Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3610/2025 29.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi olmaqla, doğum akt qeydinin bərpa edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1955-ci ildə Ermənistan Respublikasının Vedi (Ararat) rayonu Qaralar (Aralez) kəndində doğulmasına dair doğum akt qeydinin bərpa edilməsi, doğum haqqında şəhadətnamənin ata qrafasında – “X10”, atanın milliyyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X4”, ananın milliyəti olaraq “azərbaycanlı” qeyd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onunla əsaslandırdı ki, o, xx.xx.1955-ci il tarixində Ermənistan SSR, Vedi (Ararat) rayonu Qaralar (Aralez) kəndində anadan olmuşdur. Anası 1923-cü il tarixdə doğulmuş və xx.xx.2008-ci il tarixdə vəfat etmiş X2r. Atası isə 1915-ci il tarixdə Ermənistan Vedi (Ararat) rayonu Qaralar (Aralez) kəndində doğulmuş və xx.xx.1995-ci ildə vəfat etmiş X7r. Hər iki valideyninin milliyyəti azərbaycanlıdır. Bacısı xx.xx.1963-cü il təvəllüdlü X8 və xx.xx.1960-cı il təvəllüdlü X11 barəsində Ermənistan SSR-də qeydə alınmış doğum haqqında şəhadətnamədə valideynləri haqqında məlumat və milliyyətlərinin “azərbaycanlı” olması öz təsdiqini tapır. 1988-ci ilin məlum hadisələri zamanı qaçqın düşərkən bir çox sənədləri, həmçinin onun doğum haqqında şəhadətnaməsi itdiyindən (bəzi sənədləri gətirə bilmişlər), Sabunçu Rayon Qeydiyyat Şöbəsinə müraciət edərək doğum akt qeydinin bərpa edilməklə yeni şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin şöbə Ermənistan sənədlərinin arxivi olmadığına görə, doğum akt qeydinin bərpa edilməsi məsələsinin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirmişdir. Bildirir ki, qeydiyyatda olduğu və yaşadığı Bakıxanov qəsəbəsi, Dostoyevski küçəsi, 12 saylı evin vərəsəlik qaydasında sənədləşdirilməsi ilə bağlı valideynləri ilə qohumluq faktını təsdiq edən sənəd doğum haqqında şəhadətnaməsi notarius tərəfindən tələb olunur. Göstərilənlərə əsasən, xx.xx.1955-ci ildə Ermənistan Respublikasının Vedi (Ararat) rayonu Qaralar (Aralez) kəndində doğulmasına dair doğum akt qeydinin bərpa edilməsi, doğum haqqında şəhadətnamənin ata qrafasında – X10, atanın milliyyəti olaraq azərbaycanlı, ana qrafasında X4, ananın milliyəti olaraq azərbaycanlı qeyd edilməklə, doğum haqqında akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE 14380689 serialı şəxsiyyət vəsiqəsindən görünür ki, X8 xx.xx.1963-cü il tarixdə Ermənistan SSR Ararat rayonunda anadan olmuşdur. İş materiallarında olan AZE 13629508 serialı şəxsiyyət vəsiqəsindən görünür ki, X11 xx.xx.1960-cı il tarixdə Ermənistan SSR Ararat rayonunda anadan olmuşdur. İş materiallarında olan İİİ СЛ 294121 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1963-cü il tarixdə Ararat rayonu Qaralar kəndində anadan olmuşdur. X3, anası X1r. İş materiallarında olan xx.xx.1981-ci il tarixli ЖГ 343793 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ermənistan SSR Ararat rayonu Qaralar kəndində xx.xx.1958-ci il tarixdə doğulmuş X5 ilə Ermənistan SSR Ararat rayonu Qaralar kəndində xx.xx.1960-cı il tarixdə doğulmuş X11 arasında xx.xx.1981-ci il tarixdə 01 nömrəli akt qeydi tərtib olunmaqla rəsmi nikah bağlanmışdır. İş materiallarında olan xx.xx.1985-ci il tarixli İİİ СЛ 271140 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ermənistan SSR Ararat rayonunda xx.xx.1961-ci il tarixdə doğulmuş X6 ilə Ermənistan SSR Ararat rayonunda xx.xx.1963-cü il tarixdə doğulmuş X8 arasında xx.xx.1985-ci il tarixdə 55 nömrəli akt qeydi tərtib olunmaqla rəsmi nikah bağlanmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İ 314445 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş AZ-İİ 458668 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-5/7-15-324/2025 saylı məktubdan görünür ki, Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi Ərizəçi xx.xx.1955-ci ildə Ermənistan Vedi (Ararat) rayonu Qaralar (Aralez) kəndində anadan olması və doğum akt qeydinin bərpa edilməsi haqqında müraciətinə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01,03.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəalara müvafiq qaydada əsaslar olmadığından doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. Doğum haqqında akt qeydinin bərpa edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında akt qeydiniz bərpa olunaraq, doğum haqqında şəhadətnamə ilə təmin olunacaqdır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1955-ci ildə Ermənistan SSR, Vedi (Ararat) rayonu Qaralar (Aralez) kəndində anadan olmuşdur. Qeydiyyatda olduğu Bakıxanov qəsəbəsi, Dostoyevski küçəsi, 12 saylı evin vərəsəlik qaydasında sənədləşdirilməsi ilə əlaqədar, notariat ofisi tərəfindən doğum haqqında şəhadətnaməsi tələb olunur. Lakin o, həmin sənədini 1988-ci ildə deportasiya zamanı qaçqın düşərkən itirmişdir. Yeni doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin orada ona doğum akt qeydinin bərpasının və yeni doğum haqqında şəhadətnamənin verilməsinin yalnız məhkəmə qətnaməsi çıxarıldıqdan sonra mümkün olacağı bildirilmişdir. Bu səbəbdən, Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsindən görünür ki, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alır və belə nəticəyə gəlir ki, ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyindən və onun başqa yolla bərpası mümkün olmadığından, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1955-ci ildə Ermənistan SSR, Vedi (Ararat) rayonu, Qaralar (Aralez) kəndində doğulmasına dair doğum akt qeydi bərpa edilməli, doğum haqqında şəhadətnamənin ata qrafasında – “X10”, atanın milliyyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X4”, ananın milliyəti olaraq “azərbaycanlı” olaraq qeydiyyat aparılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1955-ci ildə Ermənistan SSR, Vedi (Ararat) rayonu, Qaralar (Aralez) kəndində doğulmasına dair doğum akt qeydi bərpa edilsin. Doğum haqqında şəhadətnamənin ata qrafasında – “X10”, atanın milliyyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X4”, ananın milliyəti olaraq “azərbaycanlı” qeyd edilsin. Hazırkı qətnamə ərizəçiyə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-3610/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3610/2025
29.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver