Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3648/2023 22.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özü və azyaşlı qzı xx.xx.2011-ci il təvəllüdlü X7 ünvan 1 ünvana köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında olan nikah Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)-927/2020 nömrəli qətnaməsi ilə pozulmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(008)-927/2020 nömrəli qətnaməsinə əsasən birgə nikahdan anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X7 onun himayəsinə verilmiş və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat aliment Cavabdeh tutulması qət edilmişdir. İddiaçı nikaha daxil olduqdan sonra ünvan 1 ünvanına gəlin köçüb. Hazırda onun cehiz əşyaları həmin evdədir. Mənzilə gəlin köçdüyü müddətdən pasport qeydiyyatına alınıb və uşaqları ilə birlikdə həmin mənzildə yaşayıb. Həmin mənzildə birgə təsərrüfat aparıblar. X1 məhkəmə qətnaməsinə əsasən onun himayəsində saxlansada könüllü razılığı ilə hazırda atasının yanında ünvan 1 ünvana yaşayır. Hazırda onun və azyaşlı övladının yaşayış yeri yoxdur, bu səbəbdən də onların ünvan 1 ünvanına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. xx.xx.2023-cü il tarixdə X2 nümayəndəsi vəkil Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, 2005-ci ildən nikaha girərək həmin mənzilə gəlin köçdüyünü və 14 il həmin ünvanada yaşadığını, mənzilin qaynatası X3 məxsus olduğunu və iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Üçüncü şəxs X2 nümayəndəsi vəkil Nümayəndə məhkəməyə yazılı qaydada çıxışını göndərərək, iddianın rədd olunmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. ünvan 2 ünvanı X2 mülkiyyətinə verilmiş və ona xx.xx.2007-ci il tarixli seriya MH ******* olan, qeydiyyat nömrəsi ********* Çıxarış verilmişdir. Üçncü şəxs X2 nümayəndəsi vəkil Nümayəndə xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanının X9 Rayon Xalq Məhkəməsinin 2-214 nömrəli, 1993-cü il tarixli qətnaməsi ilə mübahisəli mənzilin kirayəçisi kimi tanınıb, mənzil onun adına özəlləşdirilib, sonradan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınıb yəni artıq İddiaçı həmin mənzilə köçən zaman mənzil X2 mülkiyyətində olmuşdur. Beləliklə bu halların araşdırılması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastırı və X10 sorğu verilərək, mübahisəli mənzilin hansı illərdə özəlləşdirilməsi ilə bağlı arayış əldə edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi xx.xx.2023-cü il tarixli, 3-21-3-02/2-10631/2023 nömrəli sorğuya cavab məktubunda bildirilir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən xx.xx.2007-ci il tarixlli 335 nömrəli Forma 2 arayışına, Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 567 nömrəli sərəncamından çıxarışa, Sabunçu Rayon Xalq Məhkəməsinin 2-214 nömrəli qətnaməsinə və Cavabdeh razılıq ərizəsinə əsasən sorğuda sözügedən mənzil X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Sabunçu Rayon Xalq Məhkəməsinin 2-214 nömrəli, xx.xx.1993-cü il tarixli qətnaməsi təmin olunmuş, X5 Bakı şəhəri, Bakıxanov qəsəbəsi, R.Lüksemburq küçəsi 2 №-li evin 40 № mənzilin kirayəçisi kimi tanınmışdır, Sabunçu rayonu mənzil kommunal Təsərrüfatı Birliyinə yuxarıda qeyd olunan yaşayış sahəsinə kirayə müqaviləsinə müvafiq dəşikliklər aparılması göstərilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı izahatında 2005-ci ildə nikaha daxil olduğunu, nikaha daxil olduqdan sonra ünvan 2 ünvanına köçdüyünü, nikahları pozulana kimi yəni 2019-cüu ilə kimi həmin ünvanda yaşadığını dedi. 2019-cu ildən hazırki vaxta kimi mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etməməsi sualına cavab olaraq 2019-cu ildə müraciət etdiyini pandemiya olduğundan və həmin dövürdə qaynanası öldüyündən ərizə baxılmamış saxlanılmış, daha sonra müraciət edən zaman isə cavabdeh tərəfindən ona hədə-qorxu gəlindiyi, bu barədə polisə müraciət etdiyini dedi. xx.xx.2023-cü il tarixli iclasda iştirak edən üçüncü şəxs Əliyev X4 edənin suallarına cavabında sözügedən mənzilin 2005-ci ildə sənədinin order olamsını və mənzili 2007-ci ildə özəlləşdirdiyini dedi. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında üçüncü şəxs X2 nümayəndəsi vəkil Nümayəndə sədrlik edənin suallarına cavabında İddiaçı ünvan 2 ünvanına istifadə hüququ yaranır. Lakin əvvəlki Mənzil Məcəlləsinin tələblərinə əsasən istifadə hüququ yaransa belə 6 aydan artıq olaraq həmin mənzildə yaşamadığı halda istifadə hüququ tanına bildəz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından da göründüyü kimi iddiaçı qeyd olunan mənzilə 2005-ci il tarixdə gəlin köçmüş və həmin vaxt mənzilin sənədi order olmuşdur. Belə olan halda hazırki mübahisə ilə bağlı hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmin məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddənin məzmunundan da göründüyü kimi 2005-ci il tarixdə mübahisəli mənzilin sənədi order olmuş və İddiaçı gəlin köçdüyü vaxtdan icarədarın ailə üzvü hesab olunmaqla həmin mənzildən digər şəxslərlə bərabər istifadə etmək hüququ əldə etmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-21-3-02/2-10631/2023 nömrəli sorğuya cavab məktubunda Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən xx.xx.2007-ci il tarixlli 335 nömrəli Forma 2 arayışına, Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 567 nömrəli sərəncamından çıxarışa, Sabunçu Rayon Xalq Məhkəməsinin 2-214 nömrəli qətnaməsinə və Cavabdeh razılıq ərizəsinə əsasən sorğuda sözügedən mənzil X2 adına 2007-ci ildə qeydiyyatdan keçmişdir. Eyni zamanda məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi vəkil Nümayəndə izahatında iddiaçının hüququnun yarandığını qəbul etsə də, həmin mənzildə 6 aydan artıq yaşamdığından bu hüquq itirilmiş hesab edilməsini xahiş etmişdir. Üçüncü şəxs X2 nümayəndəsi vəkil Nümayəndə xx.xx.2023-cü il tarixdə öz çıxışını elektron qaydada məhkəməyə ünvanlamışdır. Çıxışda ilk olaraq, İddiaçı mübahisəli mənzilə 2005-ci ildə köçməsini desə də bu barədə heç bir sübut təqdim etmədiyi qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, bu barədə həm iddiaçı həm də üçüncü şəxs yəni mübahisəli mənzilin mükiyyətçisi X5 öz izahatında oğlunun 2005-ci ildə ailə qurduğunu onlarla birlikdə yaşadığını etiraf etmişdir. İkinci bir əsas kimi mövcud mübahisə ilə bağlı 01 sentyabr 2000-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəalarının tətbiq edilməli olduğu qeyd edilmişdir. Məhkəmə bu barədə bildirir ki, mövcud mübahisə mənzilə köçürüklmə tələbi ilə bağlı olduğundan, hüquq münasibətləri yarandığı zaman mənzilin statusu mülkiyyət yox, kirayə müqaviləsi olduğundan 2009-cü il tarixə kimi qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Üçüncü əsas kimi İddiaçı 2019-cu il tarixdə ünvan 4 ünvanında yaşamasını 2009cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələblərinə əsasən 4 ildən artıq davamlı yaşamaq üçün başqa mənzilə getdiyindən qeyd olunan ünvanda hququnu itirdiyini bildirir. Bununla bağlı məhkəmə iclasında iddiaçı xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında vermiş olduğu izahatıda aydınlıq gətirilmişdir. Belə ki, iddiaçı 2019-cu ildən cavabdehlə nikahları pozulmuş, daha sonra o mənzilə buraxılmadığını bu barədə məhkəməyə müraciət etdiyini, daha sonra pandemiya düşdüyündən və qananası öldüyündən iddiası baxılmamış saxlanmış, həmçinin övadlanrından X11 onun razılığı əsasında həmin mənzildə yaşayır. Eləcə də gəlin gələn zaman gətirmiş olduğu cehiz əşyaları hal-hazırda da ünvan 2 ünvanındadır. Məhkəməyə müraciət etməsi ilə bağlı cavabdeh tərəfindən hədə qorxu gəlindiyini və bu barədə polisə müraciət etdiyini demişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı azyaşlı övladı ilə birlikdə ünvan 2 ünvanına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı və xx.xx.2011-ci il təvəllüdlü X7 ünvan 1 ünvanında olan mənzilə köçürülsün. İş üzrə ödənilmiş 50 (əlli) manat mediasiya xərci və 50 (əlli) manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-3648/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3648/2023
22.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver