Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-368/2024 31.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, anası, xx.xx.1963-cü il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Abşeron rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası, xx.xx.1963-cü il təvəllüdlü X4 xx.xx.2023cü il tarixdə yaşadığı Abşeron rayonu Mehdiabad qəsəbəsi 28 ünvanında vəfat etmişdir. Anası son dövrlər ürək nahiyəsində ağrılardan şikayət edirdi. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Azərbaycan Tibb Universiteti X7 transtorakal exokardiografiya müayinəsindən keçmişdir. xx.xx.2023-cü il tarixdə anasının vəziyyəti qəfil pisləşəndə X21 çağırmışlar, lakin həkim gələnə qədər anası vəfat etmişdir. Sumqayıt şəhər TTYS-nın həkim briqadası onlara yalnız ölüm haqqında xəbərdarlıq vərəqəsi vermiş və anasının kəskin miokard infarktı səbəbindən vəfat etməsi qeyd edilmişdir. Ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Abşeron rayon Mərkəzi Xəstəxanasına müraciət etmişlər. Lakin poliklinika onlara imtina məktubu vermişdir. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, şöbə ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən məsələnin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X3 ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X11 ifadəsində bildirmişdir ki, mərhumun oğlu Xəyyam ilə münasibəti var, ondan böyük maşınlar üçün ehtiyyat hissələri alır. Son dəfə ehtiyyat hissəsi alarkən Xəyyamın harada olduğunu soruşanda işçi onun anasının rəhmətə getdiyini bildirmişdir. Mərhumun ölüm tarixini bilmir. Məhkəmə iclasında şahid X13 ifadəsində bildirmişdir ki, Mehdiabadda yerləşən əlillər binasına 5-6 ildir ki köçüb, 24-cü mənzildə yaşayır. Rəhmətlik ilə qonşu idi. Gecə 4-5 radələrində qışqırıq səsləri gəldi, kimsə ana deyə qışqırırdı. Dəqiq tarixi bilmir, lakin hadisə 2023-cü il orucluq ayında orucluğun bitməsinə təqribən 1 həftə qalmış baş verib. Mərhum oğlu Xəyyam ilə qalırdı, Xəyyamdan başqa 1 oğlu və 1 qızı var idi. Övladları mərhumun yanına tez-tez gedib gəlirdilər. Hadisə baş verəndə Xəyyam qardaşı Elvinə zəng etdi. Elvin gələnə kimi təcili yardım maşını da gəldi və bildirdi ki, mərhum ürəktutmasından rəhmətə gedib. Yas mərasimi Mehdiabad qəsəbəsində keçirilmiş, mərhum Səngəçalda Sofia məscidi ərazisində dəfn olunmuşdur. O, dəfndə və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid X15 ifadəsində bildirmişdir ki, mərhumun övladları Elvin və Xəyyamı tanıyır, onlar ehtiyyat hissələri satırdılar o da alırdı. Son dəfə dükanda ehtiyyat hissəsi alarkən öyrəndi ki, anaları rəhmətə gedib. Mərhum 2023-cü il aprelin 17-də rəhmətə gedib. Mərhum rəhmətə gedən gün təcili yardım maşını gəlmişdi. Mərhum Mehdiabadda əlillər binasında qalırdı. Yas mərasimi Mehdiabad qəsəbəsində keçirilmiş, mərhum Səngəçalda Sofia məscidi ərazisində dəfn olunmuşdur. O, dəfndə və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid X14 ifadəsində bildirmişdir ki, mərhumun oğlu Xəyyam ilə ailəvi dostdur. Ərizəçi Xəyyamın bacısıdır. Mərhum təqribən 2023-cü ilin aprel ayının 15dən sonra ürəktutmasından rəhmətə gedib. Dostları ona zəng vurdu ki, Xəyyamın anası rəhmətə gedib, gec getmişdi deyə təcili yardım maşınını görmədi. Yas mərasimi Mehdiabad qəsəbəsində keçirilmiş, mərhum Səngəçalda Sofia məscidi ərazisində dəfn olunmuşdur. O, yas mərasimlərində iştirak etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ərizənin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - AZE seriyalı 15905892 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1963-cü il tarixdə Ağdam rayonunda doğulmuşdur, ünvan 2 ünvanında qeydiyyatdadır. - İİİ-ЖГ seriyalı 253304 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X12 xx.xx.1982-ci il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Allahverdiyeva soyadı verilmişdir. - XV-ЖГ seriyalı 293554 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X5, anası X8r. - Sumqayıt Tibb Mərkəzi PHŞ X21 Stansiyasının xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə kəskin miokard infarktı xəstəliyindən vəfat etmişdir. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-10-1148/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması barədə aidiyyəti üzrə müraciət etməli olması ərizəçiyə izah edilmişdir. - Bakı şəhəri Qaradağ rayonu Səngəçal Bələdiyyəsi tərəfindən verilmiş 02/06 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 1963-cü il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və Səngəçal qəsəbəsi Sofihəmid qəbirstanlığında dəfn edilmişdir. - qəbir daşının fotoşəkillərindən görünür ki, X4 xx.xx.1963-cü il tarixdə doğulmuş, xx.xx.2023-cü il tarixdə ölmüşdür. - Abşeron rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X2 ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndindən göründüyü kimi xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi X2 xx.xx.2023-cü il tarixdə Abşeron rayonunda ölməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X2 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1963-cü il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Abşeron rayonunda ölməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamənin ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas olması diqqətə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1963-cü il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Abşeron rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-368/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-368/2024
31.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver