Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3592/2020 20.07.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi Əliyeva Gülnar Söhbət qızının, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında, məhkəmənin inzibati binasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məshəti Gəncəvi küçəsi, ev 29C, 121 saylı mənzilinə dair istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədəərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məshəti Gəncəvi küçəsi, ev 29C, 121 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 05.04.2013-cü il tarixdə daşınmaz məlakın alqı-satqı müqaviləsi bağlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məshəti Gəncəvi küçəsi, ev 29C, 121 saylı mənzili satın almışdır. Daha sonra 11.04.2013-cü il tarixdə aldığı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışa əsasən həmin mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. Mənzilin alqı satqısı zamanı cavabdeh qeydiyyatdan çıxmağa söz versə də, daha sonra buna əməl etməmişdir. Cavabdeh artıq uzun müddətdir ki, həmin mənzildə yaşamır. O, faktiki olaraq həmin evin bütün kommunal xərclərini və bələdiyyə vergisini ödəyir. Cavabdehə evdən qeydiyyatdan çıxması barədə xəbərdarlıq etmiş, lakin hələ də qeydiyyatdan çıxmamışdır. Cavabdehin mənzilində formal olaraq qeydiyyatda qalması onun mülkiyyət hüququnu məhdudlaşdırır. Belə ki, o, cavabdehin yerinə əlavə olaraq kommunal xidmətlərə görə haqq ödəməlidir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adlarıçəkilən sənədlər iş materialarına əlavə edilmişidir). İddiaçıBakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məshəti Gəncəvi küçəsi, ev 29C, 121 saylı mənzili (sonradan - mübahisəli mənzil) Cavabdeh satın almışdır (Bakışəhəri 16 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq olunmuş AN-İ seriyalı ******* №-li 05.04.2013-cü il tarixli daşımaz əmlakın alqı-satqı müqaviləsi). Həmin müqavilənin 13-cü bəndinə əsasən Cavabdeh 2 ay müddətinə satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Mübahisəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakışəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li 11.04.2013-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış). Cavabdehmübahisəli mənzildə qeydiyyatdadır (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 1 saylı ASAN Xidmət mərkəzi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li 14.03.2020-ci il tarixli arayış). Məhkəmə aşağıdakı qeyd olunan əsaslara görə iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı mübahisəli mənzili qanuni yolləəldə etmiş, lakin cavabdeh mənzil üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinin 1-ci cümləsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Beləliklə, iddiaçı mübahisəli mənzilə qanunvericilikdə nəzərdə tutulan qaydada mülkiyyət hüququ əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının vəƏsas Azadlıqlarının Müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hazırda iddiaçı cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsini istəyir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailəüzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh mübahisəli mənzildə qeydiyyatda olmasına baxmayaraq iddiaçının ailə üzvü deyildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının ailə üzvü olmadığından, mübahisəli mənzil üzrə istifadə hüququnun yaranmasına dair iddiaçı ilə bağlanmış notariat qaydada təsdiq edilmiş yazılı razılaşma olmadığından, həmçinin belə razılaşmanın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından onun həmin mənzilə istifadə hüququ yaranmamışdır. Göründüyü kimi, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir, cavabdehin mübahisəli mənzildə qeydiyyatda qalması yalnız formal xarakter daşıyır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məshəti Gəncəvi küçəsi, ev 29C, 121 saylı mənzilindən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məshəti Gəncəvi küçəsi, ev 29C, 121 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-3592/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3592/2020
20.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver