Məhkəmə qərarları › İş №2(008)-3562/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3562/2022

09.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3562/2022 09.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin heç bir əsas olmadan hesabladığı 527,56 (beş yüz iyirmi yeddi manat, əlli altı qəpik) məbləğində borcun ləğv edilməsi barədə, o cümlədən iddiaçı tərəfindən 150 (bir yüz əlli) manat məbləğində ödənilmiş vəsaitin, həmçinin iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün 210 (iki yüz on manat) məbləğində ödənilmiş vəsaitin iddiaçıya geri ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, iddiaçi İddiaçı 27 iyun 2021-ci il tarixdə ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş və hazırda orada yaşayır. Köçdüyü tarixdən kommunal xidmətləri vaxtı- vaxtında ödəmişdir və bu iddia ərizəsi ilə əlaqədar məsələ yaranmayana qədər heç bir gecikmə faktı olmamışdır, hazırda digər kommunal ödənişlərlə bağlı heç bir yubanma olmayıb. Lakin, 2021-ci ilin noyabr ayının sonunda "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş, köhnə sayğac yenisi ilə əvəz edilmiş və köhnə sayğac ekspertizaya göndərilmişdir. Ekspertiza nəticəsində sayğacda baş vermiş qısa qapanma nəticəsində 33 % (otuz üç faiz) enerji itkisi ilə işlədiyi müəyyən edilmişdir və müvafiq olarac protokollaşdırılmışdır. Protokol iddiaçıya təqdim edilməyib. 20 dekabr 2021-ci il tarixində, heç bir bildiriş olmadan, heç bir xəbərdarlıq edilmədər cavabdehin əməkdaşları tərəfindən fərdi yaşayış evinin elektrik enerjisinin verilməs dayandırılmışdır və kağız üzərində qələmlə 530 (beş yüz otuz) manat məbləğində borcu olması haqqında bildiriş verilmişdir. Həmin “bildiriş”in üzərində borcun 1 (bir) iş günü ərzind ödənilməli olduğu da qeyd edilmişdir. Məsələ ilə əlaqədar iddiaçı 21 dekabr 2021-ci il tarixli ərizə ilə müraciət etmiş, məktubda borc məbləğinin real olmadığını və yenidən hesablanmasına dair göstəriş verilməsini xahiş etmişdir. Cavabdehin 30 dekabr 2021-ci il tarixli, 0199/A-745/10498 nömrəli məktubunda bildirilmişdir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunmasının vəziyyəti yoxlanılarkən, fərdi yaşayış evinə məxsus elektrik hesabat sayğacının “A” fazaslndan keçən yükü qeyd etməməsi faktı aşkarlanaraq NDM 027152 nömrəli akt tərtib edilmiş, 4925 kVt.s -527.56 manat dəyərində ödəniş sənədi hazırlanmışdır. Elektrik hesabat sayğacının “A” fazasından axan yükü qeyd etməməsi və sərfiyyat hesablanması Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsinin 07 dekabr 2021-ci il tarixli, 000053 nömrəli protokolu ilə təsdiqlənmişdir. Həmçinin qeyd edilmişdir ki, aktın hesabatı “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun tarif fərqi nəzərə alınmaqla aparılmışdır. Cavab məktubunun şablon xarakterli olmasını nəzərə alaraq, iddiaçı yenidən 10 yanvar 2022-ci il taixli ərizə ilə cavabdehə ərizə ilə müraciət etmiş, ərizədə tətbiq olunan məbləğ əsassız və haqsız olduğu bildirilmiş və yəni qutaşdırılmış sayğacın son ayda 490 kVt.s 49.7 manat məbləğində enerji sərfiyyatı hesabladığı qeyd etmiş və keçən ayların enerji itkisi yeni sayğacın hesabına əsasən hesablanmasını xahiş etmişdir. Cavabdehin 17 yanvar 2022-ci il tarixli, 0199/A-020/272 nömrəli məktubu elə birinci məktubu ilə eyni məzmunlu idi. Elektrik enerjisiinin kəsilməməsindən ötrü iddiaçı tərəfindən 17 ferval və 06 aprel 2022-ci il tarixlərdə cavabdehə ödəmə terminalı vasitəsi ilə ayrı-ayrılıqda 50 və 100 manat məbləğində pul köçürülüb. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia ərizəsini qəbul etməyərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, **********60106 nömrəli kod üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqəi təhlil olunarkən məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixdə Satışa nəzarət idarəsinin əməkdaşları tərəfindən «Elektirik enercisindən istifadə Qaydaları»na riayət olunmasının vəziyyəti yoxlanılarkən, mənzilə məxsus elektrik hesabat sayğacının A fazasından keçən yükün tam qeyd etməməsi faktı aşkarlanaraq NDM 027152 nömrəli akt tərtib edilmiş, 4925 kVts dəyərində ödəniş sənədi hazırlanmışdır. Aktda qeyd edilən qüsur Sayğacların və cərəyan transformartırlarının yoxlanması haqqında xx.xx.2021-ji il tarixli 000053 saylı protoklu ilə təsdiqlənmişdir. İş materiallarında olan **********60106 abonentə edilmiş xəbərdarlıqdan görünür ki, "xxxx" ASC-yə olan borcun 1 iş günü ərzində tam şəkildə ödənilmədiyi halda mənzilə verilən elektrik enercisi xəbərdarlıq edilmədən dayandırılacaqdır. xx.xx.2022-ci il tarixli, ödəniş qəbzindən görünür ki, İddiaçı hüququi xidmət göstərilməsi müqabilində Yusifbəyli və Partniyorlar vəkil bürosuna 210 manat məbləğində pul ödəmişdir. xx.xx.2022-ci il tarixli 00934 saylı, xx.xx.2022-ci il tarixli 00303 saylı və xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, **********60106 saylı abonent Azərişıq ASC-yə ümumilikdə 200 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 027152 saylı aktının surətindən görünür ki, **********60106 abonent olan mənzilə baxış keçirilən zaman məlum olmuşdur ki, fərdi yaşayış evinə məxsus elektrik sayğacı «A» fazasında keçən yükü qeyd etmir. Elektrik sayğacının yenisi ilə əvəz olunması və çıxarılan sayğacın bütün problemlərinə rəy verilməsi qərara alınmışdır. Akt "xxxx" ASC-nin əməkdaşları E.Ələkbərov və R.Qasımov tərəfindən imzalanmışdır. Abonentin nümayəndəsi hissəsində “iştirak etmədi” qeydinə rast gəlinir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin Akt Komissiyasının sədrinin xx.xx.2021-ci il tarixli “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər”dən görünür ki, xx.xx.2021-ci il tarixli NDM 027152 nömrəli Akta əsasən abonent Həsənov Yunis (abunə kodu: **********60106) Maştağa qəsəbəsi, Albalı bağları ünvanında yerləşən evində baxış keçirilən zaman mənzilə məxsus elektrik sayğacının «A» fazasında keçən yükü qeyd etmədiyi aşkar edilmiş, cəmi 527.61 man məzmunlu qərar verilmişdir. Mülki işin materiallarında olan abonentin hərəkət cədvəlindən görünür ki, Maştağa qəsəbəsi, Albalı bağları, Ev 0006, Mənzil: 0106 ünvanında yaşayan abonent Həsənov Yunisə (abunə kodu: **********60106) 2021-ci ilin noyabar və dekabr ayları üçün sərfiyyat borcu mövcud olmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən elektrik sayğacına hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin əməkdaşları tərəfindən 2021-ci ilin dekabr ayında iddiaçıya məxsus evə quraşdırılmış sayğaca iddiaçının iştirakı olmadan baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir. Belə ki, baxış zamanı sayğacada yarnmış öroblemə görə cavabdeh tərəfindən iddiaçıya həmin dövrlər üzrə borc məbləği hesablanmışdır. Lakin cavabdeh tərəfindən hesablanmış cərimə borcunun əsaslı olmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin ilkin hissəsi təmin edilərək, iddiaçının pozulmuş hüquqları bərpa edilməli, iddiaçıya məxsus evin abunə koduna hesablanmış 527.56 manat məbləğində borc silinməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndində qeyd edilmişdir ki, dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Qanunun 17-ci maddəsinin 1-ci bəndində qeyd edilmişdir ki, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra – Qaydanın) 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Qaydanın 8.32-ci bəndində göstərilmişdir ki, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydanın 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli NDM 027152 nömrəli Aktdan görünür ki, İddiaçı (abunə kodu: **********60106) yaşadığı Maştağa qəsəbəsi, Albalı bağları ünvanında yerləşən evində elektrik hesabat sayğacı həyətdən çöldə quraşdırılmışdır. Belə olan vəziyyətdə isə sayğacda müəyyən edilmiş qüsurlara görə abonent məsuliyyət daşımadığından, həmin akt əsasında enerjidən istifadə qaydalarının pozulmasına görə hesablanmış 527.56 manat məbləğində borc silinməlidir. Beləliklə, məhkəmə yuxarıda istinad edilən hüquq normalarına əsasən hesab edir ki, iddia tələbi ilkin hissədə təmin edilməli, **********60106 saylı abonent koduna xx.xx.2021-ci il tarixli NDM 027152 nömrəli Akt əsasında hesablanmış 527.56 manat borc əsassız hesab edilərək, abunə kodundan silinməlidir Bundan başqa məhkəmə iddia tələbinin cavabdehdən 150 (bir yüz əlli) manat məbləğində ödənilmiş vəsaitin iddiaçıya geri ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş edilmiş qəbzlərdən, habelə saldodanda görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixli NDM 027152 nömrəli Akt əsasında ona əsassız hesablanmış borcdan 150 manat ödəniş etmiş olduğundan, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bundan başqa məhkəmə iddia tələbinin vəkil xərci olaraq 210 manat pul vəsaitinin tutulması hissəsində hesab edir ki, iddia tələbi qeyd edilən hissədə qismən əsaslı olduğundan qismən təmin edilərək, cavabdehdən 50 (əlli) manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən, **********60106 saylı abonentə xx.xx.2021-ci il tarixli NDM 027152 saylı akt əsasında hesablanmış 527.56 (beş yüz iyirmi yeddi manat, əlli altı qəpik) manat borc silinsin və həmin akt əsasında İddiaçı tərəfindən ödənilmiş 150 (yüz əlli) manat pul "xxxx" ASC tərəfindən İddiaçı geri ödənilsin. 50 (əlli) manat vəkil xərci cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar