Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3589/2024 05.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 qızının katibliyi, Ərizəçi və onun vəkili Vəkil qızının iştirakı ilə, Ərizəçi Fəxrəddinova maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1984-cü il tarixdən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və onun heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, xx.xx.1978-ci il tarixdə Qazaxıstanın Cambul vilayətinin Cambul şəhərində anadan olmuşdur. Doğumu xx.xx.1978-ci il tarixdə 2534 nömrəli aktla Cambul şəhər VVAQ şöbəsi tərəfindən qeydə alınmış və buna müvafiq olaraq Ərizəçi xx.xx.1978-ci il tarixdə doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. O, heç vaxt şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. Ərizəçinin anası Şərifova (nikahdan sonrakı soyadı: Qazıyeva) Məlahət Lətif qızı xx.xx.1956-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. O, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. X1 xx.xx.1949-cu il tarixdə Naxçıvan MR-də anadan olmuşdur. O, ünvan 2 ünvanında (1-ci blok, 2-ci mərtəbə) yaşamış və xx.xx.1967-ci il tarixdən xx.xx.1971-ci il tarixədək həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Ərizəçinin təxminən 3-4 yaşı olanda atası Qazaxıstanda məhkum edilmiş və cəzaçəkmə müəssisəsində olarkən təxminən 1985-ci ildə vəfat etmişdir. Valideynləri Sumqayıtda tanış olmuşlar, daha sonra təxminən 1977-ci ildə anası atası ilə birlikdə Qazaxıstanın Cambul vilayətinin Cambul şəhərinə getmiş və ərizəçi də orada doğulmuşdur. Lakin ərizəçi valideynlərinin nə vaxt və harada nikaha daxil olmaları barədə məlumatı yoxdur. Ərizəçi təxminən 6 yaşı olanda ana nənəsi X2 ilə birlikdə Azərbaycana gəlmiş və onunla birlikdə ünvan 3 ünvanında yaşamışdır. Sonradan anası Türkmənistana gedərək orada yenidən ailə qurmuş və ondan sonra anasını heç vaxt görməmişdir. Ərizəçidə olan məlumata əsasən, anası xx.xx.2019cu il tarixdə Türkmənistanda vəfat etmişdir. Ərizəçi 1984-cü ildə Sumqayıt şəhər 8 nömrəli tam orta məktəbin 1-ci sinfinə getmiş və 1993-cü ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. Daha sonra təhsilini davam etdirməmişdir. Ona həmin məktəb tərəfindən 9-cu sinfi bitirməyinə dair natamam orta təhsil haqqında şəhadətnamə verilsə də, o həmin sənədi naməlum şəraitdə itirmişdir. Ərizəçi orta məktəbi bitirdikdən bir neçə il sonra doğum haqqında şəhadətnaməni də itirmişdir. Doğum haqqında şəhadətnaməni itirdiyi üçün şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. Sonradan Ərizəçi Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət edərək, xx.xx.2011-ci il tarixdə ******* nömrəli doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilmişdir. O, 1997-ci ildə Azərbaycan Respublikasının vətəndaşı X6 ilə ailə qurmuş, lakin şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün onunla nikaha daxil ola bilməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X7 izahatında Ərizəçi onun bacısı qızı olduğunu, uşaqlıqdan onlarnan yaşadığını, ata evlərində Sumqayıtda yaşadıqlarını, orada böyüyüb məktəbə getdiyini və sonradan ailə həyatı qurub köçdüyünü bildirdi. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət ederək, üş üzrə ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi 23 oktaybr 1978-ci ildə Qazaxstan SSR-nın Cambul vilayətinin Cambul şəhərində doğulmuşdur. X1, anası X3r. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 03 fevral 2021-ci il tarixli ******* nömrəli arayışından görünür ki, 23 oktyabr 1978-ci il təvəllüdlü Ərizəçi 11499/m nömrəli, 29 yanvar 2021-ci il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-37/2-Q-9870-xx-xx- 29372/2023 nömrəli arayışından görünür ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, xx.xx.1978-ci il təvəllüdlü Gaziyeva Amina (himayə sənədi № ***-*******7) verilir ondan ötrü ki, o, Dövlət Miqrasiya Xidməti tərəfindən 24 oktyabr 2023-cü il tarixindən 31 oktyabr 2024-cü il tarixinədək ünvan 4 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. İş materiallarında olan Dövlət Miqrasiya Xidməti Ərizəçi 3-37/2-Q-1883-26-1-08- 3172/2024 nömrəli 13 mart 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, 23 oktaybr 1978-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmayıb və sorğuya cavab məktubundan aidiyyətı üzrə müfaviq məhkəməyə müraciət ede biləcəyi bildirilib. İş materiallarında olan Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındaki Səfirliyinin 30-S-12/82 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındaki Səfirliyinin Konsulluq şöbəsi bildirmişdir ki, Qazaxıstan Respublikası Cambul vilayəti Polis Departamentinin Miqrasiya Xidməti İdarəsinin məlumatına əsasən, Ərizəçi Fəxrəddinova (xx.xx.1978) Qazaxıstan Respublikasının vətəndaşı deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 3-38-2/33-1451/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.1978-ci il təvəllüdlü Ərizəçi Fəxrəddinova dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş materiallarında olan Sumqayıt Şəhəri Təhsil Şöbəsi 8 nömrəli tam orta məktəb tərəfindən təqdim olunan 21 nömrəli 16 mart 2022-ci il tarixli arayışından görünür ki, verilir Ərizəçi Fəxrəddin qızına ondan ötrü ki, həqiqətən də o, Sumqayıt şəhər 8 nömrəli tam orta məktəbin 12 iyun 1993-cü il tarixli, 8 №-li pedaqoji şuranın protokoluna əsasən İX sinifi bitirmiş və ona orta təhsil haqqında attestat verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə Azərbaycan Respublikasının Vətəndaşlıq Haqqında Qanunun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.2-ci maddəsinə görə bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yasadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməklə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 12-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1- dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması kimi faktın müəyyən edilməsi yolverilməzdir. 12.1. Bu faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Belə sənədlər əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310.2-ci maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməli, Ərizəçi doğum haqqında şəhadətnamədə soyadı, adı və ata adı qeyd olunmuş, 23 oktyabr 1978-ci il tarixdə Qazaxıstan SSR-nın, Cambul şəhərində anadan olmuş Ərizəçi 1984-cü ildən hal-hazırki dövrə qədər Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması barədə faktının müəyyən edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin olmaqlalıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Doğum haqqında şəhadətnamənin soyadı, adı və ata adı qeyd olunmuş, 23 oktyabr 1978-ci il tarixdə Qazaxıstan SSR-nın, Cambul şəhərində anadan olmuş, Ərizəçi 1984-cü ildən hal-hazırki dövrə qədər Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması barədə faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev Hakim: Misirzadə
Məhkəmə qərarları › İş №2(008)-3589/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3589/2024
05.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver