Məhkəmə qərarları › İş №2(008)-3614/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3614/2023

12.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3614/2023 12.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs 3 saylı Bakı Maraqlı şəxseydiyyat şöbəsi olmaqla, doğum akt qeydinin bərpa edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə və ona dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1985-ci il tarixdə Ermənistan SSR, Razdan rayonunda doğulması, atasının “X4”, milliyyətinin “azərbaycanlı”, anasının “X5”, milliyyətinin “azərbaycanlı” olaraq qeyd edilməklə doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi X6, ərizəni müdafiə edərək onunla əsaslandırmışdır ki, həyat yoldaşı Ərizəçi xx.xx.1985-ci ildə Ermənistan SSR, Razdan rayonunda anadan olmuşdur və onun doğumu Razdan rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Bunu təsdiq edən doğum haqqında şəhadətnaməsi olsa da, həmin sənəd Bakı şəhərində naməlum şəraitdə itmişdir. Həyat yoldaşının doğum haqqında şəhadətnaməsi uşaqlarının məktəbə yerləşdirilməsi üçün sənədləşdirmə işləri ilə əlaqədar tələb olunur. Şəxsiyyətini təsdiq edən digər sənədlərinin əsilləri, eləcə də, qardaşının doğum haqqında şəhadətnaməsi də vardır. Qardaşı da onun kimi Ermənistan SSR, Razdan rayonunda anadan olmuşdur. Ona məxsus sənədlərdə xx.xx.1985-ci ildə Ermənistan SSR, Razdan rayonunda anadan olmağı təsdiq edilir. Doğum haqqında şəhadətnamənin bərpa edilməsi üçün 3 saylı Bakı "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsinə müraciət etsə də, Qeydiyyat Şöbəsi doğum akt qeydini bərpa etməkdən imtina edərək məhkəməyə müraciət etməli olduqlarını tövsiyə etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, nümayəndə ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs 3 saylı Bakı Maraqlı şəxseydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmədə şahid qismində dindirilmiş X4, ifadəsində bildirmişdir ki, ərizəçi onun oğludur. Oğlu doğum haqqında şəhadətnaməsini Bakı şəhərində itirmişdir. Təsdiq edir ki, o, xx.xx.1985-ci il tarixdə Ermənistan SSR, Razdan rayonunda doğulmuşdur. Anası isə X2r. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ərizəçi Nizami onun oğludur. Oğlunu o, xx.xx.1985-ci il tarixdə Ermənistan SSR, Razdan rayonunda xəstəxanaların birində dünyaya gətirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3, ifadəsində bildirmişdir ki, ərizəçi onun kiçik qardaşıdır. Qardaşı doğum haqqında şəhadətnaməsini Bakı şəhərində itirmişdir. Təsdiq edir ki, o, xx.xx.1985-ci il tarixdə Ermənistan SSR-nin Razdan rayonunda doğulmuşdur, özü də xx.xx.1982-ci ildə Razdan rayonunda doğulub. Məhkəmədə şahid qismində dindirilmiş X11, ifadəsində bildirmişdir ki, o, ərizəçi ilə uşaqlıq dostudurlar. Özü də Ermənistan SSR, Razdan rayonunda onunla eyni məhəllədə yaşamışdır. Dostu Nizaminin anası Gülminə, atası Meydandır. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş üzrə toplanmış digər sübutları araşdıraraq və onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən məcmu halında qiymətləndirilmiş: - Ermənistan SSR Razdan şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.1981-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin tərcüməsindən görünür ki, X4 və X5 xx.xx.1981ci il tarixdə nikaha daxil olmuşlar. - Ermənistan SSR Razdan şəhər VVADQ şöbəsi tərəfindən xx.xx.1982-ci il tarixdə doğum haqqında şəhadətnamənin tərcüməsindən görünür ki, X3 xx.xx.1982-ci il tarixdə doğulmuşdur. - АЗ 045650 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.1961-ci ildə Qazax rayonu, Tatlı kəndində doğulmuşdur. - AB 026677 seriya nömrəli qaçqın vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Ermənistan SSR, Razdan rayonunda doğulmuşdur. - AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və “Elektron məhkəmə” informasiya sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Ərizəçi xx.xx.1985-ci ildə Razdan rayonunda doğulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsindən görünür ki, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğuunun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi xx.xx.1985-ci il tarixdə Ermənistan SSR, Razdan rayonunda doğulması barədə akt qeydi bərpa olunmalı və həmin akt qeydində ata qrafasında “X4”, atanın milliyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X5”, ananın milliyəti olaraq “azərbaycanlı” qeyd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1985-ci il tarixdə Ermənistan SSR, Razdan rayonunda doğulması barədə doğum akt qeydi bərpa olunsun. Həmin akt qeydinin ata qrafasında “X4”, atanın milliyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X5”, ananın milliyəti olaraq “azərbaycanlı” qeyd edilsin. Hazırkı qətnamə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar