. İstehlakçının qaz təsərrüfatının invertar haqqında 1508 nömrəli 20 aprel 2023-cü il tarixli aktın surətindən görünür ki, AQİS bazasında Bakı şəhəri, Bakıxanov qəsəbəsi, ev 0, mənzil 26 mülkiyyət sənədlərində Bakı şəhəri, ünvan 3 kimi qeydiyyatdadır. **********00260 saylı abonentin saldosunun surətindən görünür ki, **********00260 nömrəli abonet kimi qeydiyyata olan Qarayeva gültəkin Dilqəm qızına 2023-cü ilin mart ayı üçün 2592 manat qalıq və aktlar üzrə borc hesablanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 3 03 aprel 2018-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəə ilk öncə onu qeyd etməyi zərurui hesab edir ki, cavabdeh tərəf məhkəməyə etiraz erizəsi ilə müraciət edərək iddiaçının subyektiv hüququnun olmaması ilə iddia tələbinin rədd edilməsini xahiş etsədə, məhkəmə cavabdehin diqqətinə çatdraraq qeyd edir ki, mülki iş matriallarına əlavə edilmiş saldodan görünür ki, **********00260 saylı abonent kodu ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən istehlakçıya məxsusdur, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin təqdim etdiyi çıxarşdan da məlum olur ki, sözügedən evin mülkiyyətçisi xx.xx.2018-c il tarixdən hazırki iş üzrə iddiaçı olan İddiaçı olduğundan, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun mövcud olması müəyyən edilmişdir. Bundan sonra məhhkəmə iddia tələbinə müvqeyini bildirərək qeyd edir ki, məhkəmə araşdırması zamanı sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən ******* saylı xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış borc silinməlidir. İddiaçı sözügedən ******* saylı xx.xx.2023-cü il tarixli akta əsasən ona 2600 manat məbləğində cərimə yazılmış olduğunu bildirsədə mülki işin matriallarına əlavə edilmiş saldodan da görünür ki, iddiaçıya ******* saylı xx.xx.2023-cü il tarixli akta əsasən 2592 manat məbləğində cərimə hesablandığından, iddia tələbi həmin hissədə əsaslı hesab edilərək qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən **********00260 nömrəli abonent İddiaçı təbii qazdan istifadəyə görə əsassız hesablanmış 2592 (iki min beş yüz doxsan iki) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar