Məhkəmə qərarları › İş №2(008)-3597/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3597/2023

11.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3597/2023 11.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Bakı şəhər 17 saylı Notariat ofisi cəlb olunmaqla “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhər 17 saylı Notariat ofisi cəlb olunmaqla “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1941-ci il təvəllüdlü Ərizəçi X5 bacısı olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1941-ci il tarixdə Bakı şəhərində doğulmuş və bacısı X8 ilə birlikdə bacısına məxsus ünvan 1 ünvanında yerləşən evdə yaşamışlar. Bacısı xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Bacısından miras qalan əmlakı faktiki olaraq qəbul edib, orada yaşayır. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhər 17 saylı Notariat ofisinə müraciət edəndə ona bildirilib ki, vərəsə kimi tanınması üçün X8 ilə bacı olmasını təsdiq edən sənəd təqdim etməlidir. Əmlakı sənədləşdirə bilmədiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X1 həyat yoldaşı olan Əlifətdah Əlibala oğlunun oğlu olduğunu bildirmiş və Sitarə ilə Ruxsarənin bacı olduğunu göstərmişdir. İfadəsində qeyd etmişdir ki, atası ilə Rüxsarənin övladları olmadığına görə boşanmışlar və Əlifətdah Əlibala oğlu onun anası ilə evlənmişdir. Rüxsarə tənha qadın olduğundan atası tez-tez ona bayram sursatı kimi payları Ənvər vasitəsilə göndərmiş, o da Rüxsarə ilə Staranın bacı olduğunun və birlikdə yaşadıqlarının şahidi olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X7 izahatında onun Ruxsarə və Staranın onun xalaları olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 qonşusu olduğunu və Stara ilə Ruxsarənin bacı olduqlarını, onların eyni evdə yaşadıqlarını bildirmişdir. Maraqlı şəxs Bakı şəhər 17 saylı Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Sabunçu rayonu Zabrat qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş AZ-T seriyalı 216014 saylı doğum haqqında şəhadətnamənin notraial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.1941-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Hüseynov X16, anası Hüseynova X11r. Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 384646 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2009-cu ildə Bakı şəhərində vəfat etmişdir. Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Əlifətdah Əlibala oğlu və X5 nikahı ər-arvadın qarşılıqlı razılığı əsasında pozulmuş və xx.xx.1956-cı ildə 7 nömrəli akt qeydi ilə dövlət qeydiyyatına alınmışdır. ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi tərəfində verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətin ½ hissəsi Əlifətdah Əlibala oğlunun, ½ hissəsi isə X5 xx.xx.2022-ci il tarixdə payı müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 1928-ci ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu, Zabrat qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında X5 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş şahid ifadələri və sənədlərlə müəyyən edilmişdir ki, ərizəçi X8 ilə bacıdır. Bacısı xx.xx.2009-cu il tarixdə rəhmətə gedib. Bacısına məxsus evdə birlikdə yaşamışlar. Vərəsəlik hüququnun həyata keçirilməsi üçün bacı olmaları faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə müəyyən olunur ki, bu faktın müəyyən olunması ərizəçiyə vərəsəlik hüquqlarını həyata keçirməsi məqsədilə lazım olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1941-ci il təvəllüdlü Ərizəçi ilə X5 bacı olması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar