Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3665/2025 27.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum babası xx.xx.1992-cı il təvəllüdlü X1 xx.xx.1993-cü il tarixində Bakı şəhəri Sabunçu rayonunda ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o, X2 hal-hazırda ünvan 1 ünvanındakı evdə qeydiyyatdadır və yaşayır. Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsinə əsasən Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. xx.xx.1992-cı il təvəllüdlü mərhum babası X3 yaşlılıq xəstəliklərindən əziyyət çəkirdi və müalicə olunurdu. Mərhum babası X3 onunla birlikdə ünvan 1 ünvanında yaşayırdı. xx.xx.1992-cı il təvəllüdlü mərhum babası X3 xx.xx.1993-cü il tarixində yaşadığı ünvanındakı evdə vəziyyəti ağırlaşmışdı. O, dərhal X13 çağırmışdır. X13 gələnə kimi babası vəfat etmişdi. xx.xx.1992-ci il təvəllüdlü mərhum babası X3 Bakı şəhəri, Bilgəh qəsəbə Qəbirstanlığında dəfn olunmuşdur. Bu yaxınlarda Bakı şəhəri Baş Səhiyyə Mərkəzi X14 Bilgəh Sağlamlıq Mərkəzinə müraciət edərək babasının ölümü barədə həkim tibbi şəhadətnamə istəmişdir. Lakin mərhum babası ərazi üzrə poliklinikaya xəstəliyi ilə bağlı müraciət etmədiyi və ölüm şəhadətnaməsi üçün vaxtında müraciət edilmədiyi üçün babasının ölümü barədə həkim tibbi şəhadətnamə vermədilər. Bundan sonra Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsində ölüm haqqında şəhadətnamə verilməsi üçün müraciət etmişdir, lakin ölüm kağızı vermədilər və imtina etdilər və ona məhkəməyə müraciət etməli olduğunu bildirdilər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq öz nümayəndəsinin iştirakını təmin etməmiş, etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, ərizəçi isə ərizə ilə müraciət edərək işə onun işçtirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Xİ-ЖГ seriyalı 491459 nömrəli doğum haqqında şəhadətnaməni surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, atası X4, anası X10r. Doğum haqqında şəhadətnamədən görünür ki, X4 6 noyabr 1957-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası X3, anası X5 olmuşdur. (İ-ИУ seriyalı, 300820 nömrəli) AZ İ seriyalı, 545808 nömrəli Ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X4 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 241 nömrəli ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-345/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003- cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz. “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi şəxs Bilgəh Sağlamlıq Mərkəzinin xx.xx.2025-ci il tarixli 8 nömrəli məktubundan görünür ki, X3 1922-ci il təvəllüdlü, xx.xx.1993-cü ildə vəfat etməsinə baxmayaraq, poliklinikaya ölüm şəhadətnaməsi üçün müraciət etmədiklərinə görə, ölüm şəhadətnaməsi (Forma 106) verilməsindən imtina edilmişdir. İş matriallarına əlavə edilmiş qəbir abidəsinə dair fotoşəkildən görünür ki, 1922-ci il təvəllüdlü X3 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. xx.xx.1950-ci il tarixli Evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, 1922-ci il təvəllüdlü X3 1927-ci il təvəllüdlü X6 xx.xx.1950-ci il tarixdə evlənmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 ərizəçinin babası olmuşdur. O, xx.xx.1993-cü ildə Bakı şəhərində vəfat etmişdir.Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi aidiyyatı orqanlara müraciət etmiş, lakin imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1922-ci il təvəllüdlü X1 xx.xx.1993-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3665/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3665/2025
27.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver