Məhkəmə qərarları › İş №2(008)-3654/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3654/2022

26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3654/2022 26.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclası katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı «Azəriqaz» İB-nin Cavabdeh qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən X2 olmalqa “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən X1 olmalqa “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 18.522,70 manat məbləğində dəymiş ziyan və 30 manat dövlət rüsumu olmaqla, cəmi 18.552,70 manat pulun məcburi qaydada tutularaq “Azəriqaz” İstehsalat Birliyinin Azərbaycan X4 şöbəsi üzrə (kod 805153, VÖEN: **********, M/H: AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “Azəriqaz” İstehsalat Birliyi iddia tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz” İB xx.xx.2017-ci il tarixli T/16192 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “Azəriqaz” İB tərəfindən **********10000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 1002AQ**********8 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndinin və Qazdan istifadə qaydalarının 6.5-ci bəndlərinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. xx.xx.2017-ci il tarixli, ******* nömrəli və xx.xx.2018-ci il taruixli ******* nömrəli aktlarda göstərilən faktları Cavabdeh onun ailə üzvü Elşən Əliyec öz imzaları ilə təsdiq etmiş, lakin digər aktların tərtibində iştirak etməkdən imtina etmişlər. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2016-cı il tarixli, 080931 saylı akta əsasən 194,40 manat, xx.xx.2016 tarixli ******* saylı akta əsasən 172,80 manat, xx.xx.2016 tarixli ******* saylı və xx.xx.2016 tarixli ******* saylı aktlara əsasən cəmi 277,30 manat, 09.12.201 tarixli ******* saylı akta əsasən 46,20 manat, xx.xx.2017 tarixli ******* saylı akta əsasən 317,60 manat, xx.xx.2017 tarixli 011795 saylı akta əsasən 90,80 manat, xx.xx.2017 tarixli ******* saylı akta əsasən 382,40 manat, xx.xx.2017 tarixli ******* saylı akta əsasən 140,20 manat, xx.xx.2017 tarixli ******* saylı akta əsasən 68,20 manat, xx.xx.2017 tarixli ******* saylı akta əsasən 144,80 manat, xx.xx.2017 tarixli ******* saylı akta əsasən 15,20 manat, xx.xx.2017 tarixli ******* saylı və xx.xx.2017 tarixli ******* saylı aktlara əsasən cəmi 2000 manat, xx.xx.2018 tarixli ******* saylı akta əsasən 3260,20 manat, xx.xx.2018 tarixli ******* saylı akta əsasən 912 manat, xx.xx.2018 tarixli ******* saylı xx.xx.2018 tarixli ******* aktlarla cəmi 825,25 manat, xx.xx.2018 tarixli ******* saylı və xx.xx.2018 tarixli ******* sayla aktlarla cəmi 1342,20 manat, xx.xx.2018 tarixli ******* saylı akta əsasən 36 manat, xx.xx.2018 tarixli ******* saylı akta əsasən 115,20 manat, xx.xx.2018 tarixli ******* saylı akta əsasən 93,60 manat, xx.xx.2018 tarixli ******* saylı akta əsasən 115,20 manat, xx.xx.2018 tarixli ******* saylı akta əsasən 104,40 manat, xx.xx.2018 tarixli ******* saylı akta əsasən 57,60 manat, xx.xx.2018 tarixli ******* saylı akta əsasən 57,60 manat, xx.xx.2018 tarixli ******* saylı akta əsasən 108 manat, xx.xx.2019 tarixli ******* saylı akta əsasən 480 manat, xx.xx.2019 tarixli ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019 tarixli ******* saylı akta əsasən 804 manat, xx.xx.2019 tarixli ******* saylı akta əsasən 90 manat, xx.xx.2019 tarixli ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019 tarixli ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019 tarixli ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2098 tarixli ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019 tarixli ******* saylı akta əsasən 133,20 manat, xx.xx.2019 tarixli ******* saylı akta əsasən 2102,40 manat, xx.xx.2020 tarixli ******* saylı akta əsasən 540 manat, xx.xx.2020 tarixli ******* saylı akta əsasən 1670,40 manat, xx.xx.2020 tarixli ******* saylı akta əsasən 833 manat, xx.xx.2020 tarixli ******* saylı akta əsasən 540 manat olmaqla, cəmi 18341,90 manat dəymiş zərər hesablamışdır. Aktlardan əlavə, cavabdehin 2020-ci ilin mart, aprel, may və iyun ayları üçün istifadə edilmiş qaz sərfiyyatına görə ödənilməmiş 15,80, 64,10, 27,70 və 6,30 manat məbləğində debutor borcu da yaranmışdır.Bunlardan əalvə cavabdehin 2012-ci ilin may ayından etibarən 2020-ci ilin may ayına kimi iddiaçıya ödənilməmiş 67.60 manat məbləğində qalıq borcu mövcuddur. Abonent tərəfindən son 4 il yarımdır ki, hər hansı ödəniş edilməmişdir. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin olunması barəsində qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə ərizə ünvanlayarq bildirmişdir ki, İddiaçı “Azəriqaz” İB tərəfindən barəsində bir çox aktlar tərtib edilmişdir. Barəsində tərtib olunan həmin aktlardan aşağıdakı qeyd olunanları qanuni hesab edir. 1) xx.xx.2016-cı il tarixli 080931 saylı akt əsasında hesablanmış 194,40 manat məbləğini. 2) xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında hesablanmış 172,80 manat məbləğini. 3) xx.xx.2016-cı il tarixli ******* saylı və xx.xx.2016-cı il tarixli ******* saylı aktlar əsasında ümumi hesablanmış 277,30 manat məbləğini. 4) xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında hesablanmış 46,20 manat məbləğini. 5) xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında hesablanmış məbləğin 0,10 azndən hesablanacaq 158,80 manat hissəsini. 6) xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında hesablanmış məbləğin 0.10 azndən hesablanacaq 45,40 manat məbləğini. 7) xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında hesablanmış məbləğin 0.10 azndən hesablanacaq 847,20 manat hissəsini. 8) xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında hesablanmış məbləğin 0,10 azndən hesablanacaq 456 manat hissəsini. 9) xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 108 manat məbləğini. 10) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında hesablanmış 142,20 manat məbləğini. 11) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında hesablanmış 133,20 manat məbləğini. Aktlar əsasında cəmi hesablanmış 2581,50 manat hissəsini qəbul edir. Qaz sayğacı onun adına olsa da, o, özü o evdə heç yaşamır. Lakin, səmimi olaraq nəzərə çatdırmaq istəyir ki, qayınatası, yoldaşı Elşən Əliyev və qaynı təbii qazdan həmin evdə ilin qış fəsli dövrlərində ara-sıra qanunsuz istifadə edib, yuxarıdakı tarixlərdə əlavə xətt çəkmişdilər. Barəsində tərtib olunmuş digər aktları isə təkrarçılıq əsasında əsassız tərtib edildiyini hesab edir. 2020-ci ilin mart-aprel-may-iyun ayları üçün istifadə edilmiş qaz sərfiyyatına görə ödənilməmiş 15.80; 64.10; 27.70 və 6.30 manat məbləğlərində, cəmi 113,90 manat debitor borcu da qəbul edir. 2012-ci ilin may ayından 2020-ci ilin may ayına kimi iddiaçı “Azəriqaz İB”-yə tərəfimdən ödənilməmiş qalan 67.60 manat məbləğində qalıq borcu da qəbul edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Azəriqaz» İstehsalat Birliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli T/16192 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan Abonent saldosundan görünür ki, Cavabdeh təbii qazdan istifadə nəticəsində 2020-ci ilin sonu üçün 18522,70 manat borcu mövcuddur. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2016 tarixində tərtib edilmiş 080931 saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində istehlakçı Ələkbər Əliyevə məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfinin 1,2 m3/saat, qış ayları üçün orta günlük iş rejimi 6 saat, hesabat müddəti 90 gün, radiator sobasının maksimal qaz sərfi 0,8 m3/saat, orta günlükiş rejimi 18 saat, hesabat müdəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2016 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində istehlakçı Ələkbər Əliyevə məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfinin 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 90 gün; QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3 /saat, orta günlük iş rejimi 8 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2016 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində istehlakçı Ələkbər Əliyevə məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, qış ayları üçün orta günlük iş rejimi 8 saat və hesabat müddəti 35 gün, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 7 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, qız ayları üçün orta günlük iş rejimi 18 saat və hesabat müddəti 35 gün, yay ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 7 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2016 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində istehlakçı Ələkbər Əliyevə məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 55 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, qız ayları üçün orta günlük iş rejimi 18 saat və hesabat müddəti 25 gün, radiator sobanın maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 25 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2016 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində istehlakçı Ələkbər Əliyevə məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 10 gün, radiator sobanın maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 10 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində istehlakçı Ələkbər Əliyevə məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 49 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 49 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində istehlakçı Ələkbər Əliyevə məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 14 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 14 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 59 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 14 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 11 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 20 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 20 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 71 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 67 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 67 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 7 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 7 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 28 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 43 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 43 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən L şəkilli su qızdırıcının maksimal saatlıq qaz sərfi 6 m3/saat, yay aylarl üçün orta günlük iş rejimi 12 saat və hesabat müddəti 31 gün, qızş ayları üçün orta günlük iş rejimi 20 saat və hesabat müddəti 52 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin həyətində istixanadan sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən L şəkilli su qızdırıcının maksimal saatlıq qaz sərfi 6 m3/saat, yay aylarl üçün orta günlük iş rejimi 12 saat və hesabat müddəti 17 gün, qış ayları üçün orta günlük iş rejimi 20 saat və hesabat müddəti 73 gün, QSSQ-nin aksimal saatlıq qaz sərfi 1m3/saat yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 17 gün, qış ayları üçün orta günlük iş rejimi 10 saat və hesabat müddəti 73 gün, 3 ədəd dəmir sobanın maksimal qaz sərfi 4.2 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 73 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin həyətində istixanadan (əkin növü: reyhan) sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən L şəkilli su qızdırıcının maksimal saatlıq qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 20 saat və hesabat müddəti 38 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 31 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 31 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən L şəkilli su qızdırıcının maksimal saatlıq qaz sərfi 6 m3/saat, yay aylarl üçün orta günlük iş rejimi 12 saat və hesabat müddəti 31 gün, qızş ayları üçün orta günlük iş rejimi 20 saat və hesabat müddəti 26 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 24 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 24 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin həyətində istixanada və evdə (əkin növü: reyhan) sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən L şəkilli su qızdırıcının maksimal saatlıq qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 20 saat və hesabat müddəti 40 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 16 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 16 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 10 saat və hesabat müddəti 30 gün, kərpic plitənin maksimal saatlıq qaz sərfi 1.0 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən L şəkilli su qızdırıcının maksimal saatlıq qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 20 saat və hesabat müddəti 9 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 10 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən L şəkilli su qızdırıcının maksimal saatlıq qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 20 saat və hesabat müddəti 67 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 0.6 m3/saat, orta günlük iş rejimi 6 saat (4 yay) və hesabat müddəti 60 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 8 saat (4 yay) və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin (həyətdə istixanada) sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, L şəkilli katyolun maksimal saatlıq qaz sərfi 6m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 73 gün, şamın (3 metr) maksimal saatlıq qaz sərfi 2 m3/saat, orta günlük iş rejimi 24 saatvə hesabat müddəti 73 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, şamın (3 metr) maksimal saatlıq qaz sərfi 2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin (həyətdə istixanada) sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, L şəkilli katyolun maksimal saatlıq qaz sərfi 6m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 58 gün, şamın maksimal saatlıq qaz sərfi 2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 58 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin (həyətdə istixanada) sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, L şəkilli mərkəzi isitmə sistemin maksimal saatlıq qaz sərfi 6m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 39 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 39 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 39 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020 tarixində tərtib edilmiş ******* saylı aktdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin (həyətdə istixanada) sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, L şəkilli mərkəzi isitmə sistemin maksimal saatlıq qaz sərfi 6m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, iddianın qanuni əsasını Mülki Məcəllənin 1096-cı maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, “Azəriqaz” İstehsalat Birliyi ilə Cavabdeh oğlu arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında iddiaçı cavabdehə məxsus yaşayış evi təbii qazla təmin etmişdir. Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Məhkəmə iddia tələbində qeyd olunmuş aktlara əsasən dəymiş zərərin tutulması hissəsinə qiymət verərkən qeyd edir ki, cavabdeh tərəfindən etiraf edilmiş aktlar istisna olmaqla, tərtib edilmiş digər aktlarda cavabdehin imzasının olmadığını, ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Həmçinin işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkündür. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə, iş üzrə mövcud sübutları tədqiq edib iddia tələbinin tam təmin edilməsi üçün onları yetərli və mötəbər sübut kimi qəbul etməyərək hesab edir ki, iddia qismən yalnız cavabdh tərəfindən etiraf edilmiş, xx.xx.2016-cı il tarixli 080931 saylı, xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2016-cı il tarixli ******* saylı və xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2016-cı il tarixli ******* saylı , xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı , xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı aktlar əsasında hesablanmalıdır. Lakin, məhkəmə tərtib olunmuş xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı aktlar üzrə hesablanmış məbləğlərlə razılaşmır və həmin məbləğlərin şişirdilmiş olduğu qənaətinə gəlir. Belə ki, tərəflər arasında bağlanan müqavilənin 3.1-ci və 3.2-ci bəndlərində qeyd olunur ki, bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0.10 manat məbləğində müəyyən edilir, qazın qiyməti qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimləndiyindən, bu müqavilə bağlandıqdan sonra qiymət dəyşikliyi tərəflər arasında mübahisələndirilə bilməz və hər iki tərəf üçün məcburidir. Buna görə də, istifadə olunmuş qazın hər kubmetri 0.20 qəpikdən deyil, sözügedən aktlar üzrə müvafiq 0.10 qəpikdən hesablanaraq cəmi məbləğ olaraq 2581.50 manat məbləğində dəymiş zərər müəyyən olunmalı idi. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2016-cı il tarixli 080931 saylı, xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2016-cı il tarixli ******* saylı , xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı , xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* əsasında dəymiş ziyan 2581.50 manat hesablanmalıdır. Bundan başqa cavabdehə məxsus saldodan görünür ki, cavabdehin təbii qazdan istifadəsi nəticəsində, yəni qaz sərfiyyatına görə 2012-2020-ci illər üzrə 67.60 manat məbləğində borcu yaranmış və iddia tələbi bu hissədə də əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, dövlət rüsumun 20 manat hissəsi Cavabdeh alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutları araşdıraraq və sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2763 (iki min yeddi yüz altmış üç) manat dəymiş ziyan, 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçı “Azəriqaz” İB-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2763 (iki min yeddi yüz altmış üç) manat dəymiş ziyan, 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçı “Azəriqaz” İB-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar