Məhkəmə qərarları › İş №2(008)-3550/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3550/2021

25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3550/2021 25.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X5, İddiaçının nümayəndəsi X1, Cavabdehin vəkili və nümayəndəsi X2 iştirakları ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Sabunçu rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə 19.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək 10.07.2013-cü il tarixli, 2801 PBS saylı kredit müqaviləsi üzrə 16377,31 manat əsas, 1856,69 manat hesablanmış faiz, 14633 manat hesblanmış dəbbə, cəmi 32867,08 manat kredit borcunun və 30 manat dövlət 30 manat dövlət rüsumunun tutulması, tələbin cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 42 kv m yaşayış, 23,1 kv m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, əmlakın dəyərinin 52000 manat qiymətlə hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi və mənzilin məcburi boşaldaılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «İddiaçıbank» ASC (indiki İddiaçı BOKT ASC) ilə Cavabdeh arasında 10.07.2013-cü il tarixli, 2801 PBS saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında cavabdehə 25000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə restrukturizasiya edələrək 25098 ABŞ dolları məbləğində yeni kredit verilmişdir. Sabunçu rayon Məhkəməsinin 25.10.2017-ci il tarixl qətnaməsi ilə 6170 PBS saylı yeni müqavilə etibarsız hesab edilmiş və birinci müqavilə üzrə qalıq kredit borcunun tələb edilməsi müəyyən edilmişdir. 10.07.2013-cü il tarixli, 2801 PBS saylı kredit müqaviləsinin təminatı kimi 22.06.2012-ci ila rixli, 1056 PB saylı ipoteka müqaviləsinə 10.07.2013-cü il tarixdə 02 saylı Əlavə müqavilə bağlanmış, cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 42 kv m yaşayış, 23,1 kv m yardımçı sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavabdehin hazırda iddiaçıya 16377,31 manat əsas, 1856,69 manat hesablanmış faiz, 14633 manat hesblanmış dəbbə, cəmi 32867,08 manat kredit borcu mövcuddur. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda, qeyd etmişdir ki, Bank iddia müddətini üzrlü səbəbdən ötürmüş, çünki apellyasiya şikayəti və müddətin əbərpasına dair ərizə vermiş, lakin ərizə təmin edlilməmişdir. Hesab edir ki, iddia müddətinin axımı Sabunçu rayon Məhkəməsinin 12.04.2019-cu il tarixli qərardadından sonra başlayıbdır. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi X4 iddia müddətinin tətbiq edilməsi barədə ərizəni təqdim edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia müddəti ötürüldüyündən iddia rədd olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır. «İddiaçıbank» ASC (indiki İddiaçı BOKT ASC) ilə Cavabdeh arasında 10.07.2013cü il tarixli, 2801 PBS saylı kredit müqaviləsi bağlanmış, müqavilə əsasında cavabdehə 28 faizlə 25000 manat məbləğində kredit verilmiş, kreditin müddəti 36 ay müəyyən edilmişdir. Tərəflər arasında cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 42 kv m yaşayış, 23,1 kv m yardımçı sahədən ibarət fərdi yaşayış evinə 22.06.2011-ci il tarixli 1056 PB saylı ipoteka müqaviləsi bağlanmış, həmin ipoteka eyni zamanda 10.07.2013-cü il tarixli, 2801 PBS saylı kredit müqaviləsinin də təminatı kimi ********** qeydiyyat nömrəsi ilə DƏDRX-də qeydiyyata alınmışdır. Sonradan kreditin uzadılması məqsədilə tərəflər arasında 24.11.2015-ci il tarixli, 6170 PBS nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqavilə ilə Bank 72 ay müddətinə, illik 29 faiz ödəmək şərtilə 25098 ABŞ dollarını cavabdehə vermişdir (Sabunçu rayon Məhkəməsinin 25.10.2017-ci il tarixl qətnaməsi). Adıçəkilən qətnamə ilə 24.11.2015-ci il tarixli, 6170 PBS nömrəli kredit müqaviləsi etibarsız hesab edilmiş, 10.07.2013-cü il tarixli, 2801 PBS saylı kredit müqaviləsi üzrə qalmış kredit borcunu tələb etmək hüququ izah edilmişdir. Həmin qətnamə iddiaçı tərəfindən 13.11.2017-ci il tarixdə iddiaçı tərəfindən alınmışdır. Qətnamədən iddiaçı tərəfindən müddət ötürülməklə apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti geri qaytarılmış, Sabunçu rayon Məhkəməsinin 12.04.2019-cu il tarixli qərardadı ilə müddətin ötürülməsinin üzrlü səbəbləri olmadığında müddətin bərpasına dair iddiaçının ərizəsi rədd edilmişdir. Beləliklə, Sabunçu rayon Məhkəməsinin 25.10.2017-ci il tarixl qətnaməsi İddiaçı BOKT ASC tərəfindən 13.11.2017-ci il tarixdə alındığından, 14.12.2017-ci il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia müddəti ötürülmüşdür və bu səbəbdən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.3.-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd edildiyi kimi, 14.12.2020-ci il tarixədək iddiaçı hazırki iddianı qaldırmalı olduğu halda, 19.04.2021-ci il tarixdə, yəni 4 ay gecikdirməklə, vermişdir. İddia müddətinin ötürülməsinin səbəblərinin üzrlü hesb edilməsinə dair iddiaçının nümayəndəsinin mövqeyini məhkəmə qəbul etmir. Belə ki, məhkəmə hesab edir ki, Bank Sabunçu rayon Məhkəməsinin 25.10.2017-ci il tarixl qətnaməsindən sonra birinci muqavilə ilə kredit borcu üzrə qalığı tələb etmək əvəzinə, süni şəkildə həmin qətnamədən müddəti ötürməklə apellasiya şikayət vermişdir. Məhkəmə hesab edir ki, iddia müddəti dörd ay ötürülmüşdür, cavabdeh iddia müddətinə tətbiqinə dair ərizə vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar