Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-361/2022 10.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi X5 iştiarkları ilə İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı kredit borcunun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: cavabdehdən 12793,99 manat əsas borcun və 2212,02 manat faiz borcu olmaqla, ümumilikdə 15006,01 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 (qırx) manat xərcin və iddia ərizəsinin verillməsi üçün köçürülmüş 30,40 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənənilməsi; tutmanın Bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,01287 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 80.60 kv.metrdən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1, Cavabdeh2 və X1 ünvan 1 ünvanında yerləşən 0,01287 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 80.60 kv.m-dən ibarət fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında 29.11.2018-ci il tarixli, 101840-613088/1 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən 22 faiz dərəcəsi ilə 24 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,01287 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 80.60 kv.metrdən ibarət fərdi yaşayış evi 29.11.2018-ci il tarixli, 101840-613088/1 №-li ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. Borcalan Kredit Müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh heç bir nəticə çıxarmamışdır. Bu halda, Bank tərəfindən "İpoteka haqqında" AR-nın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə 05.04.2021-ci il tarixli, 001/007/1406/2021 nömrəli Bildiriş ipoteka qoyan Cavabdeh1 07.04.2021-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni 14.04.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdir Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda nümayəndə qeyd etdi ki, ipoteka müqaviləsində göstərilən əmlakın qiyməti iddiaçı tərəfi qane edir və həmin qiymətin likvid qiymət kimi qəbul edilməsinə etiraz etmir. Məhkəmə, iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 29.11.2018-ci il tarixli, 101840- 613088/1 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı Cavabdeh1 illik 22 faiz dərəcəsi ilə 24 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 ******* №-li Çıxarış əsasında mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,01287 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 80.60 kv.metrdən ibarət fərdi yaşayış evi 29.11.2018-ci il tarixli, 101840-613088/1 №-li ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində əmlakın likvid dəyəri 60000 manat məbləğində müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh2 və X3 həmin evdə qeydiyyatdadılar. Onlar notarial qaydada imzalarını təsdiq etdirərək, evin ipotekaya qoyulmasına razı olmaları, tutmanın ipoteka predmetinə yönəldiyi halda qeydiyyatdan çıxmalarını öz öhdələrinə götürmələri barədə ərizə vermişdilər. Həmin yüklülük DƏDRX-də ********** qeydiyyat nömrəsi ilə 30.11.2018-ci il tarixdə qeydiyyat alınmış və ******* №-li Çıxarış verilmişdir. İş materiallarında olan 16.05.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 16.05.2021-ci il tarixə Banka 12793,99 manat əsas borcu, 2212,02 manat faiz borcu olmaqla, ümumilikdə 15006,01 manat məbləğində borcu yaranmışdır. Hesabdan çıxarışdan görünür ki, borcalan tərəfindən 16.05.2021-ci il tarixdən sonra hər hansı bir ödəniş edilməmişdir. Borcalan tərəfindən öhdəliklər yerinə yetirilmədiyindən Bank tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə 05.04.2021-ci il tarixli, 001/007/1406/2021 nömrəli Bildiriş ipoteka qoyan Cavabdeh1 07.04.2021-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni 14.04.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdir. Hazırda iddiaçı borcun tutulmasını, tutmanın ipoteka predmetinə yönəldilməsini və evin boşaldılmasını istəyir. Məhkəmə tərəfindən ipoteka predmetinin likvid qiymətinin müəyyən edilməsi məqsədilə müstəqil qiymətləndirici təyin edilmiş və rəyin alınması üçün iş «İmza» Ekspertiza Mərkəzinə göndərilmişdir. «İmza» Ekspertiza Mərkəzi tərəfindən 02.11.2021-ci il tarixdə evə baxışın keçiriməsinin təmin edilməsi barədə vəsatət verilmişdir. Məhkəmə iclas katibi tərəfindən iş materiallana əlavə edilmiş telefon nömrələrinə zəng edilmiş, lakin cavab verən olmamışdır. Bu əsasdan qərardad icrasız geri qaytarılmışdır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmçinin, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eyni Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, bağlanmış kredit müqaviləsi və ona əlavələrdən irəli gələn öhdəliklər borclu tərəfindən yerinə yetirilmədiyindən, bank tələbin ipotekaya yönəldilməsi proseduruna başlamaq hüququna malik olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Odur ki, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki,iddia təmin edilməli Cavabdeh1 12793,99 manat əsas borc və 2212,02 manat faiz borcu olmaqla, ümumilikdə 15006,01 manat məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 (qırx) manat xərc və iddia ərizəsinin verillməsi üçün köçürülmüş 30,40 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənənilməli; tutma Bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,01287 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 80.60 kv.metrdən ibarət fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiyməti 60000 manat müəyyən edilməli, əmlak açıq hərracda satılmalı və satışdan əldə olunacaq vəsait hesabına borc ödənilməli, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1, Cavabdeh2 və X3 ünvan 1 ünvanında yerləşən 0,01287 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 80.60 kv.m-dən ibarət fərdi yaşayış evindən çıxarılmalı və həmin ev boşaldılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 12793,99 manat əsas borc və 2212,02 manat faiz borcu olmaqla, ümumilikdə 15006,01 manat məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 (qırx) manat xərc və iddia ərizəsinin verillməsi üçün köçürülmüş 30,40 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənənilsin; tutma Bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,01287 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 80.60 kv.metrdən ibarət fərdi yaşayış evinə yönəldilsin, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiyməti 60000 manat müəyyən edilsin, əmlak açıq hərracda satılsın və satışdan əldə olunacaq vəsait hesabına borc ödənilsin, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1, Cavabdeh2 və X3 ünvan 1 ünvanında yerləşən 0,01287 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 80.60 kv.m-dən ibarət fərdi yaşayış evindən çıxarılsınlar və həmin ev boşaldılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-361/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-361/2022
10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver