Məhkəmə qərarları › İş №2(008)-3623/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3623/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3623/2021 06.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 manat pul tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01.09.2020-ci il tarixdə cavabeh Cavabdeh etibarnamə ilə ona 4 sot torpaq sahəsi satmış, əvəzində ondan 6000 manat pul almışdır. Bu barədə qəbz yazaraq ondan 6000 manat pulu 4 sot torpaq sahəsinin verilməsinə görə almışdır. Lakin həmin torpaq sahəsi Cavabdeh icarəyə verilmiş, onun torpaq sahəsini alqı-satqı etməyə heç bir səlahiyyəti olmamışdır. Bundan sonra ona aydın olmuşdur ki, Cavabdeh onu aldatmış, dələduzluq edərək icarə götürdüyü torpağa görə alqı-satqı adı ilə ondan 6000 manat pul almışdır. 06.07.2021-ci il tarixdə iddiaçı iddia həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh ona olan borcundan 1500 manat ödədiyi üçün 4500 (dörd min beş yüz) manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddianı müdafiə edərək iddianın tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 18.12.2008-ci il tarixli 1370 nömrəli sərəncamından görünür ki, Abşeron rayonu X10 Fondunda Saxlanılmış torpaqlardan Ramana-Südçülük savxozunun ərazisindən sahibkarlıq tikinti məqsədilə 1 hektar 99 il müddətinə icarə qaydasında X2 torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədlərinin təsdiq edilməsi qərara alınmışdır. 01.09.2020-ci il tarixli AR İİ 112419 nömrəli 01.09.2020-ci il tarixli etibarnamədən görünür ki, X4 faktiki istifadəsində olan Abşeron rayonu Ramana- Südçülük savxozunun ərazisindən yerləşən 1 hektar torpaq sahəsindən 400 kv.m torpaq sahəsindən təyinatı üzrə istifadə etməyi, ona ayrılmış torpaq sahəsində tikilmiş tikilləri gələcəkdə özəlləşdirilməsi və digər hərəkətlərin edilməsi barədə İddiaçı 90 il müddətinə etibarnamə vermişdir. -Cavabdeh əl yazısı ilə göstərmişdir ki, “Mən Cavabdeh 1 hektar torpaq sahəmdən İddiaçı 6000 (altı min) manat pul alıb 4 sot torpaq verdim”. Əl yazısı Cavabdeh, İddiaçı və X1 imzaları ilə 04.09.2020-ci il tarixdə təsdiq edilmişdir. İş matriallarına əlavə edilmiş X5 tərəfindən 04.05.2021-ci il tarixli əlyazıdan görünü ki, cavabdeh 500 manat məbləğində pul vəsaitini X3 ödəmiş, 2000 manat mənləğində pul vəsaiti isə 11.05.2021-ci il tarixədək ödəyəcəyinə söz vermişdir. İş matriallarına əlavə edilmiş X5 tərəfindən imzlanamış əlyazıdan görünü ki, cavabdeh 1000 manat məbləğində pul vəsaitini ödəmişdir. -İddiaçının iddia həcminin azaldılması barədə ərizəsinin surətindən görünür ki, cavabdeh borcdan 1500 manat pul ödəmişdir, 4500 manat borc qalmışdır. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə mülki iş üzrə məhkəmə araşdırması zamanı o cümlədən Cavabdeh əlyazmasında müəyyən olunur ki, Cavabdeh 4 sot torpaq sahəsini İddiaçı satmaq adı ilə iddiaçının xeyrinə varlanmış bununlada iddiaçıya 6000 manat məbləğində maddi ziyan vurmuş və sözügedən məbləğdən bu vaxtadək 1500 manatını ödəmiş, 4500 manat isə borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar