Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3622/2024 10.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X18 qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “Asan Xidmət” X6rşı “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “Asan Xidmət” X6rşı “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxx 1961-ci ildə Ermənistan Respublikası Əzizbəyov rayonu, Karmraşen kəndində anadan olmağı və doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilərək doğum haqqında akt qeydinin bərpa edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında X9 (milliyəti azərbaycanlı), ana qrafasında X5 (milliyəti azərbaycanlı) göstərilməsi barədə qətnamə qəbul edilməsini və çıxarılacaq qətnamənin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsi tərəfindən ona yeni doğum haqqında şəhadətnamə verilməsi üçün əsas olmasını göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci ildə Ermənistan Respublikası, Əzizbəyov rayonu, Karmraşen kəndində anadan olmuşdur. Valideynləri onun doğumunu təsdiq edən şəhadətnaməni Ermənistan Respublikasında almışdılar. Valideynləri vəfat etmişdir. O, 1985-ci ildə X3 ilə nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra soyadı Şahverdiyeva olmuşdur. Hazırda ərizəçi adına olan mənzili bacısına bağışlamaq istəyir. Ərizəçi bağışlama etmək istəyərkən notariusda şifahi olaraq ona bildiriblər ki, tələb olunan sənədlərin siyahısında onun doğum haqqında şəhadətnaməsi də lazım olacaqdır. O da bu məsələ ilə əlaqədar lazım olduğu üçün özünə məxsus olan doğum haqqında şəhadətnamənin əslini axtarsa da tapa bilməmişdir. Hazırda mənzilin bacısının adına rəsmiləşdirilməsi və sənədləri toplamaq üçün ərizəçinin doğum haqqında şəhadətnamənin əsli də tələb olunur. Lakin bu sənəd onda deyil. Doğum akt qeydinin isə bərpası mümkün deyil. Buna görə də hesab edir ki, onun xx xxxx 1961-ci il Ermənistan Respublikası, Əzizbəyov rayonu, Karmraşen kəndində doğulmağı və bu doğumun qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs 4 saylı Bakı “Asan Xidmət” X14 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan 4 saylı Bakı “Asan Xidmət” X14 3-16-5/7-315/24 nömrəli, xx.xx.2024-cü il tarixli Ərizəçi ünvanlanmış məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 №-li Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 16-cı bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Qeyd edilənlərə əsasən və akt qeydinin həqiqətən olduğunu təsdiq edən kifayət qədər əsas olmadığından ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. Həmçinin bildirilmişdir ki, həmin Məcəllənin 162.2-ci maddəsinə və həmin Qərarın 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bununla bağlı olaraq doğum haqqında akt qeydin bərpası ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1961-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X3 və X7 04 fevral 1985-ci il tarixdə nikah bağlamışlar. Nikahın bağlanmasından sonra ərə Şahverdiyev, arvada Şahverdiyeva soyadı verilmişdir. Dövlət qeydiyyatına alındığı yer Karmraşen kənd soveti. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş hərbi bilet çıxarışından görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X4 Bakı şəhəri 26 Bakı Komissarı rayonu hərbi komissarlığı tərəfindən hərbi bilet verilmişdir. Ümumi məlumatları: doğulduğu yer: Ermənistan SSR, Əzizbəyov rayonu, Karmraşen kəndi; milliyəti: Azərbaycanlı; təhsili: Lenin adına APİ nəzdində tibb bacısı kursunu bitirmişdir; əsas mülki ixtisası: tibb bacısıdır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1929-cu il tarixində Ermənistan SSR, Əzizbəyov rayonu, Qarmraşen kəndində doğulmuşdur. Atası: X8, X1r. İş materiallarında olan Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ 726645 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 11 yanvar 2015-ci ildə ölmüşdür. Məhkəmə tərəfindən müəyyən edilir ki, ərizəçi X7 xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikası, Əzizbəyov rayonu, Karmraşen kəndində anadan olmuşdur. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbyacan Respublikası Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı qərarı ilə təstiq edilmiş «Vətəndaşların vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalar»la müəyyən olunur. «Əsas müddəalar»ın 13-14-cü bəndlərinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1961-ci ildə tarixdə Ermənistan Respublikası, Əzizbəyov rayonu, Karmraşen kəndində anadan olmuş X2 doğumunun qeyd edilməsi faktı müəyyən edilməklə doğum akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydləri kitabında X2 doğum tarixi xx.xx.1961-ci il, doğulduğu yer Ermənistan Respublikası, Əzizbəyov rayonu, Karmraşen kəndi, ata qrafasında X9 (milliyəti azərbaycanlı), ana qrafasında X5 (milliyəti azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə 4 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsi tərəfindən X2 adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-3622/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3622/2024
10.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver