Məhkəmə qərarları › İş №2(008)-3640/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3640/2022

26.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3640/2022 26.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun Ərizəçi 07 may 1978-ci il tarixdə AZərbaycan Respublikası Xankəndi (Stepanakert) şəhərində doğulması, atası X9, anası X2ması akt qeydinin bərpası faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o, Ərizəçi 7 may 1978-ci il tarixdə Xankəndi (Stepanakert) şəhərində adandan olmuşdur. Ermənistan AZərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar doğma yurdundan çıxarılan zaman doğum haqqında şəhadətnaməsi Xankəndində qalmışdır. Doğum akt qeydinin bərpası ilə bağlı müraciəti əsasında Maraqlı şəxs cavab məktubunda da, göstərir ki, Dağlıq Qarabağ 1992-2020-ci illər ərzində Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğundan həmin ərAZidə tərtib edilmiş vətəndaşlıq vəziyyəti haqqında akt qeydləri isə müvafiq qeydiyyat şöbələrinin arxivində saxlanılır. Şəxsiyyəti Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən müəyyən edilmişdir. Ona görə də məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lAZımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə AZərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o Zaurun əmisidir. Zaur xx.xx.1978-ci il tarixdə Xankəndidə doğulmuşdur. Onun anası X4 atası isə X7r. Atası rəhmətə getmiş, anası isə məlum hadisələrlə bağlı ölkəni tərk etmişdir. Anası gedən zaman Zaurunda sənədlərini özü ilə aparmışdır. Lakin sənədin ksrei sürəti evdən tapılmışdır. Zaura özə baxmış, özü böyütmüşdür. Bir neçə dəfə məhkum olunmuşdur. Məhkum olunana zaman onun şəxsiyyəti müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o Zauru uşağlığdan tanıyır. Zaur xx.xx.1978-ci il tarixdə Xankəndində doğulmuşdur. Atası İsa kişi anası isə Jasmen idi. Zaurun səndləri olmadığından onun hAZırda şəxsiyyətini müəyyən etmək olmur Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 147 saylı MKİS-nin 1082 saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X4 1989-cu ildən 2 AZ yaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsindəki 9 a saylı evin 40 saylı mənzilində qeydiyyatda olublar. X1, X8 İş materiallarında olan JQ seriyalı 435933 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X4 xx.xx.1978-ci ildə nikaha daxil olmuşdur. Ərə İsmayılov arvada İsmayılova soyadı verilmişdir. - Bakı şəhəri Maraqlı şəxs 05/11-934 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi Vahid oğlunun xx.xx.1978-ci ildə AZərbayjan Respublikası Xankəndi şəhəri Hadrut qəsəbəsində anadan olması barədə doğum akt qeydinin bərpa olunması məsələsi həlli qeydiyyat orqanında mümkün deyildir. Doğum haqqında akt qeydinin bərpa edilməsi və valideyinlərin haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında akt qeydinin bərpa olunaraq doğum haqqında şəhadətnamə ilə təmin olunması bildirilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1074/2012 saylı xx.xx.2012-ci il tarixli hökmünə əsasən Ərizəçi Vahid oğlu AZərbayjan Respublikası CM-nin 126.2.1-ci maddəsinə əsasən 8 il 6 ay AZadlıqdan məhrum edilmişdir. -Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 07 may 1978-ci ildə AZərbayjan Respublikası Xankəndi şəhərində anadan olmuş, anansı X4 və atası X7r. Ərizəçi izahatından bildirmişdir ki, o, 07 may 1978-ji ildə AZərbayjan Respublikası Xankəndi şəhərində anadan olmuş, anansı X5 və atası X7r. Lakin o bunları sübut edəjək hər hansı bir sənədi əldə edə bilməmişdir. Bu səbəbdəndə ərizəçi məhkəməyə hAZırkı ərizə ilə müraciət etmişdir. AZərbaycan Respublikası Səhiyyə NAZirliyinin 86 nömrəli Tibbi Arayışından görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Ərizəçi Vahid oğlunda heç bir xəstılik aşkar edilmədi. AZərbaycan Respublikası Ədliyyə NAZirliyi Pentensiar Xidmətinin 1284 saylı forma B arayışından görünür ki, Ərizəçi Vahid oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1074/2012 saylı xx.xx.2012-ci il tarixli hökümü ilə 08 il 06 ay müddətinə AZadlıqdan məhrum etmə cAZasına məhkum olunmuş və cəzanın sonu ilə AZad edilmişdir. Belə ki, AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lAZımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Məhkəmələrə izah olunur ki, AZərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. AZərbaycan Respublikası Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən itmiş yAZının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası AZərbaycan Respublikası NAZirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı qərarı ilə təstiq edilmiş «Vətəndaşların vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalar»la müəyyən olunur. «Əsas müddəalar»ın 13-14-cü bəndlərinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərAZidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yAZının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Beləliklə məhkəmə araşdırılması zamanı məlum olur ki, ərizəçi məhkəməyə müraciət edərək onun doğum haqqında şəhadətnaməsi əvvəllər olsada onun itirmiş olduğundan və yenidən almaq üçün qeydiyyta orqanına müraciət etmiş olsada imtina cavabı aldığından bu səbəbdən aktının qeyd edilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Lakin ərizəçi doğum akt qeydinin əvvəllər mövcud olmasını təsdiq edən möhtəbər sübutları məhkəməyə təqdim edə bilmədiyindən tələb təmin edilə bilməz. AZərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. AZərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirAZlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AZərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpası faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar