Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3612/2023 11.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, Ərizəçi ştirakı ilə, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri 17 saylı Notariat Ofisi, Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi olmaqla “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Bakı şəhəri 17 saylı Notariat Ofisi, Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi olmaqla “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək X8nun X5 övladı olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi hal-hazırda ünvan 1 ünvanındakı evdə yaşayır. Onun X8 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur. Atasının anasının adı (yəni nənəsinin adı) Rüqiyə Həciağa qızı olmuşdur. 1963-cü ildə X8nun və nənəsi X6 adına ünvan 1 ünvanındakı əmlakın texniki posportu verilmişdir. 1926-cı il təvəllüdlü X8 xx.xx.1995-ci il tarixində vəfat etmişdir. Bu barədə Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsindən AZ-İ N583687 saylı ölüm şəhadətnaməsi verilmişdir. Atasının anası (yəni nənəm) Rüqiyə Həciağa qızı xx.xx.1974-cü ildə vəfat etmişdir. Bu barədə Bakı şəhər Sabunçu Rayon Qeydiyyat şöbəsindən 05/15- 1307 saylı ölüm arayışı verilmişdir. O, Ərizəçi hazırda atası və nənəsindən miras qalan ünvan 1 ünvanındakı evdə yaşayır. Bildirir ki, həmin əmlaka dair vərəsəlik hüququnun verilməsi üçün Bakı şəhər 17 saylı Notariat ofisinə müraciət etmişdir. Bakı şəhər 17 saylı Notariat ofisindən ona bildirdilər ki, ünvan 1 ünvanındakı əmlaka dair X8nun və atasının anasının (yəni nənəsinin) Rüqiyə Həciağa qızının vərəsəliyini qəbul etmək və atası ilə nənəsinin qohumluq əlaqələrini müəyyənləşdirmək üçün ondan atasının doğum haqqında şəhadətnaməsi lazımdır. Onda atasının doğum haqqında şəhadətnaməsi olmadığı üçün və atasının doğulduğu tarixlərdə doğum haqqında şəhadətnamələr verilmədiyi üçün o, Milli Arxiv İdarəsinə müraciət etmişdir. Lakin Milli Arxiv İdarəsindən ona verilən 16 06.2022-ci il tarixli cavabında bildirilmişdir ki, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1925- 1928-ci illərə dair Bakı şəhər Bilgəh qəsəbəsi üzrə doğum haqqında kitablarında X13 təvəllüldü haqqında heç bir məlumat aşkarlanmamışdır. Bu səbəbdən də o atasının doğum haqqında şəhadətnaməsini tapa bilməmişdir. Beləliklə, 1926-cı il təvəllüdlü X8 ilə atasının anası (yəni nənəsi) Rüqiyə Həciağa qızının qohumluq faktını təsdiqləyən sənədi 17 saylı notariat ofisinə təqdim edə bilməmişdir. Yuxarıda qeyd etdiyi səbəblərdən halhazırda yaşadığı və istifadəsində olan ünvan 1 ünvanındakı əmlaka dair sənədləri adına rəsmiləşdirə bilmir. Atasının 1926-cı ildə doğumu haqqında məlumatlar heç bir arxivdə tapılmadığı üçün hüquqlarından istifadə edə bilmir. X1 və atasının anası (yəni nənəsi) X3 miras qalan əmlakı dair vərəsəlik hüququndan istifadə etmək, həmin əmlakı adına sənədləşdirmək üçün atası vərəsəliyini qəbul etmək və atası ilə nənəsinin qohumluq əlaqələrini müəyyənləşdirmək üçün X8 ilə atasının anası (yəni nənəsi) X5 qohumluq faktını sübut etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxslərin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş vətəndaşlıq vəziyyəti aktları qeydiyyatı bürosunun АЗ nömrəli, 406541 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə doğulmuşdur. X8, anası isə X9r. Bakı şəhəri Sbunçu Rayon Qeydiyyat Şöbəsinin AZ-İ seriyalı, 583687 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X20 xx.xx.1995-ci il tarixdə ölmüşdür. xx.xx.1996-cı il tarixdə ölüm haqqında akt qeydləri kitabında qeydə alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnaməsindən çıxarışdan görünür ki, xx.xx.1974-cü il tarixdə Rüqiyə Həciağa qızı ölmüşdür. Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, DA-01040-2022 nömrəli ərizəyə cavab məktubundan görünür ki, 1925-1928-ci illərə dair Bakı şəhəri Bilgəh qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında X13 təvəllüdlü haqqında heç bir məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, DA-02463-2022 nömrəli ərizəyə cavab məktubundan görünür ki, 1926-cı ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu Bilgəh və Maştağa qəsəbələri üzrə doğum haqqında qeydiyyat kitablarında X13 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətlədirilməsinə aid pasportun surətindən görünür ki, Azərbaycan Qadını küçəsi, ev 38 ünvanında yerləşən mənzilin mülkiyyətçisi X14, X4r. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X17 ifadə verərək bildirmişdir ki, ərizəçi onun bacısı oğludur. Bacısın adı X15r. Bacısının yoldaşının adı X16r, onun anasının adı isə X10r. Bacısın qaynanası Rüqiyə ilə Bilgəhdə yerləşən evdə birlikdə yaşamışlar. Bacısının qaynanası Rüqiyə xanım 1969-1970-ci illərdə təmin edilmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X2 ifadə verərək bildirmişdir ki, ərizəçi ilə qonşu olmuşlar. Atası ilə ərizəçinin atası əmioğlu olmuşlar. Əliağanın yoldaşının Ruqiyə olmuşdur. Əliağanın anasının adı da Ruqiyyə olmuşdur. O, onu ancaq uşağ olanda görmüşdür. Anasıda Azərbacan qadını küçəsində yaşayırdılar. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X18 ifadə verərək bildirmişdir ki, ərizəçi baldızının oğludur. Baldızının adı Ruqiyə, ərinin adı Əliağa, baldızının qaynanasının adının da Ruqiyə olmuşdur. Öldüyü vaxtı bilməsə də, çox yaşlı olarkən öldüyünü bildirmiş, ölənə qədər oğlunun ona baxdığını qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.2-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətləri işlərinə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun xx.xx.2019-cu il tarixli qərarının 2.ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Beləliklə mülki işin araşdırılması zamanı məlum olur ki, ərizəçinin atasından və onun anansından miras əmlakı qalmışdır. Lakin ərizəçinin atasının doğum haqqında şəhadətnaməsi olmadığından onun anasının X7 həqiqətənda ərizəçinin atasının anansı olması faktı təsdiq edilməsi üçün məhkəməyə mnüarcət edilməsi zərurərti yaranmışdır. Məhkəmə iclası zamanı şahidlərin vermiş olduğu izahatlardan da, X13 xx.xx.1974-cü ildə vəfat etmiş Rüqiyə Həciağa qızının övladı olması faktı təsdiq edildiyindən, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, qeyd edilən faktın təsdiq edilməsi ərizəçiyə sosial hüquqlarının heyata keçirilməsinə imkan verərən zəruri faktırdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1995-ci il tarixdə vəfat etmiş X13 xx.xx.1974-cü ildə vəfat etmiş Rüqiyə Həciağa qızının övladı olması faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3612/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3612/2023
11.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver