Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-367/2024 24.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X11, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun, xx.xx.1991-ci il tarixdən xx.xx.2002-ci il tarixədək X25 X5 fəhlə işləməyinə dair faktın təsdiq edilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1959-cı il tarixdə Ermənistan Axta rayonunda anadan olmuşdur. O, müxtəlif yerlərdə işləmiş və hamısı da əmək kitabçasına qeyd olumuşdur. Belə ki, o, xx.xx.1991-ci il tarixdən xx.xx.2002-ci il tarixədək X25 X6 fəhlə işləmişdir. O, təqaüdə çıxmaq üçün Aəzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş və ona ordan cavab olaraq bildirdilər ki, onun 25 il iş stajı olmadığı üçün ona pensiya verilə bilməz. İşləməyi barədə DMSF-nin tərəfindən bildirdilər ki, onun əmək kitabçasında işləməyi və ya işdən azad olmağı barədə qeydlər olmadığına görə bu səbəbdən o, məhkəməyə müraciət etməlidir. Onun xx.xx.1991-cil tarixdən 0105.2002-ci il tarixədək X25 X8 fəhlə kimi işləməyimi nəzərə almamışlar. Lakin yardımçı Təsərrüfatdan ETTİ-na keçməyim qeyd olunmadığından onun işlədiyi həmin illər iş stajına əlavə etmirlər. Əmək kitabçasında həmin illər göstərilməməsi onun səhvi deyil. Belə ki, hazırki vəziyyətdə onun həmin faktı müəyyən etmək üçün sənədləri başqa qaydada əldə edə bilmir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, bu faktın məhkəmə yolu ilə təsdiq edilməsinin zəruri olduğunu bildirdikləri üçün məhkəməyə müraciət etdiyini bildirmişdir. Ərizə tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Nümayəndə ərizəni qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndə tələbinə dair yazılı etirazını məhkəyə təqdim edərək bildirdi ki, ərizə əsassızdır və təmin edilməməlidir. Belə ki, xx.xx.1959-cu il təvəllüdlü Ərizəçi xx.xx.1991-ci il tarixdən xx.xx.2002-ci il tarixədək X22 X5 Fəhlə kimi işlədiyini və əməkhaqqı aldığını iddia etmişdir. Ərizəçi ona görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzi filiala müraciət etmişdir. S.Zeynalovun təqdim etdiyi əmək kitabçasının surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən iddiaçının sığorta stajı 21 il 10 ay hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 14 il 9 ay sığorta stajına uyğun olaraq 11240.53 manat, xx.xx.2007-ci il tarixindən xx.xx.2015-ci il tarixnədək 7 il 1 ay sığorta stajına uyğun olaraq 3673.30 manat olmaqla, ümumilikdə 14913.83 manat təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşının tamam olduğu tarixdə (xx.xx.2021-ci il tarixdə) Qanunvericilikdə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. İddiaçının mübahisələndirdiyi əmək fəaliyyəti dövrü isə xx.xx.1991-ci il tarixdən xx.xx.2002-ci il tarixədək X22 X7 fəhlə kimi işlədiyi dövrdür. Belə ki, Sözügedən dövr barədə iddiaçının əmək kitabçasında qeyd olunmağına baxmayaraq həmin qeyd imza və möhürlə təsdiqlə olunmadığından onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bundan sonra Ərizəçi xx.xx.1191-ci il tarixdən xx.xx.2002-ci il tarixədək X22 X5 fəhlə kimi işləməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 –ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqularının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Hazırda məhkəmələr tərəfindən yuxarıda qeyd olunan qaydalara əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı ən azı iki şahidin ifadələrinə əsasən və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 Nq-İİ Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən də iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə isdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi iş stajının təsdiq olunması üçün: Ən azı iki nəfər şahid olmalı: Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli): Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Bu müddəa Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Qərarında da öz əksini tapmışdır (12 aprel 2019-cu il, 03 saylı Qərar). Həmin Qərarın 13.4-cü bəndinə görə, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Müddəalardan göründüyü kimi, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Beləliklə, iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, yuxarıda qeyd olunan şərtlər gözlənilmiş olsun. Azərbaycan Respublikası MPM-nin 104.3 tələbinə görə alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Müddəalardan göründüyü kimi, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Ərizəçinin xx.xx.1991-ci il tarixdən xx.xx.2002-ci il tarixədək X22 X5 fəhlə kimi işləməsi faktının təsdiq edilməsi yalnız S. Zeynalovayla eyni illərdə işləmiş və əmək kitabçası olan iki və daha çox şahidin iştirakı ilə mümkündür. Ərizəçi maraqlı şəxs Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair 2(008)-5919/2023 nömrəli iş üzrə ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş matriallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müfadiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, Ərizəçi sığorta stajı qanunla nəzərdə tutulan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Ərizəçi məxsus əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1991-cı il tarixdən X23 İnstitunda fəhlə vəzifəsinə götürülməsi qeyd edilsədə həmin səhvə imzalanmamışdır. - X12 məxsus əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, X17 xx.xx.1980-cı il tarixdən X1xanada ocaqbaşı vəzifəsinə götürülmüş, xx.xx.1981-ci il tarixdə X10 anbar müdiri vəzifəsinə keçirilmiş, xx.xx.1994-cü il tarixdı isə işdən azad edilmişdir. X16 məxsus əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, X20 xx.xx.1999-cu il tarixdən X23 X19 Təsərüffatında fəhlə vəzifəsinə götürülmüş, xx.xx.2003cü il tarixdə isə ərizəsi əsasında işdən çıxarılmışdır. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçlik X24 Publik Hüquqi şəxsin 16 saylı, xx.xx.2023-cü il tarixli arayışıdan görünür ki, Ərizəçi xx.xx.2002-c il tarixində X3 Genetik ehtiyatlar bölməsinə böyük aqrotexnik vəzifəsinə qəbul olunub, xx.xx.2004-cü ildə Seleksiya laboratoriyasına böyük aqrotexnik vəzifəsinə keçirilib. xx.xx.2004-cü il taruxdə işdən azad edilmişdir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçlik X24 Publik Hüquqi şəxsin 15 saylı, xx.xx.2023-cü il tarixli arayışıdan görünür ki, X17 xx.xx.1980-c il tarixində X3 Genetik ehtiyatlar bölməsinə ocaqçı vəzifəsinə qəbul olunub, xx.xx.1981-ci ildə X10 müvəqqəti ekspeditor vəzifəsinə, xx.xx.1981-ci ildə X10 anbar müdiri vəzifəsinə keçirilib. xx.xx.1994-cü il taruxdə işdən azad edilmişdir. - Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X21 öz izahatında bildirdi ki, o 1999-cu ilin aprel ayında X25 X6 fəhlə kimi işə qəbul edilmişdir. O həmin müddətdə orda işləyən zaman X2 bölməsində fəhlə vəzifəsində işləmişdir. Ərizəçi orda işləyərkən tanımışdır. 2003-cü il tarixdə o şöbəyə keçmiş bundan sonra ərizəçidən məlumatı olmamışdır. O orada işləyən zaman X25 İnstitutunda müdir Fuad müəllim olmuşdur. - Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X17 öz izahatında bildirdi ki, o 1980-ci il tarixində X25 İnstitutunda işləmiş, bir il sonra isə pexə keçmiş olduğunu bildirmişdir. O pexdə işlədiyi dövürdə Sevilnac xanımda orada işləmişdir. O, X25 X15 Təsərüffatında 1994-cü ilədək işləmişdir. O işdən çıxan zaman ərizəçi orada işləmişdir. O işdən çıxan zaman oranın müdüri Fuadı məllim olmuşdur. O yenidən İnstituta 1998-ci il tarixdə qayıdan zaman Sevilnac xanımın orada işləməsini xatırlamadığını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Beləliklə məhkəmə iclası zamanı şahid X13 vermiş olduğu izahatdan məlum olur ki, Ərizəçi xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, şahid Dilşad Qənbərovun vermiş olduğu izahtdan isə məlum olur ki, Ərizəçi xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək X23 X19 Təsərüffatında fəhlə vəzifəsində işləmişdir. Lakin ərizəçi xx.xx.2004-cü il tarixdən xx.xx.1999-cu uil tarixdək müddətdə X23 X19 Təsərüffatında fəhlə vəzifəsində işləməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən ərizə qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. Ərizəçi xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək X23 X19 Təsərüffatında fəhlə vəzifəsində işləməsi faktı təsdiq edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-367/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-367/2024
24.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver