Məhkəmə qərarları › İş №2(008)-3667/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3667/2023

08.08.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3667/2023 08.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı “mənzilə köçürmə, əmlakda payının müəyyən edilərək istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 və X1 qarşı mənzilə köçürmə, əmlakda payının müəyyən edilərək istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi istifadədə olan yaşayış otaqlarına köçürülməyi, əmlakda payının müəyyən edilərək istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Abşeron rayonu, Ramana Südçülük sovxozunda (Fin evləri) adlanan ərazidə iddiaçının mərhum atası X2 verilmiş və 1978-ci ildən hal-hazırkı vaxtadək o və cavabdehlər olan qardaşları Cavabdeh X7 ilə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla, daimi olaraq orada yaşayır. Qeyd olunan fərdi yaşayış evi ilə yanaşı evin yerləşdiyi 0.12 ha torpaq sahəsi də ayrıldığından, həmin torpaq sahəsini cavabdehlər olan qardaşları Cavabdeh və X7 öz aralarında 0.08 ha hissəsini X7, digər 0.04 ha hissəsini isə Cavabdeh şəxsi istifadəsində saxlamışlar. Həmin torpaq sahəsində köhnə tikili olan mətbəx üçün istifadə olunan otaqda o, yaşayır. Evin yerləşdiyi hissədə isə qardaşları yaşayır. Onun yaşadığı mətbəx üçün istifadə olunan otaq tamamilə suya batmış vəziyyətdə nəmişlik olduğundan, yaşamaq üçün yarasız vəziyyətdədir. Dəfələrlə qardaşlarına müraciət edərək, atalarından qalmış 0.12 ha torpaq sahəsindən ona yaşamaq üçün 1 otaq tikiləcək qədər torpaq sahəsi verilməsini xahiş etsə də, ona məhkəməyə müraciət etməyi, məhkəmə qaydasında ona çatası pay həddində torpaq sahəsini istifadəsinə verə biləcəklərini bildirmişlər. Həmin evə dair atasının adına verilmiş order və torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər də cavabdehlərdədir. O, X8 rayon filialından dəfələrlə müraciət edərək evin və torpaq sahəsinin sənədlərini əldə etməyə cəhd göstərsə də, müraciəti təmin edilməmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. O hazırda həmin evinin həyətində yerlışən evdə yaşadığını özünə həmin həyətdə bir otaqlı ev tikmək isdədiyini, lakin qardaşlarının ona icazə vermədiyini, bunun üçün isə o atasından qalan evdən və torpaqdan pay hüququnun ayrılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh və X7 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə lazımı məlumatlar verməmişlər. Məhkəmə mülki işə cavabdehlər Cavabdeh və X3 iştirakları olmadan baxılmasını mümükün hesab etmişdir. Cavabdeh 17 may 2023-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mübahisəli ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi mərhum ataları X2 həmin dövrün qanunvericiliyinə uyğun olaraq mənzil şəraitini yaxşılaşdırmaq üçün ayrılmışdır. Lakin həmin torpaq və tikili üzərində heç bir mülkiyyət hüququ yoxdur və bu tikililər üzərində hazırda hüququların qeydiyyatı da mümkün deyil. Eyni zamanda bildirmişdir ki, adıçəkilən torpaq sahəsində tikinti işləri mərhum atalarının vəfatından sonra öz hesabları ilə aparılmışdır. Bunları nəzərə alaraq hesab edirik ki, tikili və torpaq sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olmadığından vərəsəliklə bağlı müddəalar (o cümlədən istifadə hüququnun müəyyən edilməsi qaydasının müəyyən edilməsi baxımından) bu əmlaklara şamil edilməməlidir. Digər tərəfdən aparılan tikinti və yaxşılaşdırma tədbirləri sonradan həyata keçirildiyindən vərəsəliyin predmetini təşkil edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən vəfat edənin ölüm anına mövcud olan əmlaklar vərəsəlik predmetini təşkil edə bilər. Bu səbəbdən İddiaçı yaşayış sahəsindən istifadə qaydasının müiyyən edilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu küçəsi 1saylı evin 12 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan AZ-İ seriyalı 971604 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ seriyalı 430192 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədova Asya bayramovna xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasinin Milli Arxiv İdarəsinin Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin 03 avqust 2022-ci il tarixli H-346 saylı məktubundan görünür ki, Abşeron rayonu Ramana Südçülük sovxozunun 1971 -1972-ci ilədək deyil, 1995-2000-ci ilədək olan dövrünün sənədləri saxlanılması üçün Abşeron rayon Dövlət Arxivinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 2(008)-3667/2023 nömrəli, 23 may 2023-cü il tarixli sorğusuna əsasən məhkəməyə göndərdiyi 12 iyul 2023-cü il tarixli 3-21-3- 30/2-24457/2023, **********57 nömrəli cavab məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, 1 saylı evin 12 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmış 2(008)-3667/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli sorğusuna əsasən məhkəməyə göndərdiyi 01 avqust 2023-cü il tarixli 3-21-3-32/2-8916 nömrəli cavab məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, 1 saylı evin 12 saylı mənzili haqqında 4 saylı Abşeron Ərazi İdarəsində məlumat aşkar edilməmişdir. ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı 101 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2-ci maddəsinə əsasən . Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikiliyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, iddiaçının köçmək isdədiyi yaşayış evi dövlət reyestrindən qeydiyyatdan keçməyən özbaşına tikilidir. Habelə iddiaçı məhkəmə iclası zamanı vermiş olduğu izahatdan da görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən evdə hazırda yaşayır. Lakin iddiaçı yaşadığın otaq əslində mətbəx olduğunu, orada yaşamaq çətin olduğunu bilirmişdir və qardaşlarına müraciət edərək əlavə tikilinin tikməsini isdəsə də qardaşları ona icazə vermədiyini bildirmişdi. Məhkəmə iddia tələbinin ünvan 1 ünvanında yerləşən evin ümumi istifadəsində olan otaqlara köçürülməsi və istifadə qaydalarının müəyyən edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı hazırda sözügedən evdə yaşadığından və ev özbaşına tikili olduğundan ümumi istifadə olan otaqların sxemi və ya çertyoju olmadığından iddia tələbi həmin hissələrdə təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin əmlakdan payın müəyyən edilməsi hissəsinə münasibət bildirərək bir daha qeyd edir ki, iddiaçının sözügedən əmlaka hansı əsaslarla pay hüququnun olması məhkəmə tətərindən müəyyən edilə bilmədiyindən yəni torpağa dair sənədlər olmadığından və evin özbazşına tikili olması səbəbindən iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı “mənzilə köçürmə, əmlakda payının müəyyən edilərək istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar