Məhkəmə qərarları › İş №2(008)-3638/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3638/2022

20.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3638/2022 20.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı X5 iştirakı ilə, İddiaçı X5 Cavabdeh qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X9 Cavabdeh qarşı “yaşayış evinə köçürülmə və yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun həmçinin azyaşlı uşaqları 09 iyul 2015- ci ildə anadan olmuş X3 və xx.xx.2016-cı ildə anadan olmuş X6 Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvana istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülməyinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X9 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N. Nərimanov küçəsi, ev 21/23, mən. 56 saylı mənzil icarə müqaviləsi əsasında Qafarov Vidadinin adına rəsmiləşdirilmiş və buna görə order verilmişdir. O, Cavabdeh ilə 05 sentyabr 2014- cü ildə nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra ünvan 2 ünvana gəlin köçmüşdür. Bütün cehiz əşyalarını həmin ünvana gəlmişdir. Mübahisəli evdə birgə nikahdan 09 iyul 2015- ci ildə X7 və xx.xx.2016-cı ildə X10 anadan anadan olmuşlar. Həmin ünvanda qeydiyyatda olmaqla, daimi yaşamışlar. Cavabdehlə iki vaxtlar mehriban olsa da, tədricən cavabdeh ailəyə qarşı dəyişmiş, dəfələrlə ona əl qaldırmış, onu döymüşdür. Sonuncü dəfə 04 fevral 2022- ci ildə evdə olarkən uşaqların gözü qarşısında onu döymüş, hətta onun üstünə bıçaqla hücum etmiş və onu uşaqlarla birlikdə evdən qovmuşdur. O, uşaqlarında birlikdə evdən qovulduqdan sonra məcbur olub valideynlərinin yaşadığı ünvana gəlmişdir. Hesab edir onun uşaqları ilə birlikdə mübahisəli ünvana istifadə hüququ yaranmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvana köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********29 nömrəli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.Nərimanov küçəsi ev 21/23, 56 saylı mənzilin dövlət qeydiyyatına alınması barədə məlumat aşkar edilməmişdir. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ İ seriyalı, 987001 nömrəli nikah haqında şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X11 arasında xx.xx.2014-cü il tarixdə, 985 nömrəsi ilə nikah bağlanmışdır. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ-T seriyalı, 115368 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X7 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Anası Cavabdeh Vdadi oğlu, anası İddiaçıdır. 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin AZ-T seriyalı, 118529 nömrəli doğum haqında şəhadətnaməsinin surətindən görünür ki, X10 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Anası Cavabdeh Vdadi oğlu, anası İddiaçıdır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4287/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikah pozulmuş, xx.xx.2015-ci il tarixdə doğulmuş X7 və xx.xx.2016-cı il taixdə doğulmuş X10 anaları İddiaçı yanında qalması qərara alınmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 44 saylı Mənzil- Kommunal İstismarı Sahəsinin 312 nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır, qızı-X7, oğlu-X1 Elvira Zəfər qızı xx.xx.2016cı ildən xx.xx.2022-ci il tarixədək uşaqları ilə birlikdə ünvan 4 ünvanda yaşamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2712/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməyə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən etibarən tərəflərin birgə nikahından olan xx.xx.2015-ci il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qərara alınmışdır. Beləliklə məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, iddiaçı ilə cavabdeh X2 xx.xx.2014-cü il tarixində rəsmi nikaha daxil olarq ailə həyatı qurmuşlar. Ailə həyatı qurduqdan sonra onlar özbaşına tikili hesab edilən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.Nərimanov küçəsi ev 21/23, 56 saylı mənzilə birlikdə yaşamışlar. Nikah dövründə tərəflərin iki xx.xx.2015-ci il tarixdə doğulmuş X7 və xx.xx.2016-cı il tarixdə doğulmuş X10 dünyaya gəlmişdir. Bundan sonra tərəflər arasında olan ailə münasibətləri bir müddətdən sonra pozulmuş, iddiaçı azyaşlı övladı ilə evdə məcburi qaydada çıxardırılaraq başqa yerdə yaşamağa məcbur olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qararında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, mübahisəli evə dair hər hansı hüquqmüəyyənedici sənədlərin olmamasına baxmayaraq, hazırki mübahisənin düzgün həlli baxımından mənzil istifadə hüququna dair normalar nəzərdən keçirilməli, tərəflər arasında münasibətlərin yaranma müddətləri, özbaşına tikilidə faktiki yaşayanlarla iddiaçının əlaqəsi, iddiaçının özbaşına tikilidən istifadə etdiyi müddətlər araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 30.4-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konistitusiyasının 43.1-ci maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma xarakterinə görə qadağanedici norma, tətbiq edilən subyektlərin dairəsin görə isə ümumi normadır. Normanın mənası ondan ibarətdir ki , hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və ya digər bu kimi yerlərə köçürülməyə dair iddialar həll edilərkən ilk növbədə 3 məsələ aydınlaşdırılmalıdır. 1. Şəxs köçmək isdədiyi yerdə yaşayıbmı, 2. Şəxs yaşadığı yerdən məhrum edilibmi. 3.məhrumetmə qanunidir. Hazırki mülki işdə 1-ci və 2-ci hallar mövcuddur, ona görədə hazırda 3-cü halın mövcud olub-olmaması aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilərdiki, məhrumetmə ilə nəticələrə yol verən şəxsin mənzilə və ya digər bu kimi yerlər üzərində mülkiyyət hüquq, istifadə hüququ, icarə hüquqi və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Beləliklə cavabdehin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edlmədiyindən onların iddiaçıya qarşı törətdikləri məhrumetmə qanunsuzdur. Beləliklə cavabdeh yuxarıda qeyd edilən qadağanedici normaları pozmuş, pozuntunun nəticələri hal-hazırdada davam etməkdədir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks halda pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı azyaşlı övladları ilə birlikdə məhrum edildiyi mənzilə köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı X9 09 iyul 2015-ci il təvəllüdlü övladı X7 və xx.xx.2016-cı ildə anadan olmuş X10 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nəriman Nərimanov küçəsi, ev 21/23, 56 saylı mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar